Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarına

Sizi – Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşlarını institutunuzun 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir və xalqımızın sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram.

 

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu yarandığı vaxtdan bəri ötən müddət ərzində nailiyyətlərlə dolu zəngin və şərəfli bir yol keçmişdir. İnstitutun təşəkkülündə böyük xidmətləri olmuş görkəmli alimlərin fədakar əməyi və işıqlı xatirəsi bu yubiley günlərində ehtiramla yad edilir. Onların yaratdıqları ənənələr və formalaşdırdıqları tibbi mühit respublikada səhiyyənin inkişafına misilsiz töhfədir.

Azərbaycanda müntəzəm surətdə gerçəkləşdirilən sosial yönümlü siyasət səhiyyə sisteminin müasirləşməsinə, onun maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsinə xidmət edir. Həkimlərin təkmilləşdirilməsi, ixtisaslarının artırılması və davamlı tibb təhsilinin təşkili sahəsində mötəbər mərkəz kimi tanınan institutunuz elmin və praktikanın ahəngdar vəhdətinə nail olmuşdur. İnstitut əməkdaşları həyata keçirdikləri tədqiqatlarla, beynəlxalq forumlarda səhiyyənin aktual problemlərinə dair çıxışları ilə Azərbaycan tibb elminin dünyaya inteqrasiyasına təkan verirlər.

Əmin olduğumu bildirirəm ki, səhiyyə sahəsində ölkəmiz qarşısında dayanan vəzifələrin layiqincə yerinə yetirilməsində siz bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Ən xoş arzularla,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 dekabr 2015-ci il.

22 Dekabr 2015, 09:12

http://www.azertag.net

4801—4810 / 10511

4 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikasının təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında   ətraflı...

4 Oktyabr 2017, 09:10

Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında   ətraflı...

4 Oktyabr 2017, 09:10

A.İ.Vəzirovanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında   ətraflı...

4 Oktyabr 2017, 09:10

K.M.Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

4 Oktyabr 2017, 09:10

Qobustan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

4 Oktyabr 2017, 09:10

Avropa çempionatında Azərbaycanın qadın voleybolçularının uğurlu iştirakı haqqında   ətraflı...

3 Oktyabr 2017, 09:10

X.S.Abdullayevin Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında   ətraflı...

22 Sentyabr 2017, 09:09

E.İ.Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

20 Sentyabr 2017, 10:09

A.P.Plemakova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...

20 Sentyabr 2017, 10:09

Azərbaycan Respublikasının neft sənayesi işçilərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında   ətraflı...