"Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 51

Bakı şəhəri, 21 fevral 2014-cü il

 "Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar"ın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 fevral tarixli 51 nömrəli qərarı ilə təsdiq edilmişdir

Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası

ilə bağlı müfəssəl

QAYDALAR

1. Ümumi müddəa

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 22.7-ci maddəsinin tələblərinə əsasən və "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.4-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikasında şəhər və digər yaşayış məntəqələrinin ərazisi və ya ərazi hissələri üçün nəzərdə tutulan baş və müfəssəl planlarda şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması qaydalarını müəyyən edir.

 2. Ərazilərin zonalaşdırılmasının məqsədi

2.1. Ərazilərin zonalaşdırılmasının məqsədi şəhərlərin və digər yaşayış məntəqələrinin torpaqlarından tikinti və digər məqsədlər üçün istifadə ilə bağlı münasibətləri tənzimləməkdən, şəhərsalmanın nizamlı inkişafının formalaşmasından və şəhərsalma fəaliyyətini həyata keçirmək üçün ərazilərin istifadəsindən, əhalinin və istehsal sahələrinin həddən artıq sıxlaşmasını aradan qaldırmaqdan, tikintinin növü və miqyasının təyin edilməsindən və onlardan istifadə məhdudiyyətləri ilə təsbit edilən tikinti qaydalarını müəyyənləşdirməkdən ibarətdir.

 3. Ərazilərin zonalaşdırılmasının növləri

3.1. Şəhər və digər yaşayış məntəqələrinin əraziləri və ya ərazi hissələri funksional istifadəsinə görə məskunlaşma, istehsalat və landşaft-rekreasiya ərazilərinə bölünür.

3.2. Bu ərazilər landşaftın təşkili və tikintisi ilə bağlı tələblər, həmçinin ərazi planlaşdırılması sənədləri ilə sərhədlər, torpaqdan istifadənin növü və şərtləri, tikintinin miqyası, eləcə də torpaqdan istifadə ilə bağlı məhdudiyyətlər müəyyən edilməklə aşağıdakı ərazi zonalarına bölünür:

3.2.1. yaşayış zonaları;

3.2.2. ictimai-işgüzar zona;

3.2.3.rekreasiya zonası;

3.2.4. istehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları;

3.2.5. nəqliyyat infrastrukturu zonası;

3.2.6. mühəndis infrastrukturu zonası;

3.2.7. kənd təsərrüfatı zonası;

3.2.8. xüsusi təyinatlı zona;

3.2.9. hərbi və digər rejimli zonalar;

3.2.10. xüsusi şərtlərlə istifadə olunan zonalar;

3.2.11. xüsusi qorunan ərazilər;

3.2.12. ehtiyat zonası.

 4. Ərazi zonalarının tərkibi, tikintinin növü və miqyası

4.1. Yaşayış zonaları - tikilmiş və tikilməsi nəzərdə tutulan müxtəlif tip çoxmənzilli yaşayış binalarının və yaşayış evlərinin üstünlük təşkil etdiyi ərazilərdir. Bu zonalar çoxmənzilli və həyətyanı sahələri olan fərdi yaşayış və bağ evlərinin tikintisi üçün nəzərdə tutulur.

Ərazi ümumi istifadə sahəsi olan çox, orta və azmərtəbəli çoxmənzilli yaşayış binaları, mənzilyanı sahələri olan bloklaşdırılmış yaşayış evləri, həyətyanı torpaq sahələri olan kottec tipli bir-iki mənzilli fərdi yaşayış və bağ evlərinin tikintisi üçün zonalaşdırılır. İstifadəsinin xarakterindən və tikintilərin səviyyəsindən asılı olaraq, yaşayış zonası aşağıdakı tikinti zonalarına bölünür:

4.1.1. çoxmərtəbəli (9 və daha çox) və çoxmənzilli yaşayış binaları;

4.1.2. orta mərtəbəli (5÷8 mərtəbəli) və çoxmənzilli yaşayış binaları;

4.1.3. azmərtəbəli (5 mərtəbəyə qədər) və çoxmənzilli yaşayış binaları;

4.1.4. bloklaşdırılmış yaşayış binaları;

4.1.5. həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri.

