2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 noyabr 2015-ci il tarixli 181 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə qeydə alınmış namizəd Qasımlı Azər Ağaqasım oğlu 2015-ci il noyabrın 14-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılmasında hüquqlarının pozulduğunu, səsvermə günü seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/60 saylı qərarının ləğv edilməsini, seçki dairəsi üzrə sesverənin nəticələrinin etibarsız sayılmasını tələb etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Namizəd A.A.Qasımlı araşdırmada iştirak etmiş, eyni zamanda onun tərəfindən təqdim edilən videogörüntülər və fotolar özünün iştirakı ilə araşdırılmış, seçki məntəqələrində tərtib edilməsi ehtimal olunan bir neçə akt araşdırmaya təqdim edilmişdir.

Müraciətdə səsvermə günü 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 19, 20, 21, 22, 23, 25, 27, 28, 30 və 31 saylı seçki məntəqələrində müşahidənin aparılması üçün şəraitin yaradılmamasını, məntəqə seçki komissiyalarının üzvləri tərəfindən müşahidə prosesinə maneə törədilməsini, bəzi seçki məntəqələrində səsverməyə hazırlığın gec başlanmasını, seçici siyahısında adları olmayan şəxslərin səsvermədə iştirak etməsini, seçki hüququ olmayan şəxslərin seçki məntəqələrinə daxil olmasını, bir seçicinin digərinin əvəzinə səs verməsini, seçki məntəqələri üzrə seçici fəallığının aşağı olmasını, seçicilərin seçici vəsiqəsi olmadan tək şəxsiyyət vəsiqəsi ilə səsvermələrini, bəzi seçki məntəqələrində seçki qutularına topa seçki bülletenlərinin atılmasını, videoçəkilişə icazə verilməməsini, səslərin hesablanması zamanı qanun pozuntularına yol verildiyini göstərərək müraciətdə qeyd olunan seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin isə etibarsız hesab edilməsini tələb etmişdir.

Şikayətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyasının əhatə etdiyi 2, 9, 11, 12, 13, 15, 17, 20, 22 və 28 saylı seçki məntəqələrində quraşdırılmış veb-kameralarda olan videoyazılardan istifadə edilmiş, orada olan görüntülərə baxış keçirilmiş, müraciətdə və təqdim olunmuş aktlarda iddia olunan pozuntular öz təsdiqini tapmamışdır.

Araşdırma prosesində ərizəçi tərəfindən təqdim edilmiş səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən aktlar araşdırılmış, bəzi aktlarda ziddiyətin olduğu və onun müvafiq qaydada tərtib edilmədiyi müəyyən edilmişdir. Mübahisələndirilən seçki məntəqələri üzrə tərtib edilmiş aktlara tərəfimizdən seçmə üsulu ilə bir neçə seçki məntəqəsi üzrə baxış keçirilmiş, o cümlədən 4 saylı seçki məntəqəsində H.M.Məmmədov tərəfindən saat 8.05-də tərtib edilmiş aktda səsvermənin nəticələrinə dair protokolun 1-6-cı bəndlərinin səsvermə başlamazdan əvvəl doldurulmaması, həmin seçki məntəqəsində pozuntu kimi 4 nəfər seçicinin seçici vəsiqəsi ilə deyil, şəxsiyyət vəsiqəsi ilə səs verməsini, 6 saylı seçki məntəqəsində E.Ə.Həmzəyev tərəfindən saat 7.10-da tərtib edilmiş aktda müşahidəçilərin həmin məntəqəyə buraxılmaması, həmin seçki məntəqəsində səsverməyə hazırlığın saat 7.32-də başlanması, eyni seçki məntəqəsi üzrə seçki bülletenləri sayılarkən onların qarışıq olması, 7 saylı seçki məntəqəsində L.Y.Əliyeva və C.Əliyev tərəfindən saat 8.00-da pozuntuya dair tərtib edilən aktda seçki qutularının nömrələnməməsi, 8 saylı seçki məntəqəsi məntəqə seçki komissiyası sədrinin həmin məntəqəyə saat 7.30-da gəlməsi, 13 saylı seçki məntəqəsində videoçəkilişə icazə verilməməsi, 16 saylı seçki məntəqəsində məntəqə seçki komissiyası tərəfindən komissiya üzvləri arasında vəzifə bölgüsünün aparılmaması, həmin seçki məntəqəsinə bir neçə seçicinin eyni vaxtda daxil olması əsassız olaraq qanun pozuntusu kimi qiymətləndirilmişdi.

