Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2016-cı ilin aprel ayında tanınmış Azərbaycan bəstəkarı, əməkdar incəsənət xadimi Qəmbər Muxtar oğlu Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur.

 

Qəmbər Hüseynli qısa ömrü ərzində milli musiqi sənəti salnaməsinə yeni səhifələr yazmış sənətkardır. Azərbaycanın çoxəsrlik mədəni irsinin təbliğində onun xalq musiqisi zəminində təşəkkül tapmış və dərin lirizmi ilə səciyyələnən yaradıcılığının özünəməxsus yeri vardır. Bəstəkarın “Cücələrim” əsəri bu gün də dünyada sevilə-sevilə dinlənilən uşaq mahnılarındandır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin zənginləşdirilməsi və tanıdılması işinə sanballı töhfələr vermiş bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla, bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 noyabr 2015-ci il.

26 Noyabr 2015, 09:11

http://www.azertag.net

3861—3870 / 10511

3 Aprel 2018, 08:04

Ə.F.Şıxəliyevin Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Aprel 2018, 08:04

Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

2 Aprel 2018, 08:04

Tovuz şəhərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Aprel 2018, 08:04

Kürdəmir rayonunda xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

2 Aprel 2018, 08:04

Mərkəzi Seçki Komissiyasının 24 mart 2018-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

2 Aprel 2018, 08:04

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

2 Aprel 2018, 08:04

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

30 Mart 2018, 08:03

Akademik Əhəd Yaqubovun 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Mart 2018, 08:03

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Mart 2018, 08:03

Qazax Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...