“Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:
“Azərbaycan Respublikasının 1993-cü il 6 dekabr tarixli 758 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993, № 23-24, maddə 681; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 141; 2004, № 5, maddə 312; 2013, № 11, maddə 1246) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının “Tərəqqi” medalının Əsasnaməsi”nin 1-ci maddəsində “xalq təhsili” sözləri “hüquq, təhsil” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il.
23 Noyabr 2015, 09:1124 Dekabr 2012, 21:12
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası ətraflı...