Bundan başqa, 30 saylı seçki məntəqəsində V.H.Abdullayev tərəfindən müşahidə əsasında səsvermə prosesində yol verilməsi ehtimal edilən qanun pozuntuları barədə saat 7.20-də tərtib edilmiş akt həmin şəxs tərəfindən eyni saatda 31 saylı seçki məntəqəsində baş verdiyi də iddia edilmişdir. Göründüyü kimi, müxtəlif seçki məntəqələrində qanun pozuntularının baş verməsi barədə eyni şəxsin eyni vaxtda akt tərtib etməsi qeyri-mümkün olduğundan həmin akt sübut kimi qiymətləndirilə bilməz. Araşdırmaya təqdim edilmiş aktlar Seçki Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq müvafiq məntəqə seçki komissiyalarına təqdim edilməmişdir.

Şikayətə əlavə edilmiş bir ədəd CD diskdə olan görüntülər və foto şəkillər müşahidə aparılması prinsipinin pozulması ilə əldə edildiyindən sübut kimi qəbul edilə bilməz. Belə ki, Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinə əsasən, müşahidə açıq aparılmalıdır və həmin Məcəllənin 42.2.8-ci maddəsinə əsasən, müşahidəçinin səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə və ya onu əvəz edən şəxsə müraciət etmək hüququ vardır. Müraciətdə göstərilən halda isə şikayətçi müşahidəçilərin seçki qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərinə riayət etməmələrini nəzərə almamışdır.

Hazırkı müraciətin araşdırılması prosesində seçki dairəsi üzrə səsvermə günü seçki məntəqələrində səsvermə başlanandan səslərin sayılması və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinin başa çatmasına kimi müşahidə aparmış müxtəlif maraqları təmsil edən müşahidəçilər tərəfindən tərtib edilmiş aktlara əsasən, səsvermə günü səsvermə prosesi və səslərin hesablanması qanunvericiliyin tələblərinə uyğun keçirilmişdir.

