Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Lisenziyalaşdırma Qaydası” təsdiq edilsin (əlavə №1).

2. “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №2).

3. “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (əlavə №3).

4. “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı” təsdiq edilsin (əlavə №4).

5. Müəyyən edilsin ki:

5.1. bu Fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir;

5.2. bu Fərmanın 4 nömrəli əlavəsində göstərilən fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verirlər.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. lisenziyalaşdırma qaydasının dəyişməsi və bəzi fəaliyyət növləri üçün lisenziya alınması tələbinin ləğvi ilə əlaqədar, habelə lisenziya alınması tələbi ləğv edilən fəaliyyət növləri ilə məşğul olmaq üçün qanunlarda mövcud olan tələblərin yerinə yetirilməsi üzərində nəzarətin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının müvafiq qanunlarının təkmilləşdirilməsinə dair təkliflərini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. lisenziya verilməsi üçün tələb olunan şərtlərin (o cümlədən əlavə şərtlərin) sadələşdirilməsi və təkmilləşdirilməsi ilə əlaqədar müvafiq qanun layihələrini Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin təklifləri əsasında iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.3. bu Fərmanın 2 nömrəli əlavəsinin 3-cü, 27-ci, 28-ci və 29-cu hissələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin sayının azaldılması barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.4. radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının basdırılması ilə bağlı fəaliyyətin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.5. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.7. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.8. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq, lisenziya verən dövlət orqanları lisenziya sahiblərinin müraciətləri əsasında qüvvədə olan lisenziyaların müddətsiz lisenziyalarla əvəz olunmasını təmin etsinlər.

8. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi “Elektron lisenziya” portalının Əsasnaməsinin layihəsini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

10. “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 555; 2003, № 3, maddə 153, № 10, maddə 570; 2005, № 2, maddə 69, № 4, maddələr 301, 307, № 8, maddə 721, № 10, maddə 919, № 12, maddələr 1104, 1117; 2006, № 7, maddə 591, № 9, maddə 743, № 11, maddə 945, № 12, maddə 1057; 2007, № 6, maddə 618, №8, maddələr 759, 765, № 10, maddə 943, № 11, maddələr 1098, 1106; 2008, № 8, maddə 718, № 9, maddə 799, № 11, maddə 969, № 12, maddə 1059; 2009, № 2, maddə 64, № 3, maddə 163, № 8, maddələr 619, 621, № 10, maddə 785, № 11, maddə 884; 2010, № 2, maddə 80, № 3, maddə 180, № 9, maddə 776, № 12, maddə 1061; 2011, № 2, maddə 85, № 4, maddə 288, № 6, maddə 491, № 8, maddə 752, № 10, maddə 896; 2012, № 11, maddə 1114, № 12, maddə 1241; 2014, № 2, maddə 112, № 5, maddə 477, № 7, maddə 810, № 9, maddə 107, № 10, maddə 1222; 2015, № 9, maddə 979), 8-ci hissəsi istisna olmaqla, ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 21 dekabr 2015-ci il.

22 Dekabr 2015, 09:12

http://www.azertag.net

851—860 / 10511

9 Fevral 2022, 18:02

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Fevral 2022, 18:02

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2022, 07:02

Media haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2022, 07:02

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Fevral 2022, 07:02

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

9 Fevral 2022, 07:02

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli 1249 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2022, 12:02

Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Fevral 2022, 07:02

Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

8 Fevral 2022, 07:02

74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Fevral 2022, 07:02

Y.M.Həsənovun “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...