Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 21 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

Əlavə № 3

Sıra nöm-rəsi

Fəaliyyət növünün adı

Lisenziya verən orqan

Dövlət rüsumunun məbləği (manatla)

  1.       

Özəl mühafizə fəaliyyəti

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün);

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (digər hallarda)

1500

  1.       

İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

1100

  1.       

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1100

  1.       

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi

Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

1100

 

22 Dekabr 2015, 09:12

http://www.azertag.net

10511—10511 / 10511

24 Dekabr 2012, 21:12

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası   ətraflı...