2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2016-cı il.
12 Yanvar 2016, 09:0110 İyun 2016, 09:06
“Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ)” layihəsinin həyata keçirilməsi barədə ətraflı...
7 İyun 2016, 09:06
R.M.Fətəliyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında ətraflı...
7 İyun 2016, 09:06
R.M.Fətəliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
6 İyun 2016, 09:06
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 1 iyun 2016-cı il tarixli 09 saylı müraciətə baxılması barədə ətraflı...
6 İyun 2016, 09:06
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 iyun 2016-cı il tarixli 10 saylı müraciətə baxılması barədə ətraflı...
6 İyun 2016, 09:06
“Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında Təlimat”a dəyişiklik edilməsinə dair ətraflı...
6 İyun 2016, 09:06
2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə seçki məntəqələrində veb-kameraların quraşdırılması barədə ətraflı...
6 İyun 2016, 09:06
2010-cu ildə formalaşmış seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın tərkibində dəyişikliklər edilməsi barədə ətraflı...
6 İyun 2016, 09:06
Mərkəzi Seçki Komissiyasının 26 may 2016-cı il tarixli iclas protokolunun təsdiq edilməsi barədə ətraflı...
6 İyun 2016, 09:06
H.Q.Səlimovun Balakən Rayon Məhkəməsinin hakimi təyin edilməsi haqqında ətraflı...