Ətraflı:Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin gəlirləri 3 078 570 100,0 manat, xərcləri 3 078 570 100,0 manat məbləğində təsdiq edilir.
Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2016-cı ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Gəlirlərin mənbələri
Məbləğ (manatla)
1.Məcburi dövlət sosial sığorta haqları, cəmi o cümlədən:
1 972 200 100,0
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə
605 000 000,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə
82 500 000,0
1.3.büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə daxilolmalar
12 500 000,0
1.4.digər sığortaedənlər o cümlədən:
1 272 200 100,0
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə
53 540 100,0
2.Sair gəlirlər, cəmi o cümlədən:
6 370 000,0
sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmalar
1 736 400,0
3.Dövlət büdcəsindən ayırmalar (transfert)
1 100 000 000,0
Maddə 3. Xərclər
Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:
Xərclərin istiqamətləri
Məbləğ (manatla)
1. Əhaliyə ödənişlər, cəmio cümlədən:
3 011 145 000,0
1.1. əmək pensiyalarının ödənilməsinə, cəmi
2 923 588 000,0
1.2. məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərə, cəmi ondan:
87 557 000,0
əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə
21 723 100,0
hamiləliyə və doğuşa görə
27 144 100,0
uşağın anadan olmasına görə
7 070 300,0
3 yaşına çatanadək uşaqlara qulluqla əlaqədar
9 757 300,0
əfn üçün
15 594 100,0
işsizliyə görə
6 268 000,0
2.Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri
20 015 100,0
3. Sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər, cəmio cümlədən:
19 120 000,0
3.1. sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına
14 880 000,0
3.2.sığortaolunanların uşaqlarının sağlamlıq düşərgələrində istirahətinin təşkilinə
320 000,0
3.3. sanatoriya-profilaktoriyalara yemək xərcləri, tibb xidməti və ştatların saxlanılmasına
200 000,0
3.4.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının idman cəmiyyətlərinə məxsus idman qurğularının qismən saxlanılmasına(işçilərin əməkhaqqının ödənilməsi)
2 460 000,0
3.5. Həmkarlar İttifaqlarının texniki və əməyin hüquqi müfəttişliyinin, etimadlı həkimlərin, sağlamlaşdırma işi ilə məşğul olan təlimatçılarınsaxlanılmasına
1 260 000,0
4. Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri
27 000 000,0
5.Beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərcləri, cəmi o cümlədən:
40 000,0
5.1. Beynəlxalq Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri
14 000,0
5.2. MDB dövlətlərinin Sosial Təminat Assosiasiyasına üzvlük haqqının ödənilməsi xərcləri
26 000,0
6.Azərbaycan Respublikası Hökuməti ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında 2004-cü il 23 sentyabr tarixdə imzalanmış və Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 noyabr tarixli 518 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "İnkişaf üçün Kredit Sazişi"nə əsasən "Pensiya və sosial təminat" layihəsi üzrə kreditin qaytarılması xərcləri
1 250 000,0
Maddə 4. Borcların ödənişi
Sığortaedənlərin keçmiş Dövlət Məşğulluq və Əlillərin Sosial Müdafiə fondlarına ayırmalar üzrə qalan borcları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına köçürülür.
Maddə 5. Qalıqlardan istifadə
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun mərkəzi aparatının və yerli orqanlarının hesablarında ilin sonuna qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.
Maddə 6. Büdcə təşkilatları üzrə sosial sığorta haqları üzrə daxilolmaların tənzimlənməsi
Büdcə ili ərzində dövlət büdcəsindən maliyyələşən təşkilatlara nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqları üzrə vəsaitlər Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun orqanlarına tam məbləğdə daxil olmadıqda, nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği artırılır, artıq daxil olduqda isə nəzərdə tutulmuş və faktiki hesablanmış məcburi dövlət sosial sığorta haqları arasındakı fərq qədər dövlət büdcəsindən ayırmaların (transfertin) məbləği azaldılır.
Maddə 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun 2016-cı il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 oktyabr 2015-ci il.
8 Dekabr 2015, 09:1223 Dekabr 2015, 09:12
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...
23 Dekabr 2015, 09:12
“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hesabına dövlət rüsumlarından daxil olan vəsaitdən istifadə qaydası haqqında ətraflı...
22 Dekabr 2015, 09:12
Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı ətraflı...
22 Dekabr 2015, 09:12
Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri ətraflı...
22 Dekabr 2015, 09:12
Lisenziyalaşdırma Qaydası ətraflı...
22 Dekabr 2015, 09:12
Azərbaycan Turizm və Menecment Universitetinin NİZAMNAMƏSİ ətraflı...