"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN   RESPUBLİKASININ

NAZİRLƏR  KABİNETİ

QƏRAR

№ 49

Bakı şəhəri, 19 fevral 2014-cü il

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi  aktların  təsdiq  edilməsi  haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 805-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 14 noyabr tarixli 41 nömrəli Sərəncamının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

"İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il   3 noyabr tarixli 196 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 11, maddə 1031; 2013, № 9, maddə 1139) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"nın 1.1.6-cı yarımbəndindən "əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən" sözləri və ikinci halda "onun" sözü çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları"nın 3.2.3-cü yarımbəndindən "onun" sözü və "və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən" sözləri çıxarılsın.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

                                

 

4 Mart 2014, 09:03

http://cabmin.gov.az/

6311—6320 / 10511

8 Noyabr 2016, 09:11

Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Bakı Metropoliteninin bir qrup işçisinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Y.H.Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

K.S.İmanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Azərbaycan Respublikasının televiziya və radio işçilərinin təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Televiziya və radio işçilərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

8 Noyabr 2016, 09:11

Azərbaycan Respublikasının televiziya və radio işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

7 Noyabr 2016, 09:11

Balakən rayonunun Balakən-Sarıbulaq-Qabaqçöl-Xalatala avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

7 Noyabr 2016, 09:11

Bakı şəhəri Sabunçu rayonunun Sabunçu-Ramana avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...