Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

 

 Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 583; 2001, № 7, maddə 454, № 9, maddə 576, № 12, maddə 734; 2002, № 5, maddə 249, № 12, maddə 707; 2003, № 8, maddə 425, № 12, I kitab, maddə 671; 2004, № 1, maddə 1, № 11, maddə 887, № 12, maddə 980; 2005, № 2, maddə 61, № 8, maddə 688, № 12, maddə 1081; 2006, № 12, maddələr 1005, 1026; 2007, № 1, maddə 4, № 6, maddə 597, № 8, maddə 745, № 11, maddə 1053, № 12, maddə 1192; 2008, № 7, maddə 602, № 11, maddə 960; 2009, № 7, maddə 506; 2011, № 1, maddə 14, № 7, maddələr 588, 603, № 12, maddə 1115; 2012, № 6, maddələr 500, 513, № 7, maddə 652, № 9, maddə 841, № 12, maddə 1226; 2013, № 2, maddə 91, № 4, maddə 366, № 11, maddə 1278, № 12, maddələr 1483, 1486, 1495; 2014, № 2, maddələr 94, 98, № 7, maddə 770, № 8, maddə 957, № 10, maddə 1158, № 12, maddə 1525; 2015, № 1, maddə 11) aşağıdakı dəyişikliklər edilsin:

 

1.1.  13.2.53-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 13.2.54 - 13.2.57-ci maddələr əlavə edilsin:

 

“13.2.54. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti;

 

13.2.55. ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;

 

13.2.56. ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;

 

13.2.57. tikinti-quraşdırma işlərinə başlama anı - tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı.”.

 

1.2. Aşağıdakı məzmunda 23.1.15-3-cü, 23.1.15-4-cü və 24.0.2-1-ci maddələr əlavə edilsin:

 

“23.1.15-3. vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək;

 

23.1.15-4. aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan qaydaların tələblərinə əməl edilməsinə nəzarət etmək;

 

24.0.2-1. vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 (iki) iş günü ərzindəməhkəməyə müraciət etmək;”.

 

1.3.  50-ci  maddə  üzrə:

 

1.3.1. 50.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 50.1.9-cu maddə əlavə edilsin:

 

“50.1.9. aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara əməl olunmasına nəzarət edilməsi.”;

 

1.3.2.  50.8.5-ci maddədə “məbləğ” sözündən sonra “(o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği)” sözləri əlavə edilsin.

 

1.4.  58.7.1-58.7.3-cü maddələr aşağıdakı redaksiyada verilsin:

 

“58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 400 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 2000 manat məbləğində;

 

58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 800 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 4000 manat məbləğində;

 

58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”;

 

1.5. 83.6-cı maddədən “, 212.4-cü” sözləri çıxarılsın.

 

1.6. 99.3.11-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 99.3.12-ci maddə əlavə edilsin:

 

“99.3.12. idman mərc oyunlarından əldə edilən uduşlar.”.

 

1.7. 100-cü maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

“Fiziki şəxsin aldığı və bu Məcəllənin 122-ci, 123-cü, 124-cü, 150.1.9-cu və 150.1.10-cu maddələrinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş dividend, faiz, icarə haqqı, royalti, daşınmaz əmlakın təqdim edilməsindən əldə edilən gəlirlər və idman mərc oyunlarından əldə edilən uduşlar ümumi gəlirdən çıxılır.”.

 

1.8. Aşağıdakı məzmunda 101.5-ci maddə əlavə edilsin:

 

“101.5. İdman mərc oyunlarından əldə edilən uduşlardan 10 faiz dərəcə ilə vergi tutulur.”.

 

1.9. 102.1-ci maddə üzrə:

 

1.9.1. 102.1.6-cı maddədə “250 manatadək olduqda əmək qabiliyyətli əhali üçün” sözləri “2500 manatadək olduqda,” sözləri ilə, “3000 manatadək olduqda əmək qabiliyyətli əhali üçün” sözləri “30000 manatadək olduqda,” sözləri ilə əvəz edilsin;

 

1.9.2. 102.1.9-cu və 102.1.19-cu maddələr ləğv edilsin.

 

1.10. 125.1.7-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 125.1.8-ci maddə əlavə edilsin:

 

“125.1.8. idman mərc oyunlarından əldə edilən uduşlardan - bu Məcəllənin 101.5-ci maddəsinə uyğun olaraq.”.

 

1.11. 138.4-cü maddədə “mənzil” sözü “bina” sözü ilə əvəz edilsin.

