2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 15 noyabr 2015-ci il tarixli 185 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Vəliyev İlqar Mahir oğlu və namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Qarayev Qalib Aslan oğlu 15 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/80 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini, seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və həmin seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

                                                                                    

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Müraciət etmiş deputatlığa qeydə alınmış namizədlər şikayətlərini onunla əsaslandırmışlar ki, dairə seçki komissiyası onların müraciətini araşdırarkən araşdırmada və iclasda iştiraklarını təmin etməmiş, səsvermə günü özləri, vəkil etdikləri şəxslər və təyin edilmiş müşahidəçiləri tərəfindən dairə seçki komissiyasının əhatə etdiyi bütün seçki məntəqələrində seçki məntəqələrinin açılmasından başlayaraq müxtəlif vaxtlarda səsvermənin gedişi, səslərin hesablanması və protokollaşdırılmasında müşahidə etdikləri, seçici fəallığı və digər seçki hərəkətləri ilə bağlı çoxlu sayda qanun pozuntularını nəzərə almamışdır. Belə ki, onlar tərəfindən Ağdaş şəhərində yerləşən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10 və 19 saylı, Dəhnəxəlilli kəndindəki 11 saylı, Yuxarı Ağcayazı kəndindəki 12 saylı, Qolqəti kəndindəki 13 saylı, Şəkilli kəndindəki 14 saylı, Qoşaqovaq kəndində bələdiyyənin binasında yerləşən 15 saylı, Güvə kəndindəki 16 saylı, Pirkəkə kəndindəki 17 saylı, Ərəbocağı kəndindəki 18 saylı və rayonun digər kəndində yerləşən 22 seçki məntəqəsində səsvermə prosesində, səslərin hesablanmasında və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində bu və ya digər şəkildə seçkilərin nəticəsinə təsir edə biləcək seçki qanunvericiliyinin pozulmasının baş verdiyi protokolların seçki məntəqəsində tərtib edilməməsi, səsvermənin nəticələrinin orada elan edilməməsi və protokolların surətinin müşahidəçilərə verilməməsi və seçki prosesinə müdaxilə edildiyi iddia edilsə də, dairə seçki komissiyası tərəfindən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 15,19, 21, 23, 26, 29, 30 və 37 saylı seçki məntəqələrində səslərin yenidən hesablanması aparılmamış, ciddi qanun pozuntularına yol verildiyinə görə 11, 12, 13, 14, 16, 17, 18, 20, 22, 24, 25, 27, 28, 31, 32, 33, 34, 35, 36, 38, 39 və 40 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız hesab edilməmişdir.

Araşdırma prosesində müraciət etmiş namizədlərlə əlaqə saxlanılmış, onlara əlavə sənədlər və yeni dəlillər təqdim etmək hüquqlarının olması izah edilmiş, araşdırmada iştirakları təmin edilmiş, iclasa dəvət edilsələr də iştirak etməmişlər.

Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyasında şikayətçilərin müraciəti araşdırılarkən seçki dairəsinin əhatə etdiyi bütün məntəqə seçki komissiyalarının sədrlərindən, inzibati binalarında seçki məntəqələri yerləşən bələdiyyələrin sədrlərindən və ərazi icra nümayəndələrindən səsvermə günü həmin məntəqələrdə pozuntulara yol verilmədiyi, müşahidəçilərin iradlarının nəzərə alındığı, səsvermənin və səslərin sayılmasının seçki qanunvericiliyinə uyğun aparıldığı, səsvermənin nəticələrinə dair protokolların məntəqədə tərtib edilməsi və surətlərinin seçki subyektlərinə verilməsi, bələdiyyələr və yerli icra nümayəndələri tərəfindən səsverməyə müdaxilə edilmədiyi barədə izahatlar alınmış və həmin izahatlara əsasən müraciətin əsassız hesab edilərək təmin edilməməsinə dair qərar qəbul edilmişdir.