Şəhərsalma və tikintiyə dair normativ sənədlərə uyğun olaraq, yaşayış zonalarında sosial və kommunal-məişət, mədəniyyət, məktəbəqədər və təhsil, səhiyyə xidməti, mühəndis-infrastruktur obyektləri (transformator yarımstansiyaları, nasosxanalar və s.) yerləşdirilir.

Yaşayış zonalarında mehmanxanaların, yeraltı və yerüstü qarajların, açıq avtomobil dayanacaqlarının, həmçinin ətraf mühitə mənfi təsir etməyən və sanitar-mühafizə zolağı qoyulması tələb olunmayan istehsalat obyektlərinin də yerləşdirilməsinə yol verilir.

4.2. İctimai-işgüzar zonalar - inzibati, maliyyə və iş mərkəzlərinin, ictimai qurumların, mehmanxana və mehmanxana kompleksləri, idman, layihə, elmi tədqiqat, kommersiya, məişət, ticarət və ictimai iaşə obyektlərinin və onların açıq avtonəqliyyat dayanacaqları, yeraltı və yerüstü qarajlarının, xüsusi sanitar və ekoloji mühafizə tədbirləri tələb olunmayan digər bina və qurğuların tikintisi üçün nəzərdə tutulur. Ərazi planlaşdırılması sənədlərində nəzərdə tutulduqda çoxmənzilli yaşayış binaları bu zonadakı obyektlərin siyahısına daxil edilir.

Yaşayış məntəqələrinin inzibati quruluşundan və məskunlaşma şəraitindən asılı olaraq, ictimai-işgüzar zonaların aşağıdakı tipləri müəyyən edilir:

çoxfunksiyalı ictimai - işgüzar zona;

ixtisaslaşdırılmış ictimai - işgüzar zona.

İctimai-işgüzar zonalar yaşayış məntəqələrinin ərazi-inzibati quruluşunda və planlaşmasında şəhərsalma baxımından mühüm yer tutur, öz ərazi-məkan, fəza-həcm və layihə-memarlıq həlli baxımından əsas rol oynayır.

Özünün növünə və xidmət radiusuna görə ümumşəhər, şəhərdə ümumrayon, mikrorayon, məhəllə və digər növ lokal ictimai-işgüzar zonalar və yarımzonalar planlaşdırılır.

4.3. Rekreasiya zonası - əhalinin istirahətinin təşkili və yaradılması üçün nəzərdə tutulur və bağları, parkları, xiyabanları, meşə-parkları, sututarlarını, landşaft memarlığı obyektlərini, digər turizm, istirahət və sağlamlıq yerlərini əhatə edir. Yaşayış məntəqəsinin sərhədləri daxilində yerləşən mühafizə olunan təbiət obyektləri də bu zonaya daxil edilir.

Rekreasiya zonalarının ərazilərində bu zonanın fəaliyyəti ilə əlaqəsi olmayan sənaye, anbar, kommunal obyektlərinin, mənzil-mülki təyinatlı yeni binaların tikintisinə və mövcud binaların genişləndirilməsinə yol verilmir.

Əhalisinin sayı 100000,0 (yüz min) nəfərdən çox olan böyük şəhərlərdə şəhər və rayon əhəmiyyətli parklarla yanaşı, sahəsinin ölçüləri layihə tapşırığı ilə müəyyənləşdirilən ixtisaslaşdırılmış zooloji, botaniki və dendroloji parklar layihələndirilir.