Belə ki, səsvermə günü 23 saylı Nəsimi-Səbail seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində seçki prosesini izləmiş müşahidəçilər, o cümlədən 1 saylı seçki məntəqəsində S.Yusifova, G.Həmidova, G.Tağıyeva, G.Mustafayeva, E.Cəbiyeva, 2 saylı seçki məntəqəsində S.İdrisova, İ.Ağayeva, G.Əhmədova, G.Əsgərova, S.Behbudova, M.Quliyeva, 4 saylı seçki məntəqəsində S.A.Bayramova, M.M.Əliyeva, N.K.Kərimli, İ.G.Vahabova, Q.R.Əsgərova, 5 saylı seçki məntəqəsində E.M.Hətəmov, A.H.Əliyeva, İ.İ.Məmmədova, S.M.Heydərova, N.N.Məmmədova, 6 saylı seçki məntəqəsində F.Hümbətova, G.Həsənova, G.Ələkbərova, S.Rzayeva, E.Kərimova, N.Kəngərli, 7 saylı seçki məntəqəsində S.S.Məmmədov, İ.A.Heydərov, E.X.Yüzbaşov,T.H.Abdullayev, Q.V.Həziyev, T.M.Əliyev, R.V.Salayev, B.N.Neymətullayev, Z.Ə.Şükürov, Ç.Ş,Həsənov, V.A.Vahidov, N.R.Eyyubov, 8 saylı seçki məntəqəsində N.M.Mirqasımova, T.A.Əzizova, M.M.Abdullayeva, L.V.Məmmədbəyova, K.A.Məmmədova, S.Ə.Babayeva, A.S.Zeynallı, L.O.Əlimərdanova, R.E.Həsənova, S.S.Məhərrəmova, F.S.Günəşova, İ.R.Səfiquliyev, 9 saylı seçki məntəqəsində A.V.Salahov, T.M.Kazımova, R.N.Zeynalova, R.Ə.Ağayev, Y.B.Süleymanov, R.H.Fərəcov, E.Ə.Mirzəyev, V.Ş.Zeynalov, İ.İ.Cəbrayılov, Ş.E.Nəcəfova, 10 saylı seçki məntəqəsində V.M.Musayev, Ş.V.Musayeva, K.C.Zülfiyev, A.V.Salahov, V.Ş.Zeynalov, R.Z.Haşımov, V.Musayev, İ.Səfərov, F.S.Abbasov, 11 saylı seçki məntəqəsində F.Vəliyeva, A.Rəhimova, Y.Aslanova, S.Abdullayev, E.İbrahiimov, P.Abbasov, S.Məmmədov, 12 saylı seçki məntəqəsində M.Ə.Rəhimova, C.N.Quliyeva, L.M.Abbasova, N.M.Quliyev, T.V.Yanseviç, 13 saylı seçki məntəqəsində T.A.Ağayev, T.M.Xəlilov, Ş.A.Səmədova, İ.A.Şahbazbəyova, F.F.Həsənov, 14 saylı seçki məntəqəsində N.Məmmədova, S.Məmmədova, C.Cəfərov, A.Məmmədov, G.Əliyeva, 15 saylı seçki məntəqəsində R.Cəfərov, E.Əliyev, İ.Kərimov, G.Muradova, İ.Əfəndiyev, 16 saylı seçki məntəqəsində C.İsgəndərova, K.Bəşirova, A.Abbasova, B.Mustafayeva, M.Vəliyeva, 17 saylı seçki məntəqəsində M.Babayeva, R.Əliyev, G.Zeynalova, E.Məmmədova, R.Həsənova, A.Quliyeva, 19 saylı seçki məntəqəsində A.T.Orucova, A.P.Tahirzadə, S.K.Abdullayeva, S.X.Quliyeva, T.R.Şirinova, 20 saylı seçki məntəqəsində G.A.Əliyeva, S.R.Səfərova, N.C.Allahverdiyeva, N.A.Rzayeva, E.X.Zülfüqarov, M.Ə.Əhmədova, S.B.Abbasova, P.Ə.Əzimova, 21 saylı seçki məntəqəsində İ.Əhmədov, Z.Əsgərov, 22 saylı seçki məntəqəsində Z.Məmmədov, S.Həsənova, A.B.Əhmədov, Y.S.Bağırova, Ş.M.Yolçuyeva, L.A.Abıyeva, L.V.Mehdiyeva, 23 saylı seçki məntəqəsində X.Abdullayev, Ə.Ş.Səmədzadə, F.İsmayılov, N.Əzimov, 25 saylı seçki məntəqəsində Ə.Ağarəfioğlu, S.Əhmədov, 27 saylı seçki məntəqəsində X.Abdullayev, E.Ş.Səmədzadə, 28 saylı seçki məntəqəsində P.V.Zeynalov, A.E.Həsənov, R.N.Süleymanov, F.B.Əliyev, F.S.Ələkbərova, 30 saylı seçki məntəqəsində R.R.Hacıyev, F.F.Yusubov, F.S.Qurbanov, Z.İ.Məhərrəmov, 31 saylı seçki məntəqəsində R.Babayev, E.Gülməmmədov, E.Musayev, E.İsmayılov, A.Qasımov tərtib etdikləri aktlarda 1 noyabr 2015-ci ildə yuxarıda qeyd edilən seçki məntəqələrində səsvermə prosesini axıra kimi izləyərkən heç bir qanun pozuntusu olmadığını, müşahidə prosesinə müdaxilə hallarının olmadığını, nə onlara, nə də digər müşahidəçilərə qarşı məntəqə seçki komissiyasının sədri və ya üzvləri tərəfindən heç bir təzyiqlərə yol verilmədiyini, səslərin sayılmasını və səsvermənin nəticələrinə dair protokolun tərtib olunduğunu müşahidə etdiklərini, protokolun surətini aldıqdan sonra məntəqəni tərk etdiklərini bildirmişlər.

Araşdırma ilə müəyyən edilmişdir ki, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd M.Q.Babayev 3 noyabr 2015-ci il tarixdə həmin dairə seçki komissiyasının 20, 22 və 28 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirmiş, həmin seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi barədə komissiyaya müraciət etmiş, dairə seçki komissiyasının 3 noyabr 2015-ci il tarixli 22/57 saylı qərarı ilə 20, 22 və 28 saylı seçki məntəqələri üzrə səslərin yenidən hesablanmasına dair qərar qəbul edilmiş, səslər yenidən sayılaraq hesablanmış, nəticələr əvvəlki nəticələrlə üst-üstə düşdüyündən səslərin yenidən hesablanması barədə tərtib edilmiş protokollar təsdiq edilmişdir. Dairə seçki komissiyası 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolları yoxlayarkən həmin protokolda buraxılan texniki səhvə görə səslərin yenidən hesablanması barədə 2 noyabr 2015-ci il tarixdə qərar qəbul etmiş, sayılma zamanı nəticələr əvvəlki nəticələrlə üst-üstə düşmüşdür.

A.A.Qasımlının müraciətinin təmin edilməməsinə dair 23 saylı Nəsimi-Səbail seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/60 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur. Dairə seçki komissiyasında həmin müraciət üzrə araşdırma aparılarkən toplanmış dəlillərin mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verilmiş, onların mənbələrinin və əldəedilmə üsullarının qanunvericiliyin tələblərinə tam cavab verməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, sübutlar buna səlahiyyəti olan subyektlər tərəfindən toplanmış, iş üzrə əhəmiyyət kəsb edən yazılı izahatlar, məlumatlar, aktlar, arayışlar və s. bu kimi materiallar seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilmişdir.

