Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976–1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” 2004-cü il 5 may tarixli Sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək “Azərbaycan” xüsusi cildi yüksək poliqrafik keyfiyyətdə hazırlanıb oxucuların istifadəsinə verilmişdir. Beş cildi artıq işıq üzü görmüş Milli Ensiklopediyanın növbəti cildləri üzərində mütəmadi iş aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Milli Ensiklopediyasının milli sərvət kimi ölkənin ictimai-siyasi, elmi-mədəni həyatının əlamətdar hadisəsi olduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2015-ci il.

25 Noyabr 2015, 09:11

http://www.azertag.net

6761—6770 / 10511

3 İyun 2016, 09:06

“Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi barədə   ətraflı...

3 İyun 2016, 09:06

“Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

3 İyun 2016, 09:06

“Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişdə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

“Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 223-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 713-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 8 iyul tarixli 938 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 fevral tarixli 635 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...

3 İyun 2016, 09:06

“Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılmasının təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 10 avqust tarixli 1597 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə   ətraflı...

2 İyun 2016, 09:06

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli 226-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

2 İyun 2016, 09:06

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında   ətraflı...

2 İyun 2016, 09:06

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda dəyişikliklər edilməsi haqqında   ətraflı...