Estetik dəyəri olan, təbiiliyi yüksək səviyyədə qorunub saxlanılmış landşaft ərazilərdə və su hövzələrində, göllərin və çayların sahillərində milli və təbii parklar formalaşdırılır, onların şəhərsalma tələbləri, məkan-fəza-memarlıq həlli, elmi, mədəni- maarif-rekreasiya məqsədi və digər məqsədlərlə istifadəsinə dair təkliflər hazırlanır. Belə ərazilər əhəmiyyətindən asılı olaraq qoruq, milli park, rekreasiya, qoruq-rekreasiya və digər yarımzonalara ayrılır.

Təbii müalicə faktorları üstünlük təşkil edən, mikroiqlim, landşaft və sanitariya-gigiyena şəraiti daha əlverişli və cəlbedici olan ərazilər ixtisaslaşdırılmış turizm mərkəzlərinin, turist bazalarının, kurort və sanatoriyaların inkişafı üçün zonalaşdırılır.

4.4. İstehsalat (sənaye, elmi-istehsalat, kommunal-anbar) zonaları - ətraf mühitə təsiri və normaları müxtəlif olan istehsal təyinatlı sənaye müəssisələrinin və komplekslərinin yerləşdirilməsi üçün nəzərdə tutulur. Ətraf mühitə mənfi təsiri olan elmi-istehsalat obyektləri bu zonada yerləşdirilir.

Sənaye zonaları əsasən istehsalatın xüsusiyyətindən, istehsal prosesində ətraf mühitə və atmosferə zərərli tullantıları buraxmasından və digər amillərindən asılı olaraq küləkli günlərin sayı və küləyin üstünlük təşkil etdiyi istiqaməti nəzərə alınmaqla müəyyənləşdirilir.

Sanitar-mühafizə zonaları müxtəlif olan sənaye müəssisələrinin (xüsusilə yeyinti və yüngül sənaye) eyni ərazidə yerləşdirilməsinə yol verilmir.

İstehsalat zonalarının yaşayış zonaları ilə qarşılıqlı əlaqələri elə qurulmalıdır ki, əhalinin iş yerlərinə çatma vaxtı şərti minimuma ensin. Bu zonalarda, həmçinin müxtəlif növ kommunal və anbar, mənzil-kommunal təsərrüfatı obyektlərinin, topdansatış ticarət bazalarının, su təchizatı və kanalizasiya qurğularının yerləşdirilməsi nəzərdə tutulur. Əhaliyə nəqliyyat xidməti göstərən şəhərdaxili tramvay və avtobus parkları, ictimai nəqliyyatın digər avtomaşın qarajları bu zonalarda yerləşdirilir.

İri şəhərlərdə, xüsusilə qədim, tikinti sıxlığı yüksək olan yaşayış məntəqələrinin məskunlaşma ərazilərində yeraltı məkanlardan şəhərdaxili nəqliyyat, avtoqaraj və duracaqların, kommunal təsərrüfatı, tamaşa və idman qurğuları, yardımçı sahələr, anbarlar və mühəndis təminatı obyektlərinin yerləşdirilməsində istifadə edilir.

4.5. Nəqliyyat infrastrukturu zonası - şəhərlərarası və beynəlxalq avtomobil, dəmiryol, hava, dəniz və çay nəqliyyatı obyektləri və komplekslərinin yerləşdiyi zonalardır. Təyinatından asılı olaraq, bir neçə infrastruktur növü üçün birgə zona yaradıla bilər. Əhaliyə xidmət üçün nəzərdə tutulan vağzallar, stansiyalar, limanlar və aeroportlar yerləşdirilərkən sərnişinlərin rahat istifadəsi və təhlükəsizliyi, müxtəlif növ nəqliyyat vasitələrinin hərəkət intensivliyi və istiqaməti nəzərə alınmalıdır.

