“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 3, maddə 114; 2003, № 6, maddə 277; 2004, № 8, maddə 598, № 11, maddə 901, № 12, maddə 973; 2007, № 1, maddə 3, № 6, maddə 562, № 11, maddə 1053; 2008, № 6, maddə 462, № 7, maddə 602; 2009, № 12, maddə 952; 2010, № 2, maddə 75, № 7 maddə 591; 2011, № 7, maddə 618; 2012, № 11, maddə 1052; 2013, № 6, maddə 613, № 7, maddə 787, № 12, maddə 1494) 84-1.1-ci maddəsində “Məhkəmə qərarları” sözlərindən sonra “, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
9 Dekabr 2015, 09:1220 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
Pirallahı Sənaye Parkının yaradılması haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
İcra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
2016/2017-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
H.Ə.Məmmədovun Azərbaycan Texniki Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
19 Sentyabr 2016, 09:09
Qusar şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
8 Sentyabr 2016, 10:09
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
8 Sentyabr 2016, 10:09
“Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü Fransa Respublikasının “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit-poll” keçirəcək qurum kimi qeydə alınması barədə ətraflı...
8 Sentyabr 2016, 10:09
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) səsvermə günü ABŞ-ın AJF&Associates İnc. Təşkilatı ilə birgə “exit-poll” keçirəcək qurum qeydə alınması barədə ətraflı...