“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367; Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli 1350-IVQD nömrəli Qanunu) 21-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
“Maddə 21. Dini ayinlər, mərasimlər və atributlar”;
2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır.”;
3. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 dekabr 2015-ci il.
7 Dekabr 2015, 08:125 Aprel 2017, 09:04
Azərbaycan Respublikasında şəkər çuğunduru istehsalının stimullaşdırılması haqqında ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə-smeta sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası ətraflı...
5 Aprel 2017, 09:04
Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında ətraflı...
5 Aprel 2017, 09:04
“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə ətraflı...
5 Aprel 2017, 09:04
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
4 Aprel 2017, 09:04
Nursultan Nazarbayevin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
3 Aprel 2017, 09:04
V.Q.Əhmədovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı ətraflı...
31 Mart 2017, 09:03
“Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında ətraflı...
31 Mart 2017, 09:03
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin yüksək texnologiyalı reabilitasiya vasitələri ilə təmin olunmasına dair əlavə tədbirlər haqqında ətraflı...