“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

                                                      

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192, № 6, maddə 525, № 9, maddə 840, № 11, maddə 1059; 2013, № 3, maddə 233, № 6, maddə 597, № 11, maddələr 1262, 1263, № 12, maddə 1490; 2014, № 5, maddə 463, № 7, maddə 760, № 11, maddə 1375; 2015, № 7, maddə 820) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. “Ağcabədi rayonu” bölməsi üzrə:

1.1. 8.42-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qiyaməddinli” sözü “Yuxarı Qiyaməddinli” sözləri ilə əvəz edilsin.

2. “Ağdam rayonu” bölməsi üzrə:

2.1. 9.13-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Baharlı” sözü “Gül Baharlı” sözləri ilə əvəz edilsin.

3. “Ağdaş rayonu” bölməsi üzrə:

3.1. 10.24-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Yeniarx” sözü “Aşağı Qobuüstü” sözləri ilə əvəz edilsin.

4. “Astara rayonu” bölməsi üzrə:

4.1. 13.10-cu sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Telman” sözü “Çayoba” sözü ilə əvəz edilsin.

5. “Bərdə rayonu” bölməsi üzrə:

5.1. 16.27-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qazaxlar” sözü “Birinci Qazaxlar” sözləri ilə əvəz edilsin.

6. “Cəlilabad rayonu” bölməsi üzrə:

6.1. 18.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Kövüzbulaq” sözü “Soyuqbulaq” sözü ilə, “Badamağac” sözü “Güneyli” sözü ilə əvəz edilsin;

6.2. 18.14-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Təzəkənd” sözü “Çəmənli” sözü ilə əvəz edilsin.

7. “Gədəbəy rayonu” bölməsi üzrə:

7.1. 22.15-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qasımağalı” sözü “Çaykənd” sözü ilə əvəz edilsin;

7.2. 22.21-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qurudərə” sözü “Gülallı” sözü ilə əvəz edilsin;

7.3. 22.23-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Yenikənd” sözü “Qızılqaya” sözü ilə, “Arabaçı” sözü “Çiçəkli” sözü ilə əvəz edilsin.

8. “Göyçay rayonu” bölməsi üzrə:

8.1. 24.8-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəyirli” sözü “Şıxlar” sözü ilə əvəz edilsin.

9. “Xaçmaz rayonu” bölməsi üzrə:

9.1. 27.18-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “İlxıçı” sözü “Məmmədxanlı” sözü ilə əvəz edilsin.

10. “İsmayıllı rayonu” bölməsi üzrə:

10.1. 30.5-ci sətirdə “Cülyan” sözü hər iki halda “Yuxarı Cülyan” sözləri ilə əvəz edilsin.

11. “Kürdəmir rayonu” bölməsi üzrə:

11.1. 31.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qarabucaq” sözü “Axtaçı Qarabucaq” sözləri ilə əvəz edilsin.

12. “Quba rayonu” bölməsi üzrə:

12.1. 36.4-cü sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Digah” sözü “Yuxarı Digah” sözləri ilə əvəz edilsin.

13. “Tərtər rayonu” bölməsi üzrə:

13.1. 51.1-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qapanlı” sözü “Aşağı Qapanlı” sözləri ilə əvəz edilsin;

13.2. 51.6-cı sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Təzəkənd” sözü “Ağkənd” sözü ilə əvəz edilsin;

13.3. 51.18-ci sətirdə “Qapanlı” sözü hər iki halda “Yuxarı Qapanlı” sözləri ilə əvəz edilsin;

13.4. 51.19-cu sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qaradağlı” sözü “Yuxarı Qaradağlı” sözləri ilə əvəz edilsin;

13.5. 51.23-cü sətirdə “Sarıcalı” sözü hər iki halda “Yuxarı Sarıcalı” sözləri ilə əvəz edilsin;

13.6. 51.28-ci sətrin “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Qapanlı” sözü “Alışarlı” sözü ilə əvəz edilsin.

14. “Ucar rayonu” bölməsi üzrə:

14.1. 53.4-cü sətirdə “Çiyni” sözü hər iki halda “Yuxarı Çiyni” sözləri ilə əvəz edilsin.

15. “Zaqatala rayonu” bölməsi üzrə:

15.1. 56.7-ci sətirdə “Dombabinə” sözü hər iki halda “Üçüncü Tala” sözləri ilə əvəz edilsin;

15.2. 56.9-cu sətirdə “Əli Bayramlı” sözləri hər iki halda “Dağlı” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

22 Dekabr 2015, 09:12

http://www.azertag.net

10071—10080 / 10511

1 May 2014, 09:05

Bakı Xoreoqrafiya Akademiyasının yaradılması haqqında   ətraflı...

1 May 2014, 09:05

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsindəəlavə tədbirlər haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında   ətraflı...

1 May 2014, 09:05

1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə   ətraflı...

1 May 2014, 09:05

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 941-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

1 May 2014, 09:05

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi barədə   ətraflı...

1 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 940-IVQD nömrəli Qanununun tətbiqi haqqında   ətraflı...

1 May 2014, 09:05

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

30 Aprel 2014, 09:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 942-IVQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...