“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1384-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 164.1.19-cu maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.3. həmin Məcəllənin 220.8.1-ci maddəsinə uyğun olaraq, sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədlərini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.6. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Vergilər Nazirliyi:
3.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci və 150.3-2-ci maddələrinə uyğun olaraq bəyannamə formalarını bir ay müddətində müəyyən etsin;
3.2. sadələşdirilmiş verginin məqsədləri üçün, tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlanması barədə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən verilən məlumat formasını və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxslərin həmin Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman həmin Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV-nin və sadələşdirilmiş verginin nəzərə alınması qaydasını bir ay müddətində müəyyən etsin.
3.3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin kütləvi informasiya vasitələri ilə və ya fərdi qaydada məlumatlandırılmasını təmin etsin.
4. Müəyyən edilsin ki:
4.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-4-cü, 50.1.9-cu, 164.1.20-ci və 194.1-1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
4.2. həmin Məcəllənin 164.1.22-ci, 218.5.5-ci və 220.8.1-ci maddələrində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
4.3. həmin Məcəllənin 150.3-1-ci, 150.3-2-ci və 218.3-cü (birinci cümlədə) maddələrində və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
4.4. həmin Məcəllənin 164.1.20-ci maddəsində “qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur;
4.5. həmin Məcəllənin 164.1.23-cü maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Energetika Nazirliyi həyata keçirir;
4.6. həmin Məcəllənin 220.1-1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası həyata keçirir.
5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
6. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 1.1-ci bənddə “13.2.53-cü,” sözlərindən sonra “23.1.15-4-cü,” sözləri, “30.4-cü,” sözlərindən sonra “50.1.9-cu,” sözləri və “164.1.16-cı (birinci halda),” sözlərindən sonra “164.1.20-ci, 194.1-1-ci,” sözləri əlavə edilsin;
6.2. 1.2-ci bənddə “159.9-cu, 164.2-ci” sözləri “164.1.22-ci” sözləri ilə, “maddələrində, 218.2-ci maddəsinin beşinci hissəsində və 220.8-ci maddəsində” sözləri “, 218.5.5-ci və 220.8.1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
6.3. 1.4-cü bənddə “150.3.3-cü,” sözlərindən sonra “150.3-1-ci, 150.3-2-ci,” sözləri, “212.5-ci (ikinci və üçüncü halda),” sözlərindən sonra “218.3-cü (birinci cümlədə),” sözləri əlavə edilsin;
6.4. 1.9-cu bənddə “maddəsində (hər iki halda)” sözləri “(hər iki halda) və 220.1-1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
6.5. 1.23-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.24-cü bənd əlavə edilsin:
“1.24. həmin Məcəllənin 164.1.20-ci maddəsində “qurum” dedikdə, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyası nəzərdə tutulur.”.
7. Bu Fərmanın icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktlar “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə minir.
8. Bu Fərmanın 1-ci hissəsi 2016-cı il yanvarın 1-dən, digər hissələri isə dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 dekabr 2015-ci il.
Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 7 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının
ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsi üçün zəruri şərtləri və tələbləri müəyyən edir.
1.2. Bu Qaydaların məqsədləri üçün pərakəndə satış dedikdə bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti başa düşülür.
2. Aksiz markaları ilə markalanmalı olan mallar
2.0. Bu Qaydaların məqsədləri üçün aksiz markaları ilə markalanmalı olan mallar aşağıdakılardır (iaşə xidməti göstərilən obyektlərdə qablaşdırılmadan satılan mallar istisna olmaqla):
2.0.1. içməli spirt;
2.0.2. spirtli içkilərin bütün növləri;
2.0.3. pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər;
2.0.4. tütün məmulatları.
3. Aksiz markası ilə markalanmalı olan malların
dövriyyəsi ilə bağlı tələblər
3.1. Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə aşağıdakı şərtlərə əməl edildiyi hallarda yol verilir:
3.1.1. həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə;
3.1.2. həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda (istehsalçılar tərəfindən həmin malların təqdim edilməsi halları istisna olmaqla);
3.1.3. həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə (istehsalçılar tərəfindən həmçinin elektron vergi hesab-fakturası ilə).
3.2. Markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.
3.3. Markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşlarına onların tələbi ilə təqdim etməlidirlər.
8 Dekabr 2015, 09:1227 Aprel 2021, 19:04
Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Aprel 2021, 19:04
“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Aprel 2021, 19:04
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
27 Aprel 2021, 19:04
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
27 Aprel 2021, 19:04
İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏTPA) Nizamnaməsinın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
23 Aprel 2021, 20:04
Bir sıra rayonlarda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Aprel 2021, 20:04
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
23 Aprel 2021, 20:04
O.K.Şirəliyevin Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Aprel 2021, 20:04
T.Y.Musayevin Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
23 Aprel 2021, 20:04
Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...