Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 107; 1999, № 5, maddə 284; 2000, № 6, maddə 380, № 12, maddələr 832, 834; 2003, № 2, maddə 77; 2004, № 5, maddə 314; 2006, № 1, maddə 3, № 5, maddə 396, № 12, maddə 1005; 2007, № 8, maddə 755, № 11, maddələr 1049, 1081; 2009, № 6, maddə 395; 2010, № 3, maddə 171; 2013, № 4, maddə 358) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 2-ci maddənin ikinci hissəsində “sədri” sözündən sonra “və onun müavinləri” sözləri əlavə edilsin.
2. 12-ci maddənin ikinci hissəsinə aşağıdakı məzmunda yeni ikinci cümlə əlavə edilsin:
“Milli Məclisin iclasına sədrlik edən zərurət yarandıqda Milli Məclisin deputatlarına və Milli Məclisin iclasında iştirak edən digər şəxslərə növbədənkənar söz verə bilər.”.
3. 31-ci maddənin birinci hissəsinin onuncu abzası çıxarılsın.
4. 32-ci maddə üzrə:
4.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Milli Məclis sədrinin müavinlərinin səlahiyyətləri”;
4.2. birinci hissə çıxarılsın.
5. 33-cü maddə üzrə:
5.1. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Milli Məclisin sədri Milli Məclisin deputatları sırasından gizli (elektron sistemindən istifadə etməklə) səsvermə yolu ilə seçilir. Elektron sistemindən istifadə zamanı nasazlıq yarandıqda gizli səsvermə bülletenlər vasitəsilə keçirilir.”;
5.2. dördüncü hissənin birinci cümləsində “Səsvermə bülleteninə” sözləri “Səsverməyə” sözü ilə, “daxil edilir” sözləri “buraxılır” sözü ilə əvəz edilsin, üçüncü cümlədə “Səsvermə bülleteninə daxil edilən namizədlər” sözləri “Namizədlər” sözü ilə əvəz edilsin;
5.3. beşinci hissədə “Bülletenlər vasitəsilə gizli” sözləri “Gizli” sözü ilə əvəz edilsin.
6. 36-cı maddənin üçüncü hissəsinin üçüncü cümləsi dördüncü cümlə hesab edilsin və hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər.”.
7. 40-cı maddənin birinci hissəsinin ikinci cümləsindən “elektron sistemindən istifadə etmədən” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 dekabr 2015-ci il.
15 Yanvar 2016, 09:0118 Noyabr 2014, 09:11
Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi QAYDALARI ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları ətraflı...
18 Noyabr 2014, 09:11
“Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Şəmkir rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
18 Noyabr 2014, 09:11
Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə ətraflı...
18 Noyabr 2014, 09:11
Latviya Respublikasının Prezidenti Zati-aliləri cənab Andris Berzinşə ətraflı...
18 Noyabr 2014, 09:11
“Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına ətraflı...
18 Noyabr 2014, 09:11
Uşaqların Üçüncü Ümumrespublika Forumunun iştirakçılarına ətraflı...
17 Noyabr 2014, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...