2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 noyabr 2015-ci il tarixli 188 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Həmidova Gülarə Hüseynəli qızı 23 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır.
Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət verilə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə və 4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 73 saylı Lənkəran şəhər seçki dairəsi üzrə qeydə alınmış namizəd Həmidova Gülarə Hüseynəli qızının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 23 noyabr 2015-ci il tarixli 188 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
24 Noyabr 2015, 09:1125 Sentyabr 2014, 09:09
Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
25 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
İsmayıllı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında hərbi kafedraların yaradılması haqqında ətraflı...
24 Sentyabr 2014, 09:09
Azərbaycanın yəhudi icmasına ətraflı...
23 Sentyabr 2014, 09:09
SəudiyyəƏrəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda ətraflı...
23 Sentyabr 2014, 09:09
İki Müqəddəs Ocağın Xadimi, SəudiyyəƏrəbistanının Kralı Əlahəzrət Abdullah bin Əbdüləziz Al Səuda ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
22 Sentyabr 2014, 09:09
Azərbaycan Respublikasının neft sənayesi işçilərinə fəxri adların verilməsi haqqında haqqında ətraflı...