 

1.12. 150-ci maddə üzrə:

 

1.12.1. 150.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 150.1.9-cu və 150.1.10-cu maddələrəlavə edilsin:

 

“150.1.9. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və   144.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilmə, həmçinin bu Məcəllənin 221.5-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş vergi hesablanmış tikinti sahələrinin həmin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius;

 

150.1.10. idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxs.”;

 

1.12.2. aşağıdakı məzmunda 150.3-1-ci və 150.3-2-ci maddələr əlavə edilsin:

 

“150.3-1. Notarius bu Məcəllənin 220.8-ci və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.

 

150.3-2. Bu Məcəllənin 150.1.10-cu maddəsində göstərilən şəxslər bu Məcəllənin 101.5-ci maddəsinə uyğun olaraq gəlir vergisini hesablamağa və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq hesablanmış vergini dövlət büdcəsinə köçürməyə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludurlar.”.

 

1.13. 154.6-cı maddədə “mənzil” sözü “sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməyən bina” sözləri ilə əvəz edilsin.

 

1.14. 155.1-ci maddədə hər iki halda “120.000” rəqəmləri “200.000” rəqəmləri ilə, “218.1.1.1-ci və 218.1.1.3-cü” sözləri “218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü” sözləri ilə əvəz edilsin və “şəxslər” sözündən sonra “, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər” sözləri əlavə edilsin.

 

1.15. 157.3.1-ci maddədə hər iki halda “120.000” rəqəmləri “200.000” rəqəmləri ilə əvəz edilsin.

 

1.16.  158-ci maddə üzrə:

 

1.16.1. 158.1-ci maddədə “Vergi ödəyicisi” sözlərindən sonra “, o cümlədən bu Məcəllənin 218.1.2-ci və ya 218.1.3-cü maddələrində göstərilən şəxslər” sözləri əlavə edilsin;

 

1.16.2. 158.2-ci maddədə “60.000” rəqəmləri “100.000” rəqəmləri ilə əvəz edilsin.

 

1.17.  159-cu maddə üzrə:

 

1.17.1.  159.9-cu maddə ləğv edilsin;

 

1.17.2. 159.10-cu maddədə “164.1.15, 164.1.16 və 164.2-ci” sözləri    “164.1.11-ci, 164.1.15-ci, 164.1.16-cı və 164.1.20-164.1.25-ci” sözləri ilə əvəz edilsin.

 

1.18. 164-cü maddə üzrə:

 

1.18.1. 164.1.11-ci maddədə “edilməsi” sözündən sonra “, habelə idxalı” sözləri əlavə edilsin;

 

1.18.2. 164.1.18-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.19-164.1.25-ci maddələr əlavə edilsin:

 

“164.1.19. müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi məqsədlər üçün istifadə olunan bütün növ texnika və texniki vasitələr, onların ehtiyat hissələri, silah-sursat idxalı, müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı məqsədilə idxal edilən texnologiyalar, avadanlıqlar və dəstləşdirici hissələr;

 

164.1.20. Azərbaycan Respublikasının ərazisində mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlar, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun  razılığı ilə digər hüquqi və fiziki şəxslər tərəfindən humanitar yardım kimi gətirilən mallar;

 

164.1.21. texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyə məqsədi ilə dövlətlərin, hökumətlərin və beynəlxalq təşkilatların xətti ilə gətirilən mallar;

 

164.1.22. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda və qaydada fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;

 

164.1.23. ixrac məqsədli neft-qaz fəaliyyəti ilə əlaqədar gətirilən avadanlıq və materiallar (müvafiq icra hakimiyyəti orqanı tərəfindən ixrac məqsədli neft-qaz fəaliyyəti üzrə Azərbaycan Respublikasına idxal olunan avadanlıq və materialların təsdiq olunmuş siyahısı gömrük orqanlarına təqdim edildiyi təqdirdə);

 

164.1.24. xüsusi iqtisadi zonaya idxal edilən mallar (aksizli mallar istisna olmaqla);

 

164.1.25. lizinq müqaviləsinin obyekti olan əsas vəsaitlərin idxalı.”;

 

1.18.3. 164.2-ci maddə ləğv edilsin.

 

1.19.  175.8-ci maddənin birinci cümləsində “habelə” sözü çıxarılsın, “üzrə” sözündən sonra “, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən” sözləri əlavə edilsin.

 

1.20. Aşağıdakı məzmunda 194.1-1-ci maddə əlavə edilsin:

 

“194.1-1. Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və həmin qaydaların tələblərini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.”;

 

1.21. 199.4.2-ci maddədə “obyektlərinin” sözündən sonra “, peyklərin və digər kosmik obyektlərin” sözləri əlavə edilsin.

