“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

                                    

“İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 26 oktyabr tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 10, maddə 611; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87, № 6, maddə 601; 2012, № 7, maddə 681) 2-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “İstehsalat və məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin birinci hissəsinin beşinci abzasında (birinci halda), 11-ci maddəsinin dördüncü hissəsində, 12-3-cü maddəsinin üçüncü hissəsində, 12-4-cü maddəsinin birinci hissəsində, 12-5-ci maddəsində, 13-cü maddəsinin birinci hissəsində, 14-cü maddəsinin üçüncü hissəsində, 19-cu və 20-ci maddələrinin birinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

2.2. həmin Qanunun 14-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş səlahiyyətli orqanın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.3. həmin Qanunun 5-ci maddəsinin beşinci abzasında, 10-cu maddəsinin ikinci və altıncı hissələrində və 12-3-cü maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirirlər;

2.4. həmin Qanunun 6-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.5. həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər;

2.6. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin beşinci (ikinci halda) və yeddinci abzaslarında, 15-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

2.7. həmin Qanunun 11-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.8. həmin Qanunun 11-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə və nizamnaməsinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyəti və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.9. həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsində, 11-ci maddəsinin beşinci hissəsində və 23-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər;

2.10. həmin Qanunun 12-4-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, əsasnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;

2.11. həmin Qanunun 18-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirirlər.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 14 yanvar 2016-cı il.

15 Yanvar 2016, 09:01

http://www.azertag.net

7941—7950 / 10511

22 Oktyabr 2015, 09:10

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında   ətraflı...

21 Oktyabr 2015, 09:10

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

21 Oktyabr 2015, 09:10

N.S.Mixalkovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

21 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə   ətraflı...

21 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzinin “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (Fransa) ilə birgə “exit-poll” keçirmək üçün qeydə alınması barədə   ətraflı...

21 Oktyabr 2015, 09:10

2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə “ELS” Müstəqil Araşdırmalar Mərkəzinin “exit-poll” keçirmək üçün qeydə alınması barədə   ətraflı...

21 Oktyabr 2015, 09:10

Mərkəzi Seçki Komissiyasının 11 oktyabr 2015-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

21 Oktyabr 2015, 09:10

Bakı və Gəncə apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında   ətraflı...

21 Oktyabr 2015, 09:10

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 27 mart tarixli 43 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin strukturu”nda dəyişiklik edilməsi barədə   ətraflı...

21 Oktyabr 2015, 09:10

M.Q.Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin edilməsi haqqında   ətraflı...