“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 740; 2002, № 12, maddə 706; 2003, № 1, maddə 23, № 8, maddə 428, № 12, I kitab, maddələr 676, 698; 2005, № 1, maddə 1, № 6, maddə 462, № 8, maddə 684, № 10, maddələr 873, 905, № 12, maddə 1083; 2006, № 3, maddələr 223, 225, № 6, maddə 481, № 12, maddələr 1015, 1029; 2007, № 2, maddə 80, № 12, maddə 1203; 2008, № 3, maddə 158, № 6, maddə 462, № 7, maddə 602, № 12, maddə 1047; 2009, № 1, maddə 5, № 2, maddə 56, № 3, maddə 160, № 7, maddə 519, № 12, maddə 947; 2010, № 4, maddə 276, № 6, maddə 485, № 10, maddə 840, № 11, maddə 939; 2011, № 1, maddə 12, № 4, maddələr 245, 264, № 11, maddə 985, № 12, maddə 1100; 2012, № 1, maddə 4, № 6, maddələr 508, 518, № 7, maddə 646, № 10, maddə 947, № 12, maddələr 1216, 1227, 1229; 2013, № 3, maddə 213, № 5, maddə 474, № 11, maddələr 1269, 1279, 1299, 1301, 1308, № 12, maddələr 1485, 1504; 2014, № 1, maddə 6, № 5, maddə 468, № 6, maddələr 603, 605, № 7, maddələr 774, 780, № 11, maddələr 1345, 1370; Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 2.0.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“2.0.7. lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsi;”.
2. 22-ci maddə üzrə:
2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri”;
2.2. 22.1-ci və 22.2-ci maddələrdə “Xüsusi razılıq (lisenziya) alınması tələb olunan sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya)” sözləri “Lisenziya” sözü ilə əvəz edilsin.
3. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 23. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və ödənilməsinin xüsusiyyətləri
23.1. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Bakı şəhərində həyata keçirildikdə, habelə eyni vaxtda həm Bakı şəhərində, həm də Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.
23.2. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti yalnız Azərbaycan Respublikasının regionlarında həyata keçirildikdə, həmin fəaliyyət növü üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi (regional televiziya yayımı və regional radio yayımı istisna olmaqla) ödənilir.
23.3. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin bir neçə alt növünün eyni vaxtda həyata keçirilməsi üçün müraciət edildikdə, həmin alt növlərdən biri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir. Bu zaman həmin alt növlər üçün müəyyən edilmiş rüsumlardan ən yüksək olanı ödənilir. Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyətinin müvafiq növü üzrə bir və ya bir neçə iş və xidmətlərin həyata keçirilməsi üçün müraciət edildikdə, iş və xidmətlərin sayından asılı olmayaraq həmin fəaliyyət növü üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumu ödənilir.
23.4. Lisenziya verildikdən sonra lisenziya sahibi lisenziyada göstərilən fəaliyyət növünü başqa obyektlərdə də həyata keçirmək və ya lisenziyanın əlavəsində göstərilməyən iş və xidmətlərlə məşğul olmaq üçün lisenziya əlavəsinin alınması məqsədi ilə müraciət etdikdə, obyektlərin və ya iş və xidmətlərin sayından asılı olmayaraq müvafiq fəaliyyət növünə lisenziya verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət rüsumunun 50 faizi ödənilir. Bu zaman bu Qanunun 23.3-cü maddəsinin müddəaları tətbiq olunur.
23.5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi və bərpası üçün dövlət rüsumu ödənilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2015-ci il.
14 Yanvar 2016, 09:0115 Sentyabr 2015, 09:09
Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
“Təbii inhisarlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq olunmasını təmin edən əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 2 mart tarixli 446 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
15 Sentyabr 2015, 09:09
Avropa Parlamentinin 2015-ci il 10 sentyabr tarixli qətnaməsi iləəlaqədar Azərbaycan Respublikası Milli Məclisinin qərarı ətraflı...
15 Sentyabr 2015, 09:09
2015/2016-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
Xaçmaz rayonunun ictimai-siyasi həyatında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
Xaçmaz rayonunun sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında ətraflı...
15 Sentyabr 2015, 09:09
M.M.Sücəddinova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
14 Sentyabr 2015, 09:09
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...