Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, № 4, maddələr 177, 178, № 5, maddə 228, № 6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, № 5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, № 12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 167, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271, № 5, maddə 404, № 6, maddə 499, № 7, maddələr 649, 665, 667, № 9, maddə 843, № 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, № 1, maddələr 12, 13, 23, № 2, maddələr 90, 100, № 3, maddələr 205, 218, 220, 225, № 4, maddələr 354, 361, № 5, maddələr 461, 473, 480, № 6, maddələr 601, 617, 627, 629, № 7, maddə 777, № 8, maddə 888, № 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, № 12, maddələr 1471, 1480, 1496, 1503; 2014, № 1, maddə 2, № 2, maddələr 80, 91, 93, № 3, maddə 236, № 4, maddələr 326, 345, № 5, maddə 466, № 6, maddələr 599, 619, 621, № 7, maddələr 765, 776, 781, № 10, maddə 1147, № 11, maddə 1363; 2015, № 2, maddələr 80, 94, 106, № 3, maddə 258, № 4, maddələr 340, 344, 349, 353, 356, 360; № 5, maddələr 505, 506, 509, № 6, maddələr 679, 691) aşağıdakı dəyişikliklər edilsin:
1. 229-cu maddə üzrə:
1.1. maddənin adına “kənara çıxarılması” sözlərindən sonra “, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı” sözləri əlavə edilsin;
1.2. maddənin dispozisiyası 229.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 229.2-ci maddə əlavə edilsin:
“229.2. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması -
yüz manat miqdarında cərimə edilir.”.
1.3. maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd: Bu Məcəllənin 229.1-ci maddəsində "az miqdarda" dedikdə beş yüz manatadək, 229.2-ci maddəsində isə "az miqdarda" dedikdə əlli manatadək olan məbləğ başa düşülür”.
2. 360.1-ci maddədə “229” rəqəmləri “229.1” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
9 Dekabr 2015, 09:1211 Fevral 2023, 11:02
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
11 Fevral 2023, 11:02
Əmək pensiyalarının indeksləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
11 Fevral 2023, 11:02
Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Fevral 2023, 15:02
Azərbaycan Respublikasının İctimai Televiziya və Radio Yayımları Şirkətinə maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Fevral 2023, 15:02
A.Y.Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
9 Fevral 2023, 15:02
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Fevral 2023, 15:02
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...