Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, №12, maddə 1058; 2008, №11, maddə 980, № 12, maddə 1069; 2010, № 2, maddə 85; 2011, № 5, maddə 85; 2014, № 12, maddə 1579) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 9.9-cu bənddən “aparatının hərbi qulluqçularının,” sözləri çıxarılsın, “digər işçilərinin” sözləri “işçilərinin” sözü ilə əvəz edilsin;
2. 12-ci hissə aşağıdakı redaksiyada verilsin:
“Agentliyin aparatının, strukturuna daxil olan və tabeliyində olan bölmələrinin işçiləri Azərbaycan Respublikasının fövqəladə hallar naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.”.
3. 13-cü hissədən “mülki” sözü çıxarılsın;
4. 14-cü hissədən “Agentliyin aparatının hərbi qulluqçularının vəzifə və hərbi rütbəyə görə maaşlarının məbləği Azərbaycan Respublikasının Prezidenti tərəfindən, pul təminatının digər növlərinin ödənilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfındən,” və “isə” sözləri çıxarılsın;
5. 17-ci hissə ləğv edilsin;
6. 22.3-cü bənddə “hərbi qulluqçularının və sisteminə daxil olan büdcədən maliyyələşdirilən struktur bölmələrinin mülki” sözləri “ , strukturuna daxil olan və tabeliyində olan bölmələrinin” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 noyabr 2015-ci il.
25 Noyabr 2015, 09:1128 Fevral 2017, 09:02
“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na 2 nömrəli əlavə ətraflı...
28 Fevral 2017, 09:02
Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası ətraflı...
28 Fevral 2017, 09:02
“Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2017, 09:02
Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Qərarı ətraflı...
27 Fevral 2017, 09:02
Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
27 Fevral 2017, 09:02
2017-ci ildə quraşdırılması nəzərdə tutulan modul tipli su təmizləyici qurğuların yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı ətraflı...
27 Fevral 2017, 09:02
Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında ətraflı...
27 Fevral 2017, 09:02
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamı ətraflı...
24 Fevral 2017, 09:02
“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə ətraflı...
24 Fevral 2017, 09:02
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında ətraflı...