“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 58; 2010, № 3, maddə 178, № 4, maddə 276; 2011, № 12, maddə 1104; 2013, № 11, maddə 1274; 2014, № 2, maddə 81, № 10, maddə 1159, № 11, maddə 1361) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.14-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin, aşağıdakı məzmunda 1.0.15-ci, 1.0.16-cı və 1.0.17-ci maddələr əlavə edilsin:

“1.0.15. aktivlər – əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və ya daşınmaz əmlak, poçt göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, habelə bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya hər hansı digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlardır;

1.0.16. aktivlərin dondurulması – aktivlərin həcminin, məbləğinin, yerinin, xarakterinin, təyinatının və bu aktivlərə mülkiyyət və sahiblik hüquqlarının dəyişməsi ilə nəticələnən, aktivlərin konversiyasının, köçürülməsinin, onlara sərəncam verilməsinin və ya onlarla hər hansı formada maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsinin qadağan edilməsidir;

1.0.17. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslər - terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, habelə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə əsasən barəsində sanksiyalar tətbiq edilməli olan və siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təsdiq edilmiş fiziki və ya hüquqi şəxslərdir.”;

2. 7.2.5-ci maddə aşağıdakı redaksiyada verilsin:

“7.2.5. terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin aktivləri və həmin aktivlərlə əməliyyatlar.”;

3. 7.3-cü maddədən “və bu Qanunun 7.2.5-ci maddəsində göstərilən şəxslərin siyahısı” sözləri çıxarılsın;

4. Aşağıdakı məzmunda 7.3-1-ci və 7.3-2-ci maddələr əlavə edilsin:

“7.3-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ölkədaxili siyahıdan və Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qətnamələrinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən beynəlxalq siyahıdan ibarətdir. Hər iki siyahı müəyyən edildikdən sonra maliyyə monitorinqi orqanı tərəfindən təsdiq olunur, dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir, birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərilir.

7.3-2. Müvafiq icra hakimiyyəti orqanının şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsi barədə qərarından Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verilə bilər.”;

5. 11.4-cü maddədə “7.2-ci” sözləri “7.2.1-7.2.4-cü” sözləri ilə əvəz edilsin;

6. Aşağıdakı məzmunda 11.4-1-ci maddə əlavə edilsin:

“11.4-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısı maliyyə monitorinqi orqanının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş şəxslərin aktivlərinin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal maliyyə monitorinqi orqanına məlumat verməlidirlər. Maliyyə monitorinqi orqanına məlumat verildiyi vaxtdan iki iş günü ərzində aktivlərin dondurulması barədə maliyyə monitorinqi orqanının qərarı daxil olmazsa aktivlərin dondurulması üzrə tədbirlər ləğv edilir.”;

7. Aşağıdakı məzmunda 11-1-ci maddə əlavə edilsin:

 

“Maddə 11-1. Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması tədbirlərinin əhatə dairəsi

11-1.1. Bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və ya hüquqi şəxsin birbaşa və ya dolayısı ilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxsin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxs tərəfindən idarə və ya nəzarət olunan aktivlər, habelə belə əmlak vasitəsi ilə əldə edilmiş digər aktivlər dondurulmalıdır.

11-1.2. Bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin aktivləri həmin aktivlərin hər hansı terrorçuluq və ya terrorçuluğun maliyyələşdirilməsi fəaliyyəti ilə bilavasitə əlaqəli olub-olmamasından asılı olmayaraq dondurulmalıdır.

11-1.3. Bu Qanunun 19-1.10-cu maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, aktivlər şəxsin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olduğu müddətdə dondurulmuş saxlanılmalı və şəxs siyahıdan çıxarıldıqdan dərhal sonra azad edilməlidir.

11-1.4. Azərbaycan Respublikasının ərazisində fiziki və ya hüquqi şəxslər tərəfindən istənilən aktivin bu Qanunun 7.2.5-ci maddəsində nəzərdə tutulmuş fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır.”.

8. Aşağıdakı məzmunda 19-1-ci maddə əlavə edilsin:

 

“Maddə 19-1. Aktivlərin dondurulması

19-1.1. Maliyyə monitorinqi orqanına bu Qanunun 7.2.5-ci maddəsinə əsasən təqdim edilmiş məlumatın terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxsə, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxsə, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxsə aid olduğu müəyyən edilərsə maliyyə monitorinqi orqanı iki iş günü ərzində aktivlərin ilkin dondurulması haqqında qərar qəbul edir. Aktivlər maliyyə monitorinqi orqanı tərəfindən 30 gün müddətinə dondurulur.

19-1.2. Aktivlərin dondurulması haqqında qərarın bir nüsxəsi icra edilməsi üçün həmin məlumatı verən monitorinq iştirakçılarına və ya monitorinqdə iştirak edən digər şəxslərə, digər nüsxəsi isə müvafiq sənədlərlə birlikdə dərhal müvafiq icra hakimiyyəti orqanına göndərilir.

