Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi haqqında 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 yanvar 2016-cı il.
15 Yanvar 2016, 09:0130 Mart 2016, 09:03
İ.Ə.Mehdiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
30 Mart 2016, 09:03
İ.Ə.Alışovun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Baş icraçı direktoru təyin edilməsi haqqında ətraflı...
30 Mart 2016, 09:03
N.R.Məmmədovanın Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilməsi haqqında ətraflı...
30 Mart 2016, 09:03
İ.E.Vəliyevin Azərbaycan Respublikası vergilər nazirinin müavini təyin edilməsi haqqında ətraflı...
30 Mart 2016, 09:03
S.P.Məmmədxanovun Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini təyin edilməsi haqqında ətraflı...
30 Mart 2016, 09:03
İstehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında ətraflı...
30 Mart 2016, 09:03
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında ətraflı...
29 Mart 2016, 09:03
A.D.İsgəndərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
29 Mart 2016, 09:03
C.Ə.Əliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
29 Mart 2016, 09:03
A.D.İsgəndərovun Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...