4.6. Mühəndis infrastrukturu zonaları - magistral qaz, neft, su boru kəmərlərinin, yüksəkgərginlikli elektrik xətlərinin, rabitə xətlərinin və onların fasiləsiz fəaliyyətini təmin edən obyektlərin yerləşdiyi ərazilərdir. Bu infrastruktur sahələri həyati əhəmiyyət daşıdığından, onların yerləşdiyi zonalar kənar təsirlərdən qorunmalı və fəaliyyətlərini məhdudlaşdıran maneələr olmamalıdır.

4.7. Kənd təsərrüfatı zonası - yaşayış məntəqələrinin sərhədləri daxilində təsdiq edilmiş baş və müfəssəl planlara uyğun istifadə növünün dəyişdirilməsi nəzərdə tutulan vaxtadək kənd təsərrüfatına yararlı torpaq sahələrinin və kənd təsərrüfatı obyektlərinin yerləşdiyi əraziləridir.

4.8. Xüsusi təyinatlı zona - qəbiristanlıqların, heyvan qəbiristanlığının, məişət tullantılarının yığıldığı poliqonların, zibilin ilkin emalı müəssisələrinin, təmizləmə qurğularının və fəaliyyəti yaşayış məntəqələrinin başqa ərazi zonalarının fəaliyyəti ilə uyğun gəlməyən digər obyektlərin yerləşdiyi əraziləri əhatə edir.

4.9. Hərbi və digər rejimli zonalar- hərbi hissələrin və digər xüsusi istifadə rejimi müəyyənləşdirilən obyektlərin yerləşdiyi ərazilərdir. Əhalinin həyatına və sağlamlığına təhlükə törədə bilən obyektlər digər ərazi zonalarından sanitar-mühafizə əraziləri ilə ayrılır.

4.10. Xüsusi qorunan ərazi zonaları - xüsusi mühafizə olunan təbiət və təbiəti mühafizə, habelə tarix-memarlıq və mədəni irs obyektlərinin və komplekslərinin geniş təmsil olunduğu şəhər və digər yaşayış məntəqələrinin ərazilərini əhatə edir.

Hər bir konkret qoruq ərazisi (tarixi şəhər və digər yaşayış məntəqələri, mərkəzlər, məhəllələr, meydanlar, küçələr, tarixi yerlər, arxeoloji və memarlıq dəyəri olan obyektlərin yerləşdiyi ərazilər) üçün mühafizə zonaları, tikintini tənzimləmə rejimi və digər məhdudiyyətlər müəyyən edilir.

4.11. Xüsusi şərtlərlə istifadə olunan ərazi zonaları -istehsalat və sənaye, nəqliyyat və mühəndis infrastrukturu, içməli su təchizatı mənbələri, mühafizə edilən obyektlər və təyinatından asılı olaraq digər sənaye və kommunal obyektlərini məskunlaşma ərazisindən ayıran mühafizə, sanitar və sanitar-mühafizə zonalarıdır.

4.12. Ehtiyat zonası - şəhərsalma ehtiyatı olan və yaşayış məntəqəsinin inkişafı üçün nəzərdə tutulan zonadır. Təsdiq edilmiş baş və müfəssəl planda nəzərdə tutulmayan, lakin istifadə forması və rejimi yaşayış məntəqəsinin və ya onun hissəsinin planlaşdırılmış perspektiv inkişafına mane olmayan ərazi zonasıdır.

4.13. Ərazi zonalarında yolverilən tikintinin miqyası aşağıdakı cədvəl üzrə müəyyən edilir:

 

 

Ərazi zonaları

Ərazinin tikinti əmsalı

 Ərazinin tikinti sıxlığı əmsalı

Yaşayış zonaları

 

Çoxmərtəbəli, çoxmənzilli yaşayış binaları ,o cümlədən:

 

yenidən qurulan

 

orta mərtəbəli çoxmənzilli yaşayış binaları

 

azmərtəbəli çoxmənzilli yaşayış binaları

 

mənzilyanı torpaq sahələri olan bloklaşdırılmış yaşayış binaları

 

həyətyanı torpaq sahələri olan fərdi yaşayış evləri

 

