Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası Milli Məclisinin deputatları aşağıdakı komitələrin sədrləri seçilsinlər:
Əli Məhəmməd oğlu Hüseynli Hüquq siyasəti və dövlət quruculuğu komitəsi;
Ziyafət Abbas oğlu Əsgərov Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi;
Ziyad Əliabbas oğlu Səmədzadə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi;
Valeh Feyruz oğlu Ələsgərov Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi;
Eldar Rza oğlu İbrahimov Aqrar siyasət komitəsi;
Hadi Musa oğlu Rəcəbli Əmək və sosial siyasət komitəsi;
Arif Qafar oğlu Rəhimzadə Regional məsələlər komitəsi;
İsa Əkbər oğlu Həbibbəyli Elm və təhsil komitəsi;
Rafael Baba oğlu Hüseynov Mədəniyyət komitəsi;
Bahar Əvəz qızı Muradova İnsan hüquqları komitəsi;
Səməd İsmayıl oğlu Seyidov Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi;
Əhliman Tapdıq oğlu Əmiraslanov Səhiyyə komitəsi;
Aqiyə Həbib qızı Naxçıvanlı Ailə, qadın və uşaq məsələləri komitəsi;
Siyavuş Dünyamalı oğlu Novruzov İctimai birliklər və dini qurumlar komitəsi;
Fuad Rauf oğlu Muradov Gənclər və idman komitəsi.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov
Bakı şəhəri, 24 noyabr 2015-ci il.
25 Noyabr 2015, 09:1118 Mart 2014, 09:03
“Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə ətraflı...
18 Mart 2014, 09:03
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 28 yanvar tarixli 183 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
F.N.Ələkbərova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının “Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə” medalı ilə təltif edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
M.İ.Mədətovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
Z.H.Hüseynovun Sumqayıt Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 09:03
A.A. Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
18 Mart 2014, 08:03
E.K.Aslanovun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri vəzifəsindən azad edilməsi haqqında ətraflı...
17 Mart 2014, 09:03
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
17 Mart 2014, 08:03
Naxçıvan Muxtar Respublikasında “Arpaçay-2” Su Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsi haqqında ətraflı...