Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Son illərdə torpaqlardan istifadənin səmərəliliyinin artırılması, əkinə yararlı torpaq sahələrinin genişləndirilməsi və suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı layihələr həyata keçirilməkdədir.
Taxtakörpü və Şəmkirçay su anbarlarının istismara verilməsi nəticəsində ilkin mərhələdə 10 min hektar əkin sahəsi suvarma suyu ilə təmin edilmiş, 198 min hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və 42 min hektar torpaq sahəsinin əkin dövriyyəsinə daxil edilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış vəsaitlər hesabına 2013-2015-ci illərdə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 35 şəhər və rayon üzrə əhalisi 1,1 milyon nəfərə yaxın olan 458 yaşayış məntəqəsində 657 subartezian quyusu qazılmışdır.
Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 (on) milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 dekabr 2015-ci il.
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 15 dekabr tarixli
Sərəncamına Əlavə
2016-cı ildə qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı
S/N |
Rayonun, şəhərin adı |
Quyuların sayı |
Yaşayış məntəqələrinin adı |
1. |
Ağcabədi |
9 |
Arazbar |
Yuxarı Qiyaməddinli |
|||
Poladlı |
|||
Rəncbərlər |
|||
Salmanbəyli |
|||
Sarıcalı |
|||
Hindarx |
|||
Hüsülü |
|||
Bala Kəhrizli |
|||
2. |
Ağdam |
9 |
Kəlbəhüseynli |
Orta Qışlaq |
|||
Ballar |
|||
Səfərli |
|||
Quzanlı |
|||
İmamqulubəyli |
|||
Çəmənli |
|||
Zəngişalı |
|||
Sarıcalı |
|||
3. |
Ağdaş |
2 |
Qaradeyin |
Kotanarx |
|||
Ağsu |
2 |
Musabəyli |
|
Muradlı |
|||
Ağstafa |
6 |
Ağstafa şəhərinin ərazisi |
|
Aşağı Kəsəmən |
|||
Zəlimxan |
|||
Kolxələfli |
|||
Pirili |
|||
Qıraq Kəsəmən |
|||
Astara |
1 |
Təngərüd |
|
Balakən |
3 |
Şambul |
|
Şərif |
|||
İtitala |
|||
Beyləqan |
3 |
Beyləqan şəhərinin ərazisi |
|
Mil qəsəbəsi |
|||
Örənqala |
|||
Bərdə |
9 |
Soğanverdilər |
|
Xanərəb |
|||
Piyadalar |
|||
Əmirli |
|||
Mirzalıbəyli |
|||
İkinci Hacallı |
|||
Qayalı |
|||
Güloğlular |
|||
Uğurbəyli |
|||
10.
|
Biləsuvar |
1 |
Dərvişli |
11. |
Cəlilabad |
4 |
Cəlilabad şəhərinin ərazisi |
Təzəkənd (2 ədəd) |
|||
Üçtəpə |
|||
12. |
Füzuli |
6 |
Şükürbəyli |
Aşağı Seyidəhmədli ərazisi |
|||
Birinci Zobucuq qəsəbəsi |
|||
Üçüncü Zobucuq qəsəbəsi |
|||
1№-li Qayıdış |
|||
Gecəgözlü ərazisi |
|||
13. |
Gəncə |
3 |
Nizami rayonunun ərazisi |
Kəpəz rayonunun ərazisi (2 ədəd) |
|||
14. |
Goranboy |
9 |
Rəhimli |
Muzdurlar |
|||
Qarasuçu |
|||
Bəşirli |
|||
Qaramusalı |
|||
Səfikürd |
|||
Gülməmmədli |
|||
Nadirkənd |
|||
Xan Qərvənd |
|||
15. |
Göygöl |
4 |
Qırıqlı |
Quşqara |
|||
Balçılı |
|||
Yeni Qızılca |
|||
16. |
Xaçmaz |
2 |
Yeni Sudur |
Tikanoba |
|||
17. |
Şamaxı |
1 |
Qız Meydan |
18. |
İsmayıllı |
4 |
Mollaisaqlı |
