"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 47

Bakı şəhəri, 18 fevral 2014-cü il

"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 47 nömrəli qərarı ilə təsdiq edilmişdir

Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma

QAYDALARI

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar) hazırlandıqda, onların qonşu ərazi vahidləri ilə razılaşdırılması məsələlərini tənzimləyir.

 2. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılmasının məqsədi

2.1. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılmasının məqsədi onların keyfiyyətinin yüksəldilməsinin və bir-birinə uyğunluğunun, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən ibarətdir.

 3. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılması

3.1.Ərazi planlaşdırılması sənədlərinin ilkin layihələri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlarına toxunulan qonşu inzibati ərazi vahidlərinə göndərilir.

3.2.Ümumi planlar hazırlandıqdan sonra ərazi planlaşdırılması sənədləri müvafiq rəyin alınması üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.

3.3.Şəhərlərin inzibati sərhədi qonşu şəhər və rayon inzibati əraziləri ilə həmsərhəd olduqda, şəhərin Baş planı işlənildikdən sonra razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.

3.4.3.1-3.3-cü bəndlərdə göstərilən hallarda razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti orqanlarına göndərilən layihələrə 1 (bir) ay müddətində münasibət bildirilməlidir, əks halda layihə razılaşdırılmış hesab olunur.

3.5.Qonşu ərazi vahidlərindən təqdim edilən iradlar əsaslandırılmış formada qəbul olunmadığı halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunur və bu məqsədlə Nazirlər Kabineti tərəfindən razılaşdırma komissiyası yaradılır. Layihə qonşu ərazi vahidlərinin iradları ilə birlikdə komissiyaya təqdim olunduqdan sonra komissiya bu məsələyə dair rəyini 2 (iki) ay müddətində bildirməlidir. Komissiyanın yekun rəyi tərəflər üçün məqbul hesab olunur.

 

3 Mart 2014, 16:03

http://cabmin.gov.az/

9291—9300 / 10511

11 Noyabr 2014, 09:11

Gədəbəy rayonunun Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

S.Ə. Kəriminin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

B.A. Ağarəhimova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında   ətraflı...

11 Noyabr 2014, 09:11

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında   ətraflı...

7 Noyabr 2014, 09:11

Lənkəran şəhərinin Liman-Nərimanabad-Balıqçılar avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

6 Noyabr 2014, 09:11

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Milli Dirçəliş Hərəkatı Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

6 Noyabr 2014, 09:11

2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində seçki komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanma qaydası və sayı barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

Mərkəzi Seçki Komissiyasının 31 oktyabr 2014-cü il tarixli iclas protokolunun təsdiq edilməsi barədə   ətraflı...

6 Noyabr 2014, 09:11

Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisindəki “İmamzadə” kompleksində bərpa işlərinin aparılması haqqında   ətraflı...