2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.

 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:

1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 yanvar 2016-cı il.

12 Yanvar 2016, 09:01

http://www.azertag.net

6861—6870 / 10511

16 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair   ətraflı...

16 May 2016, 09:05

“Siyasi partiyalar tərəfindən təqdim edilmiş illik maliyyə hesabatlarının qəbul olunması və nəzərdən keçirilərək ictimailəşdirilməsi qaydalarına dair Təlimat”a dəyişiklik edilməsi barədə   ətraflı...

16 May 2016, 09:05

Mərkəzi Seçki Komissiyasının 3 may 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

16 May 2016, 09:05

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

13 May 2016, 09:05

“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

13 May 2016, 09:05

“Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

13 May 2016, 09:05

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

13 May 2016, 09:05

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 29 aprel tarixli 213-VQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

13 May 2016, 09:05

“Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə   ətraflı...

13 May 2016, 09:05

R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin sədri təyin edilməsi haqqında   ətraflı...