İctimai-işgüzar zona

 çoxfunksiyalı tikinti

ixtisaslaşdırılmış ictimai tikinti

 

İstehsalat zonası

sənaye

elmi-istehsalat

kommunal-anbar

 

 

0.4

 

0.6

 

0.4

 

0.4

 

0.3

 

0.2

 

 

1.0

0.8

 

 

0.8

0.6

0.6

 

 

1.2

  

1.6

 

0.8

 

0.6

  

0.6

  

0.4

 

 

3.0

2.4

 

 

2.4

1.0

1.8

 

 

Qeydlər: 1.Tikinti sıxlığının əsas göstəriciləri aşağıdakılardır:

1.1.ərazinin tikinti əmsalı- bina və qurğular altında olan sahənin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti;

1.2.ərazinin tikinti sıxlığı əmsalı - bina və qurğuların bütün yerüstü mərtəbələrinin sahəsinin planlaşdırılan ərazinin (məhəllənin) ümumi sahəsinə olan nisbəti.

2. Yaşayış və ictimai-işgüzar zonaların tikinti əmsalı və tikinti sıxlığı əmsalları məhəllə ərazisində (brutto) idarə və müəssisələrin xidmət hesabatına uyğun qarajlar, avtomobil dayanacaqları, yaşıllıqlar, meydançalar və digər abadlıq obyektləri nəzərə alınmaqla verilmişdir.

İstehsalat zonası üçün əmsallar məhəllə sənaye tikililərinə, o cümlədən bir və ya bir neçə obyektlərə şamil edilir.

3. Tikinti sıxlığı əmsalı hesablanarkən mərtəbələrin sahələri, binanın xarici ölçüləri ilə təyin edilir. Buraya ancaq yerüstü mərtəbələr və mansarda daxildir. Bina və qurğuların yeraltı abadlıq işləri üçün nəzərdə tutulan yeraltı qurğular hesaba alınmır.

4. Məhəllələrin sərhədləri qırmızı xətlə tənzimlənir.

5. Məhəllələrin yaşayış, ictimai işçi zonalarında yenidənqurma (mərtəbəüstü artırmalar, mansarda) işləri, məhəllə əhalisinə xidmət göstərən idarə və müəssisələrin xidmət həcmi hesabı ilə aparılır. Qonşu məhəllələrdəki xidmət müəssisələri onların normativ xidmət radiuslarını (məktəbəqədər müəssisə və ibtidai məktəblər istisna olmaqla) nəzərə alınmağa yol verir.

6. Mövcud binaların yenidən qurulması zamanı tikinti sıxlığının sanitariya-gigiyena və yanğın əleyhinə normalara əməl etməklə, 30 faizdən çox olmamaq şərtilə artırılmasına yol verilir.

 5. Ərazi zonalarının müəyyən edilməsinin prinsipləri və qaydaları

5.1 Ərazilərin zonalaşdırılması baş və müfəssəl planların tərkibində aparılır və şəhər və digər yaşayış məntəqələrinin ərazisini və ya ərazi hissələrini əhatə edir.

5.2. Yaşayış məntəqələrinin ərazilərinin və ya ərazi hissələrinin funksional əhəmiyyətinə və şəhərsalma reqlamentlərinə görə ərazilərin zonalaşdırılması aşağıdakı prinsiplər nəzərə alınmaqla həyata keçirilir:

5.2.1. müvafiq ərazilərin planlaşdırılması üzrə əvvəllər qəbul olunmuş qərarlar;

5.2.2. şəhərsalma fəaliyyətinin məhdud şəkildə yol verildiyi zonaların müəyyən edilməsi;

5.2.3. ərazidə mövcud olan tikililərin, mühəndis-kommunikasiya təminatı və nəqliyyat infrastrukturlarının, həmçinin ərazinin planlaşdırılma strukturunun əsas elementlərinin göstərilməsi;