 

1.22. 216.2-ci maddənin cədvəl hissəsi aşağıdakı redaksiyada verilsin:

 

 Mədən vergisinə cəlb olunan

 

faydalı qazıntıların adı

 

Mədən

 

vergisinin

 

dərəcələri

 

(manatla)

 

Qeyri-filiz faydalı qazıntıları:

 

- seolit

1,0

 

- barit

1,0

 

- mişar daşları

2,0

 

- çınqıl xammalı

1,0

 

- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçüngillər

1,0

 

- bentonit gilləri

1,0

 

- kərpic-kirəmit gilləri

1,0

 

- vulkan külü və pemza

1,0

 

- kvars qumları

1,0

 

- tikinti qumları

1,0

 

- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)

1,0

 

- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəngdaşı)

1,0

 

- qiymətli və yarımqiymətli bəzək daşları

6,0

 

- duz

6,0

 

- yodlu-bromlu sular

 

0,04

 

- mineral sular

 

10,0

1.23. 218-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:

 

“218.1. Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir:

 

218.1.1. bu Məcəllənin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər;

 

218.1.2. vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər;

 

218.1.3. bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər (özünə məxsus və ya cəlb edilən vəsait hesabına əhalinin fərdi (şəxsi) ehtiyaclarını ödəmək və ya kommersiya məqsədləri üçün öz gücü ilə və ya müvafiq ixtisaslı peşəkar sifarişçi və ya podratçı cəlb etməklə bina tikdirən, habelə bu tikintinin və ya başa çatmış obyektin mülkiyyətçisi olan hüquqi və ya fiziki şəxslər).

 

218.2. Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyicisi (bu Məcəllənin 218.4-cü maddəsində nəzərdə tutulmuş vergi ödəyiciləri istisna olmaqla) hər il aprel ayının 20-dən gec olmayaraq, müvafiq bəyannaməni və ya bu Məcəllənin 218.1-ci maddəsində qeyd olunan hüquqlardan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduğu vergi orqanına təqdim edir. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin təqvim ilinin sonunadək seçdiyi metodu dəyişdirmək hüququ yoxdur. Vergi ödəyicisi qeyd olunan müddətdə bəyannaməni və ya yazılı məlumatı təqdim etmədikdə, vergi orqanı vergi ödəyicisinin əvvəlki vergi ilində seçdiyi metodu tətbiq edir. İl ərzində yeni fəaliyyətə başlayan vergi ödəyicisi vergi uçotuna durmaq üçün ərizədə qeyd etdiyi metodu tətbiq edir.

 

218.3. Bu Məcəllənin 218.1.3-cü maddəsində göstərilən şəxs tikinti-quraşdırma işlərinə başladığı andan 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına seçdiyi vergitutma metodu barədə yazılı formada məlumat təqdim etməlidir. Bu halda şəxsin seçdiyi vergitutma metodunu həmin tikinti-quraşdırma işləri başa çatanadək dəyişdirmək hüququ yoxdur.

 

218.4. Bu Məcəllənin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir:

 

218.4.1. mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər;

 

218.4.2. idman mərc oyunlarının operatoru və satıcıları olan şəxslər;

 

218.4.3. mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsini (fiziki şəxsin azı 5 (beş) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, həmçinin bu Məcəllənin 102.1.3.2-ci, 102.1.18-ci, 106.1.16-cı, 144.1.1-ci və 144.1.2-ci maddələrində nəzərdə tutulmuş təqdim edilmə halları istisna olmaqla) həyata keçirən şəxslər.

 

218.5. Aşağıda göstərilən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur:

 

218.5.1. aksizli mallar istehsal edən şəxslər;

 

218.5.2. kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;

 

218.5.3. qeyri-dövlət pensiya fondları;

 

218.5.4. əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edən şəxslər;

 

218.5.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş təbii inhisar subyektləri;

 

218.5.6. mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə (bu Məcəllənin 218.1.2-ci, 218.1.3-cü və 218.4-cü maddələrində göstərilən şəxslər istisna olmaqla) qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər.”.

 

1.24. 219-cu maddə üzrə:

 

1.24.1. 219.1-ci maddədə “218.1.1-ci” sözləri “218.4-cü” sözləri ilə əvəz edilsin;

 

1.24.2. 219.2-ci maddədə “218.1.1.1-ci” sözləri “218.4.1-ci” sözləri ilə əvəz edilsin;

 

1.24.3. 219.3-cü və 219.5-ci maddələr aşağıdakı redaksiyada verilsin:

 

“219.3. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün, dövlətə ayrılan hissə istisna olmaqla, tikilən binanın yaşayış və qeyri-yaşayış sahələri, o cümlədən təqdim edilmək üçünayrıca tikilən fərdi, şəxsi yaşayış və bağ evlərinin sahələri vergitutma obyektidir. Bu maddənin məqsədləri üçün tikilən binanın hər mərtəbəsinin ümumi sahəsi vergitutma obyektidir.

