Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №4, II kitab, maddə 251, №5, maddə 323, №12, maddə 835; 2001, №1, maddə 24, №7, maddə 455; 2002, №1, maddə 9, №5, maddələr 236, 248, 258, №6, maddə 326, №8, maddə 465; 2003, №6, maddələr 276, 279, № 8, maddələr 424, 425, №12, I kitab, maddə 676; 2004, №1, maddə 10, №4, maddə 200, №5, maddə 321, №8, maddə 598, №10, maddə 762, №11, maddə 900; 2005, №1, maddə 3, №6, maddə 462, №7, maddə 575, №10, maddə 904, №11, maddə 994; 2006, №2, maddələr 71, 72, 75, №5, maddə 390, №12, maddələr 1008, 1020, 1028; 2007, №2, maddə 68, №5, maddə 398, №6, maddələr 560, 562, 579, №8, maddə 757, №10, maddələr 937, 941, №11, maddələr 1049, 1080, 1090, №12, maddə 1221; 2008, №6, maddələr 454, 461, №7, maddə 602, №10, maddə 884, №12, maddələr 1047, 1049; 2009, №5, maddə 315, №7, maddə 517, №12, maddə 953; 2010, №2, maddə 70, №3, maddələr 171, 178, №4, maddələr 275, 276, №7, maddə 591; 2011, №4, maddə 253, №6, maddə 472, №7, maddələr 587, 601, 621, №11, maddə 980, №12, maddə 1093; 2012, №2, maddə 45, №3, maddələr 193, 196, №7, maddələr 666, 669, 673; №11, maddə 1068, №12, maddə 1223; 2013, №1, maddə 14, №2, maddə 102, №4 maddə 364, №5, maddələr 459, 479, 481, №6, maddələr 594, 600, №11, maddələr 1264, 1286, 1312, №12, maddə 1492; 2014, № 2, maddələr 89, 95; №4, maddə 327; №6, maddələr 618, 622; 2015, № 4, maddələr 339, 359, 368; № 5, maddələr 504, 508, 510, № 6, maddələr 678, 690, 692) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 205-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 205-1. Saxta aksiz markalarının dövriyyəsi
Saxta aksiz markalarını hazırlama, əldə etmə, saxlama, satma, habelə aksiz markası ilə markalanmalı olan məhsulları (malları) saxta aksiz markaları ilə markalama, fiziki şəxslər tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma –
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd: Saxta aksiz markası ilə markalanmış məhsulları (malları) əldə edən, saxlayan və ya satan şəxs həmin məhsulların (malların) digər şəxsdən alınmasını təsdiq edən ciddi hesabat blankı, elektron qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur.”.
1.2. 213-1-ci maddə üzrə:
1.2.1. maddənin adına “idxal etmə” sözlərindən sonra “, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı” sözləri əlavə edilsin;
1.2.2. aşağıdakı məzmunda 213-1.3-cü və 213-1.4-cü maddələr əlavə edilsin:
“213-1.3. Tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
213-1.4. Eyni əməllər külli miqdarda törədildikdə -
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.”;
1.2.3. maddənin “Qeyd” hissəsi aşağıdakı redaksiyada verilsin:
“Qeyd: Bu Məcəllənin 213-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə beş yüz manatdan iki min manatadək olan məbləğ, 213-1.2-ci maddəsində “külli miqdar” dedikdə iki min manatdan yuxarı olan məbləğ, 213-1.3-cü maddəsində “xeyli miqdar” dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-1.4-cü maddəsində “külli miqdar” dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür”.
Maddə 2. Bu Qanun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları ilə eyni gündə qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
9 Dekabr 2015, 09:1217 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 yanvar tarixli 1705 nömrəli Sərəncamının ləğv edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 26 avqust tarixli 3014 nömrəli Sərəncamının ləğv edilməsi barədə<> Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 avqust tarixli 3079 nömrəli Sərəncamının ləğv edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
H.Ə.Məmmədovun Bakı Mühəndislik Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 1926 nömrəli Sərəncamının ləğv edilməsi barədə ətraflı...
17 Mart 2017, 09:03
“Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 sentyabr tarixli 1090 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə ətraflı...
16 Mart 2017, 09:03
From Margarita Popova, Vice President and General Secretary of Bulgarian Industrial Association Her Excellency Mrs. Mehriban Aliyeva, First Vice President of the Republic of Azerbaijan. Dear Mrs. Mehriban Aliyeva, Please accept my heartfelt congratulations as you assumed great responsibility towards your people with your appointment as the First Vice-President of the Republic of Azerbaijan. This highest state position will give you strength, energy and inspiration to be useful to your country, to be loved by your people and to do large-scale works in political, cultural and social areas. It will be my pleasure to continue to work with you to ensure peace and understanding among people, development of intercultural dialogue, strong communication among young people, and close economic ties between our two countries. I wish you robust health and success. I am looking forward to a new event where I will have a chance to meet with you. With friendly greetings, Margarita Popova Vice President and General Secretary of Bulgarian Industrial Association ətraflı...
14 Mart 2017, 09:03
N.İ.Məmmədovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
14 Mart 2017, 09:03
Şollar-Bakı su qurğuları kompleksinin istismara verilməsinin 100 illiyi münasibətilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında ətraflı...