5.2.4. yerli şəraitin nəzərə alınması;

5.2.5. torpaqdan istifadə növü təyin edilməklə hər zona üçün məhdudiyyətlərin və şərtlərin nəzərdə tutulması;

5.2.6. zonaların sərhədlərinin təbii komplekslərin ərazi sərhədləri ilə torpaqdan məhdud istifadənin yol verdiyi (xüsusi şərtlərlə istifadə olunan) zonaların sanitar-mühafizə, mühafizə zolaqları ilə və qırmızı xətlərlə uzlaşdırılması;

5.2.7. yaşayış məntəqələri ərazilərinin təhlükəsizliyi, onların təbiət və texnogen xarakterli fövqəladə halların təsirindən qorunmasına dair xüsusi norma və qaydaların tətbiqi tələb olunan zonaların müəyyən edilməsi;

5.2.8. ətraf mühitin, yerin təkinin, ekoloji, təhlükəsizlik və sanitar qaydaların mühafizəsinə dair tədbirlərin görülməsi;

5.2.9. tarixi-mədəni irs obyektlərinin, xüsusi qorunan təbiət ərazilərinin və təbii landşaft yerlərinin olduğu zonaların sərhədlənməsi.

5.3. Ərazi zonalarının sərhədləri, onların torpaqdan istifadə və tikinti qaydaları nəzərə alınmaqla aşağıdakı kimi müəyyən edilir:

5.3.1. ümumi planlar, şəhərlərin və digər yaşayış məntəqələrinin baş və müfəssəl planları ilə müəyyən edilmiş funksional zonalar və onların planlaşdırılmış inkişaf parametrləri ilə;

5.3.2. eyni ərazi zonası daxilində torpaq sahələrində mövcud və planlaşdırılan istifadəsinin müxtəlif növlərinin birləşdirilməsi imkanlarına görə;

5.3.3. ərazilərin planlaşdırılması və mövcud torpaq istifadəsi;

5.3.4. ərazi planlaşdırılması sənədlərinə uyğun olaraq, müxtəlif kateqoriyalı torpaq sahələrinin sərhədlərinin dəyişməsi;

5.3.5. qarışıq torpaq sahələrində yerləşmiş əsaslı tikinti obyektlərinə ziyan toxundurulması imkanlarının aradan qaldırılması.

5.4. Ərazi zonalarının sərhədləri aşağıdakılar üzrə də müəyyən edilir:

5.4.1. magistralların, küçələrin, keçidlərin bir-birinə əks istiqamətdə nəqliyyatın hərəkətini ayıran xətləri üzrə;

5.4.2. qırmızı xətlər üzrə;

5.4.3. bələdiyyə qurumlarının sərhədləri üzrə;

5.4.4. inzibati rayon bölgüsü olan şəhərlərdə şəhərdaxili ərazilərin sərhədləri üzrə;

5.4.5. torpaq sahələrinin sərhədləri üzrə;

5.4.6. təbiət obyektlərinin təbii sərhədləri üzrə;

5.4.7. digər formada əsaslandırılmış sərhədlər üzrə.

