Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2015-ci ilin dekabr ayında Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın nəşrini təmin etmiş Ensiklopediya Baş redaksiyasının yaradılmasının 50 illiyi tamam olur. 1976–1987-ci illərin on cildlik “Azərbaycan Sovet Ensiklopediyası” keçmiş sovet ideologiyasının ciddi təsiri altında yazılmasına baxmayaraq, Azərbaycan xalqının tarixi-mədəni nailiyyətlərini müfəssəl əks etdirən fundamental əsər idi.

 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonrakı dövr ərzində ölkə həyatında baş vermiş əsaslı dəyişikliklər yeni çoxcildli universal milli ensiklopediyanın meydana gətirilməsini zəruri edirdi. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin yaradılması haqqında” 2004-cü il 5 may tarixli Sərəncamı ilə təsis edilmiş “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin gerçəkləşdirdiyi belə bir nəşr mükəmməl informasiya mənbəyi olaraq cəmiyyətin intellektual potensialının zənginləşdirilməsində müstəsna əhəmiyyətə malikdir. İndiyədək “Azərbaycan” xüsusi cildi yüksək poliqrafik keyfiyyətdə hazırlanıb oxucuların istifadəsinə verilmişdir. Beş cildi artıq işıq üzü görmüş Milli Ensiklopediyanın növbəti cildləri üzərində mütəmadi iş aparılır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Azərbaycan Milli Ensiklopediyasının milli sərvət kimi ölkənin ictimai-siyasi, elmi-mədəni həyatının əlamətdar hadisəsi olduğunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 24 noyabr 2015-ci il.

25 Noyabr 2015, 09:11

http://www.azertag.net

6131—6140 / 10511

9 Dekabr 2016, 09:12

“Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 14 oktyabr tarixli 356-VQD nömrəli Qanununun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 25 iyun tarixli 282 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə   ətraflı...

9 Dekabr 2016, 09:12

Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

8 Dekabr 2016, 10:12

“Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...

8 Dekabr 2016, 10:12

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə   ətraflı...

8 Dekabr 2016, 10:12

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitki mühafizəsi və bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə   ətraflı...

8 Dekabr 2016, 10:12

Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası Prezidentlərinin Bəyannaməsinin təsdiq edilməsi haqqında   ətraflı...

8 Dekabr 2016, 10:12

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası ilə bağlı Tərəflərin 21-ci Konfransında qəbul olunmuş Paris Sazişinin təsdiq edilməsi haqqında   ətraflı...

8 Dekabr 2016, 10:12

Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası   ətraflı...

8 Dekabr 2016, 10:12

“Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar tərəfindən “Tik-idarə et-təhvil ver” modeli çərçivəsində həyata keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər, bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında   ətraflı...

8 Dekabr 2016, 10:12

“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 11 noyabr tarixli 404-VQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında   ətraflı...