Araşdırma ilə əlaqədar dairə seçki komissiyasından mübahisələndirilən məntəqə seçki komissiyalarının səsvermənin nəticələrinə dair protokolları alınaraq baxış keçirilmişdir. Baxış nəticəsində 3, 5, 7, 9, 12, 14, 16, 17, 18, 22, 24, 25, 27, 28, 34, 35 və 39 saylı seçki məntəqələrinin səsvermənin nəticələrinə dair protokollarında bu və ya digər formada seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular müəyyən edilmişdir. Belə ki, 3, 9, 14, 17, 18, 22, 24, 28 və 35 saylı seçki məntəqələrində səslərin söz və rəqəmlə yazılışında yolverilməz düzəlişlər və fərqlər, 5, 7, 12, 16, 25, 27, 34 və 39 saylı seçki məntəqələrində namizədlərə verilmiş etibarlı hesab edilmiş səslərin ümumi saya uyğun olmaması, balansın pozulması, seçicilərə verilmiş bülletenlərlə səsvermə qutusundan çıxan bülletenlərin sayı arasında fərqlər, bəzi namizədlərə aid səslərə sonradan düzəlişin edilməsi halları müəyyən edilmişdir.

Göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə məntəqə seçki komissiyalarında səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yaratdığından 3, 5, 7, 9, 12, 14, 16, 17, 18, 22, 24, 25, 27, 28, 34, 35 və 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar yaranmışdır.

Nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil edir. Həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alımış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil edir. Belə ki, səsvermənin nəticələri etibarsız hesab ediləcək seçki məntəqələrinin sayı 17, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı 14377, seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayı 40, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı isə 39994-dür.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, dairə seçki komissiyası və ya Mərkəzi Seçki Komissiyası birmandatlı seçki dairəsi üzrə aşağıdakı hallarda seçkiləri etibarsız sayır:

- 170.2.1. səsvermə keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə;

- 170.2.2. birmandatlı seçki dairəsi üzrə səsvermə zamanı səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayı həmin seçki dairəsində olan seçki məntəqələrinin ümumi sayının 2/5 hissəsindən çoxunu təşkil etdikdə və ya ləğv edildikdə, o şərtlə ki, həmin seçki məntəqələrində qeydə alınmış seçicilərin sayı seçki dairəsi üzrə qeydə alınmış seçicilərin ümumi sayının 1/4-dən çoxunu təşkil etsin.

Göstərilənlərə əsasən müraciətin təmin edilməsi, dairə seçki komissiyasının mübahisələndirilən 7 noyabr 2015-ci il tarixli 23/80 saylı qərarının ləğv edilməsi, seçki dairəsinin 3, 5, 7, 9, 12, 14, 16, 17, 18, 22, 24, 25, 27, 28, 34, 35 və 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və seçki dairəsi üzrə seçkilərin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci, 170-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 90 saylı Ağdaş seçki dairəsi üzrə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Vəliyev İlqar Mahir oğlu və namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Qarayev Qalib Aslan oğlunun 15 noyabr 2015-ci il tarixli 185 saylı müraciəti təmin edilsin.

2. 90 saylı Ağdaş seçki dairəsinin 3, 5, 7, 9, 12, 14, 16, 17, 18, 22, 24, 25, 27, 28, 34, 35 və 39 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin və seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər etibarsız sayılsın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

18 Noyabr 2015, 09:11

http://www.azertag.net

4141—4150 / 10511

7 Fevral 2018, 08:02

C.R.Hüseynovun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2018, 08:02

Ş.Ş.Abdullayevin Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2018, 08:02

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

7 Fevral 2018, 08:02

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli 936-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

7 Fevral 2018, 08:02

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin olunması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

7 Fevral 2018, 08:02

“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

7 Fevral 2018, 08:02

2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

7 Fevral 2018, 08:02

2018-ci il aprelin 11-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində İşçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

6 Fevral 2018, 08:02

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

6 Fevral 2018, 08:02

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 224 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiya haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...