4 Mart 2014, 09:03

http://cabmin.gov.az/

501—510 / 10511

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət mülkiyyətində olan torpaq sahələrinin hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2003-cü il 23 oktyabr tarixli 971 nömrəli, “Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 975 nömrəli, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2003-cü il 23 oktyabr tarixli 978 nömrəli, “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə” 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2004-cü il 10 avqust tarixli 113 nömrəli, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli, “Azərbaycan Respublikasında maliyyə-bank sistemində islahatların dərinləşdirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2005-ci il 1 mart tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının siyahıya alınması Qaydaları”nın təsdiq edilməsi barədə” 2003-cü il 18 sentyabr tarixli 919 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 57-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 yanvar tarixli 739 nömrəli, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli 818 nömrəli, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təşkili haqqında” 2016-cı il 11 aprel tarixli 858 nömrəli, “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 19 may tarixli 894 nömrəli, “Meliorasiya və su təsərrüfatı sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 fevral tarixli 372 nömrəli Fərmanında dəyişikliklər edilməsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2016-cı il 23 iyun tarixli 952 nömrəli və “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 296-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2016-cı il 11 iyul tarixli 980 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “2013-cü il fevralın 22-də Berlin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Maliyyə Nazirliyi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 3 may tarixli 867 nömrəli, “2013-cü il aprelin 30-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Özbəkistan Respublikasının Özəlləşdirmə, İnhisarsızlaşdırma və Rəqabətin İnkişafı üzrə Dövlət Komitəsi arasında dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2013-cü il 11 iyun tarixli 913 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Respublikasının Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2017-ci il 15 fevral tarixli 1248 nömrəli, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriya Respublikasının Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” 2018-ci il 4 oktyabr tarixli 292 nömrəli və “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və kadastr fəaliyyəti sahəsində əməkdaşlığa dair Sazişin təsdiq edilməsi haqqında” 2018-ci il 26 noyabr tarixli 371 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Biləsuvar rayonunun Əliabad–Xırmandalı–Bəydili avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 667 nömrəli, “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2012-ci il 13 dekabr tarixli 760 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 29 dekabr tarixli 802 nömrəli, “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə”nin təsdiqi barədə” 2013-cü il 24 aprel tarixli 865 nömrəli, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” 2013-cü il 10 dekabr tarixli 45 nömrəli, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2013-cü il 19 dekabr tarixli 55 nömrəli və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2014-cü il 3 fevral tarixli 100 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə” 2014-cü il 15 may tarixli 168 nömrəli, “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2014-cü il 22 dekabr tarixli 413 nömrəli, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 700 nömrəli, “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 18 yanvar tarixli 745 nömrəli, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 3 fevral tarixli 759 nömrəli və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 20 aprel tarixli 866 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 28 oktyabr tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əsasnaməsi”ndə dəyişiklik edilməsi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində bəzi tədbirlər haqqında” 2018-ci il 8 oktyabr tarixli 299 nömrəli, “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 5 mart tarixli 1527-VQ nömrəli Qanununun tətbiqi barədə” 2019-cu il 1 aprel tarixli 601 nömrəli, “Xüsusi rabitə ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 11 aprel tarixli 622 nömrəli, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin və “e-sosial” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2019-cu il 15 aprel tarixli 634 nömrəli, “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 3 iyun tarixli 719 nömrəli və “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2019-cu il 11 iyun tarixli 734 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2018-ci il 1 may tarixli 30 nömrəli, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2018-ci il 20 dekabr tarixli 414 nömrəli, “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1350-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 424 nömrəli, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1351-VQ nömrəli Qanununun tətbiqi barədə” 2018-ci il 21 dekabr tarixli 425 nömrəli və “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 17 yanvar tarixli 479 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 2016-cı il 22 iyun tarixli 940 nömrəli, “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandumun təsdiq edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1699 nömrəli və “Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Litva Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında məlumat mübadiləsi sahəsində və vergi tələblərinin alınmasında qarşılıqlı inzibati yardım haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” 2017-ci il 19 dekabr tarixli 1747 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Avqust 2022, 15:08

Azərbaycan Respublikası Prezidentinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 12 aprel tarixli 48 nömrəli, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 7 fevral tarixli 192 nömrəli, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi və Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 17 dekabr tarixli 521 nömrəli Fərmanının qüvvədən düşmüş hesab edilməsi barədə” 2005-ci il 27 may tarixli 238 nömrəli, “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” 2005-ci il 31 may tarixli 242 nömrəli və “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2005-ci il 9 avqust tarixli 277 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...