19-1.3. Bu Qanunun 19-1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatın araşdırılması zamanı cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar müəyyən edilərsə, müvafiq icra hakimiyyəti orqanı aktivlərin terrorçuluğun maliyyələşdirilməsinə yönəldilməsinin qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada terrorçuluğun maliyyələşdirilməsinə şübhə yaradan əməliyyatların icrasının dayandırılması və ya əmlak üzərinə həbs qoyulması üçün tədbirlər görür.

19-1.4. Bu Qanunun 19-1.2-ci maddəsində nəzərdə tutulmuş məlumatda cinayət təqibinin həyata keçirilməsi üçün əsaslar mövcud deyilsə, müvafiq icra hakimiyyəti orqanı ilkin yoxlama apararaq aşağıdakı halları müəyyən etdikdə, aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddətin bitməsinə ən azı 15 gün qalmış, aktivlərin yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması barədə müraciət edir:

19-1.4.1. aktivləri dondurulması nəzərdə tutulan şəxs terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxs, habelə həmin şəxsin sahibliyində və ya nəzarətində olan hüquqi şəxs, o cümlədən bu şəxsin adından və ya onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxs olduqda;

19-1.4.2. aktivləri dondurulması nəzərdə tutulan şəxs terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısında olmasa da onun terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, həmin əməllərin törədilməsinə kömək və ya həmin əməllərin törədilməsinə cəhd ilə əlaqədar olmasına dair kifayət qədər əsaslar müəyyən edildikdə, o cümlədən xarici dövlətin səlahiyyətli orqanlarından daxil olmuş bu barədə müraciətlər əsaslı hesab edildikdə.

19-1.5. Bu Qanunun 19-1.4.1-ci və ya 19-1.4.2-ci maddələrində nəzərdə tutulmuş hallar təsdiq edilərsə, məhkəmə aktivlərin ilkin dondurulması haqqında maliyyə monitorinqi orqanının qərarında nəzərdə tutulmuş müddət bitənədək aktivlərin dondurulması haqqında qərar qəbul edir.

19-1.6. Məhkəmənin aktivlərin dondurulması haqqında qərarı maliyyə monitorinqi orqanına və aktivləri dondurulmuş şəxsə göndərilir. Aktivləri dondurulmuş şəxs məhkəmənin aktivlərin dondurulması haqqında qərarından yuxarı instansiya məhkəməsinə şikayət verə bilər.

19-1.7. Maliyyə monitorinqi orqanı məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması barədə məlumatları dərhal rəsmi internet səhifəsində yerləşdirir, nəzarət orqanlarına, habelə birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə göndərir. Maliyyə monitorinqi orqanı aktivləri dondurulmuş şəxslərə onların aktivlərinin dondurulmasının əsasları və bununla əlaqədar tətbiq olunacaq tədbirlər, habelə aktivlərin dondurulmasının ləğv edilməsi proseduru barədə məlumatı müvafiq qərarı aldığı vaxtdan 1 gün müddətində yazılı qaydada verir.

19-1.8. Aktivlərin dondurulması haqqında məhkəmə qərarı əsasında fiziki və ya hüquqi şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin qərar ləğv edilənədək davam etdirilməlidir.

19-1.9. Fiziki və ya hüquqi şəxsin aktivlərinin dondurulması üçün əsaslar aradan qalxdıqda məhkəmə aktivləri dondurulmuş şəxsin və ya müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qərar qəbul edir.

19-1.10. Aktivləri dondurulmuş fiziki və ya hüquqi şəxslərin zəruri və gözlənilməz xərclərə ehtiyaclarını ödəmək üçün dondurulmuş aktivlərdən istifadə etmək imkanının təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 20 oktyabr 2015-ci il.

20 Noyabr 2015, 09:11

http://www.azertag.net

3011—3020 / 10511

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 may tarixli 920 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1368 nömrəli 2001-ci il 12 sentyabr tarixli, 1373 nömrəli 2001-ci il 28 sentyabr tarixli və 1377 nömrəli 2001-ci il 12 noyabr tarixli qətnamələrinin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər planı”nda, 2007-ci il 28 iyun tarixli 2271 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram (2007–2012-ci illər)”ında və 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013–2018-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 1880 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nda, 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda, 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2017–2019-cu illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” 2016-cı il 18 noyabr tarixli 2451 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Fevral 2019, 09:02

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli 760 nömrəli və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli fərmanlarında və 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Fevral 2019, 08:02

S.A.Şirinovun və U.A.Şirinovun “İgidliyə görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Fevral 2019, 08:02

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədr müavinlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı   ətraflı...

4 Fevral 2019, 08:02

Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun tikintisi və avadanlıqlarla təchizatına dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...