2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə ümumi yekunların müəyyən olunması ilə əlaqədar işlərin başa çatmış hesab edilməsi və Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının seçkilərin ümumi yekunlarına dair protokolunun tərtib olunması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair dairə seçki komissiyalarının protokolları qanunla müəyyən olunmuş müddətdə və qaydada tərtib edilərək ona əlavə olunmuş sənədlərlə birlikdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 171.2-ci maddəsinin tələblərinə uyğun olaraq həmin sənədlər müəyyən olunmuş müddət ərzində yoxlanılmışdır.
Yoxlama aparılarkən 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı, 53 saylı Quba-Qusar seçki dairəsinin 16 saylı, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı, 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, digər seçki dairələri üzrə səsvermənin yekunları düzgün müəyyən olunduğundan və rəsmiləşdirildiyindən bu hal nəzərə alınaraq, seçkilərin ümumi yekunlarının müəyyən olunması üçün dairə seçki komissiyaları protokollarının və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilməlidir.
Ona görə də Seçki Məcəlləsinin 108.2-ci maddəsinə əsasən seçkilərin ümumi yekunlarına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 28.4-cü, 108.2-ci və 171.2-ci maddələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərlə əlaqədar seçki dairələri üzrə səsvermənin yekunlarına dair aparılmış yoxlama nəticəsində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı, 15 saylı Yasamal birinci seçki dairəsinin 8 saylı, 53 saylı Quba-Qusar seçki dairəsini 16 saylı, 82 saylı Ağcabədi seçki dairəsinin 12 saylı, 83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin 32 saylı, 85 saylı Şamaxı seçki dairəsinin 45 saylı, 121 saylı Laçın seçki dairəsinin 32 və 77 saylı seçki məntəqələri üzrə seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığından həmin məntəqələr üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin.
2. Azərbaycan Respublikasının Milli Məclisinə keçirilmiş seçkilərin ümumi yekunlarının müəyyən edilməsi üçün dairə seçki komissiyalarının səsvermənin yekunlarına dair protokolları və onlara əlavə edilmiş digər seçki sənədlərinin yoxlanılması işi başa çatmış hesab edilsin.
3. Seçki dairələri üzrə seçkilərin yekunlarına və seçki məntəqələri üzrə səsvermənin nəticələrinə təsir edən müvafiq qərarlar nəzərə alınmaqla 2015-ci il noyabrın 1-də keçirilmiş seçkilərin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu tərtib edilsin.
4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
19 Noyabr 2015, 09:11
3 Mart 2014, 16:03
"Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında ətraflı...
3 Mart 2014, 16:03
"Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
Əliş Ləmbəranskinin 100 illik yubileyinin keçirilməsi haqqında ətraflı...
3 Mart 2014, 09:03
R.M.Seyfullayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 17:02
K.M.Abdullayevin Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri təyin edilməsi haqqında ətraflı...
28 Fevral 2014, 09:02
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
Z.M.Hüseynovun “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında ətraflı...
27 Fevral 2014, 16:02
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında ətraflı...