Külüllü |
|||
Hapıtlı |
|||
Xəlilli |
|||
19. |
Qax |
6 |
Qax şəhərinin ərazisi |
Qum |
|||
Qıpçaq |
|||
Şotavar |
|||
Almalı |
|||
Şıxlar |
|||
20. |
Qazax |
5 |
Xanlıqlar |
Daş Salahlı |
|||
Orta Salahlı |
|||
Çaylı |
|||
Kosalar |
|||
21. |
Qəbələ |
3 |
Qəbələ şəhərinin ərazisi |
Vəndam |
|||
Zirik |
|||
22. |
Quba |
2 |
Pirvahid |
İkinci Nügədi |
|||
23. |
Qusar |
2 |
Şirvanovka |
Ləgərqışlaq |
|||
24. |
Masallı |
3 |
Tüklə |
Sığdaş |
|||
Əzizabad |
|||
25. |
Oğuz |
3 |
Oğuz şəhərinin ərazisi |
Tayıflı |
|||
Şirvanlı |
|||
26. |
Samux |
5 |
Alabaşlı |
Füzuli |
|||
Əhmədbəyli |
|||
Ziyadlı |
|||
Tatlı |
|||
27. |
Şəki |
6 |
Şəki şəhərinin ərazisi |
Orta Zəyzid |
|||
Baş Göynük |
|||
Kosalı |
|||
Aşağı Göynük |
|||
Baş Layısqı |
|||
28. |
Şəmkir |
8 |
Zəyəm Cırdaxan |
Zəyəm qəsəbəsi |
|||
Düyərli |
|||
İrmaşlı |
|||
Şiştəpə |
|||
Çinarlı |
|||
Muxtariyyat |
|||
Qasım İsmayılov |
|||
29. |
Tərtər |
7 |
Mamırlı |
Seydimli |
|||
Kəbirli |
|||
Xoruzlu |
|||
Qaynaq |
|||
Kəngərli |
|||
Əskipara |
|||
30. |
Tovuz |
6 |
Tovuz şəhərinin ərazisi |
Əyyublu |
|||
Düz Qırıqlı |
|||
Dönük Qırıqlı |
|||
Aşağı Quşçu |
|||
Köhnəqala |
|||
31. |
Yevlax |
2 |
Rüstəmli |
Hacımahmudlu |
|||
32. |
Zaqatala |
6 |
Göyəm |
Car |
|||
Yeni Suvagil |
|||
Yuxarı Tala |
|||
Aşağı Tala |
|||
Çobankol |
|||
33. |
Xocavənd |
1 |
Nərgiztəpə ərazisi |
34. |
Yardımlı |
1 |
Aşağı Astanlı |
35. |
Şuşa (Ağdam rayonu ərazisi) |
1 |
Mirzələr qış yatağı |
36. |
Laçın (Ağcəbədi rayonunun Taxta Körpü ərazisi) |
1 |
Vağazin obası sahəsi |
37. |
Qobustan |
1 |
Xilmilli |
38. |
Lənkəran |
1 |
Boladı |
39. |
Lerik |
1 |
Kələxan |
40. |
Naftalan |
1 |
Qaşaltı Qaraqoyunlu |
|
Cəmi |
150 |
148 |
12 Fevral 2014, 08:02
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə ətraflı...
12 Fevral 2014, 08:02
“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 853-IVQ nömrəli Qanununun tətbiqi barədə ətraflı...
12 Fevral 2014, 08:02
15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında ətraflı...
11 Fevral 2014, 16:02
Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında ətraflı...
11 Fevral 2014, 16:02
"Neft məhsullarının qüvvədə olan aksiz dərəcələrinin səviyyəsinin dəyişdirilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 dekabr tarixli 333 nömrəli qərarında dəyişiklik edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 16:02
"Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 871-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
11 Fevral 2014, 09:02
“Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə ətraflı...
11 Fevral 2014, 09:02
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 874-IVQD nömrəli Qanununun tətbiqi barədə ətraflı...
11 Fevral 2014, 09:02
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında ətraflı...