 

219.5. Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.”;

 

 

1.24.4. aşağıdakı məzmunda 219.3-1-ci maddə əlavə edilsin:

 

“219.3-1. Bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin, o cümlədənbina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən satın alınmış yaşayış və qeyri-yaşayış sahələri vergitutma obyektidir.”;

 

1.24.5.  219.6-cı maddə ləğv edilsin.

 

1.25.  220-ci maddə üzrə:

 

1.25.1. 220.1-ci maddədə “218.1.1-ci” sözləri “218.4-cü” sözləri ilə əvəz edilsin, “məşğul olan” sözlərindən sonra “və 218.1.2-ci maddəsində göstərilən” sözləri əlavə edilsin;

 

1.25.2. aşağıdakı məzmunda 220.1-1-ci maddə əlavə edilsin:

 

“220.1-1. Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər tərəfindən sadələşdirilmiş vergi bu Məcəllənin 219.1-ci maddəsində müəyyən edilmiş vergitutma obyekti üzrə (qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən malların satış dövriyyəsi istisna edilməklə) aşağıdakı dərəcə ilə hesablanır:                                    

 

220.1-1.1. ticarət fəaliyyəti üzrə — 6 faiz;

 

220.1-1.2. ictimai iaşə fəaliyyəti üzrə — 8 faiz.”.

 

 1.25.3. 220.8-ci maddə aşağıdakı redaksiyada verilsin:

 

“220.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-cü maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 45 manat, bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün sadələşdirilmiş vergi bu Məcəllənin 219.3-1-ci maddəsində göstərilən vergitutma obyektinin hər kvadratmetri üçün 15 manat olmaqla bu maddə iləmüəyyən edilmiş qaydada hesablanır.

 

220.8.1. Bina Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, aşağıdakı əmsallar tətbiq olunur:

 

Zonalar

Bina tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (binanın faktiki yerləşdiyi) ərazi üzrə əmsal

 

1

4,0

2

3,0

3,4

2,2

5,6

1,8

7,8,9

1,5

10,11,12

1,2

 

 

 

220.8.2. Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,5;

 

220.8.3. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 1,2;

 

220.8.4. digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) yerləşdikdə, bu maddədə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə - 0,5.”.

 

1.25.4. Aşağıdakı məzmunda 220.8-1-cimaddə əlavə edilsin:

 

“220.8-1. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər üçün tikilən binanın qeyri-yaşayış sahələri üzrə sadələşdirilmiş vergi, habelə bu Məcəllənin 218.4.3-cü maddəsində göstərilən şəxslər üçün binaların qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi bu Məcəllənin 220.8-ci maddəsi ilə hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.”.

 

1.26.  221-ci maddə üzrə:

 

1.26.1. 221.1-ci və 221.6-cı maddələrdə “218.1.1-ci” sözləri “218.4-cü” sözləri ilə əvəz edilsin;

 

1.26.2. 221.3.1-ci maddədə “218.1.1.3-cü” sözləri “218.4.2-ci” sözləri ilə əvəz edilsin;

 

1.26.3. 221.4.2-ci maddədə “218.1.1.1-ci” sözləri “218.4.1-ci” sözləri ilə əvəz edilsin;

 

1.26.4. 221.5-ci maddənin birinci bəndində “Mənzil” sözü “Bina” sözü ilə və “tikintinin təməl” sözləri “tikinti-quraşdırma” sözləri ilə, ikinci bəndində “218.1.1.2-ci” sözləri “218.1.3-cü” sözləri ilə və hər iki halda “mənzil” sözü “bina” sözü ilə, üçüncü bəndində “12,5” rəqəmləri “10” rəqəmləri ilə əvəz edilsin;

 

1.26.5. 221.7-ci maddənin birinci cümləsində “maddəsinin” sözü “, 218.2-ci və 218.3-cü maddələrinin” sözləri ilə əvəz edilsin.

Maddə 2. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs öz seçiminə uyğun vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada da ödəyə bilər. Tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış şəxs bu Qanun qüvvəyə mindikdən sonrakı 30 gün müddətində müvafiq icra hakimiyyəti orqanına öz seçimi barədə yazılı formada məlumatı təqdim etməlidir. Bu maddə ilə müəyyən edilmiş müddətdə yazılı formada məlumatı təqdim etməyən şəxsə sadələşdirilmiş vergi bu Qanunla müəyyən edilmiş qaydada hesablanır. Bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə və vergi ödəməyə başlamış şəxs bu Qanunla müəyyən olunan sadələşdirilmiş vergini ödədiyi zaman bu Qanun qüvvəyə mindiyi tarixədək ödənilmiş ƏDV və sadələşdirilmiş vergi nəzərə alınır.

 

 Maddə 3. Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 20 oktyabr 2015-ci il .

8 Dekabr 2015, 09:12

http://www.azertag.net

121—130 / 10511

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Maliyyə-sənaye qrupları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

9 Fevral 2023, 08:02

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...