"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 47
Bakı şəhəri, 18 fevral 2014-cü il
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında
"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları" təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 18 fevral tarixli 47 nömrəli qərarı ilə təsdiq edilmişdir
Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının 1.6.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar) hazırlandıqda, onların qonşu ərazi vahidləri ilə razılaşdırılması məsələlərini tənzimləyir.
2. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılmasının məqsədi
2.1. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılmasının məqsədi onların keyfiyyətinin yüksəldilməsinin və bir-birinə uyğunluğunun, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən ibarətdir.
3. Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılması
3.1.Ərazi planlaşdırılması sənədlərinin ilkin layihələri razılaşdırılmaq üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 20.2-ci maddəsinin tələblərinə uyğun olaraq maraqlarına toxunulan qonşu inzibati ərazi vahidlərinə göndərilir.
3.2.Ümumi planlar hazırlandıqdan sonra ərazi planlaşdırılması sənədləri müvafiq rəyin alınması üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.
3.3.Şəhərlərin inzibati sərhədi qonşu şəhər və rayon inzibati əraziləri ilə həmsərhəd olduqda, şəhərin Baş planı işlənildikdən sonra razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir.
3.4.3.1-3.3-cü bəndlərdə göstərilən hallarda razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti orqanlarına göndərilən layihələrə 1 (bir) ay müddətində münasibət bildirilməlidir, əks halda layihə razılaşdırılmış hesab olunur.
3.5.Qonşu ərazi vahidlərindən təqdim edilən iradlar əsaslandırılmış formada qəbul olunmadığı halda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müraciət olunur və bu məqsədlə Nazirlər Kabineti tərəfindən razılaşdırma komissiyası yaradılır. Layihə qonşu ərazi vahidlərinin iradları ilə birlikdə komissiyaya təqdim olunduqdan sonra komissiya bu məsələyə dair rəyini 2 (iki) ay müddətində bildirməlidir. Komissiyanın yekun rəyi tərəflər üçün məqbul hesab olunur.
3 Mart 2014, 16:03
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 aprel tarixli 744 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə ətraflı...
8 Fevral 2016, 09:02
F.N.Ələkbərova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının Tərkibi ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası haqqında ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması haqqında ətraflı...
8 Fevral 2016, 09:02
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
8 Fevral 2016, 09:02
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında ətraflı...