Bundan başqa, dairə seçki komissiyası tərəfindən təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün seçkiqabağı təşviqat subyektlərinə bərabər imkanlar və şərait yaradılmış, seçki dairəsi üzrə qeydə alınmış namizədlər müxtəlif vaxtlarda seçicilərlə sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər M.Q.Babayev və A.B.Vəliyevanın izahatları ilə də öz təsdiqini tapmışdır. Eyni zamanda seçkiqabağı təşviqatın aparılmasında hüquqlarının pozulması halları ilə bağlı dairə seçki komissiyasına hər hansı bir müracət daxil olmamışdır. Araşdırma zamanı A.A.Qasımlı seçkiqabağı təşviqatın aparılmasında hüquqlarının pozulmasına dair hər hansı bir sənəd, material və sübuta malik olmadığını bildirmişdir.

Beləliklə, 23 saylı Nəsimi-Səbail seçki dairəsinin dislokasiyasında olan bir sıra seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar da öz təsdiqini tapmadığından, həmçinin səsvermənin keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı həmin seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən qanun pozuntuları olmadığından deputatlığa qeydə alınmış namizəd A.A.Qasımlının 14 noyabr 2015-ci il tarixli 181 saylı müraciəti əsassız olduğundan təmin edilməməli, həmin dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/60 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Qasımlı Azər Ağaqasım oğlunun 14 noyabr 2015-ci il tarixli 181 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/60 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

18 Noyabr 2015, 09:11

http://www.azertag.net

471—480 / 10511

12 Avqust 2022, 16:08

A.Z.Nemətovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Avqust 2022, 12:08

O.Ç.Mürsəlovun Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Avqust 2022, 15:08

Bakı şəhərinin Qaradağ rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

8 Avqust 2022, 15:08

Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçirilən XI Dünya Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2022, 14:08

“Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 8 iyul tarixli 586-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 dekabr tarixli 695 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Yanğın təhlükəsizliyi haqqında”, “Yerin təki haqqında”, “Balıqçılıq haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Atmosfer havasının mühafizəsi haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Telekommunikasiya haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında”, “Pambıqçılıq haqqında” və “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında” 2012-ci il 27 iyun tarixli 2307 nömrəli, “Azərbaycan Respublikasında müasir Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin yaradılması ilə bağlı Komissiyanın təşkili haqqında” 2013-cü il 2 aprel tarixli 2828 nömrəli, “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində Hərbi Ovçuluq İttifaqının yaradılması haqqında” 2013-cü il 24 iyul tarixli 3017 nömrəli və “Nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə üçün Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2014-cü il 8 may tarixli 442 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

5 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı Səfirliyinin yerləşdirilməsi üçün alınmış Berlin şəhəri, Hoffmanstrasse 11 ünvanında yerləşən binanın satılması haqqında” 2008-ci il 5 fevral tarixli 2661 nömrəli, “Azərbaycan Respublikasında neft-qaz emalı və neft-kimya sənayesinin strateji inkişafı barədə təkliflərin hazırlanması üçün Komissiyanın tərkibinin təsdiq edilməsi haqqında” 2009-cu il 23 sentyabr tarixli 492 nömrəli, “Tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərinin özəlləşdirilməsi haqqında” 2010-cu il 6 aprel tarixli 839 nömrəli, “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” 2010-cu il 3 may tarixli 885 nömrəli, “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 2011-ci il 29 aprel tarixli 1478 nömrəli, “2011–2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramının təsdiq edilməsi haqqında” 2011-ci il 16 may tarixli 1504 nömrəli, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 7 iyul tarixli 1621 nömrəli və “Fransa Respublikasındakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasının təmiri və yenidən qurulması haqqında” 2011-ci il 24 noyabr tarixli 1858 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 21 fevral tarixli 679 nömrəli, “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 23 nömrəli, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 22 noyabr tarixli 24 nömrəli və “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, idxalının və satışının tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 1999-cu il 5 fevral tarixli 90 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

4 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 27 avqust tarixli 147 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə” 2009-cu il 31 avqust tarixli 155 nömrəli, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 4 aprel tarixli 604 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 29 may tarixli 1303-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 23 iyul tarixli 576 nömrəli, “Dövlət xidmətlərinin göstərilməsində şəffaflığın artırılması, yaşayış yeri üzrə qeydiyyat və lisenziyalaşdırma prosedurlarının elektronlaşdırılması sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 31 avqust tarixli 588 nömrəli, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1405-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 21 dekabr tarixli 711 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli və “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında” 2016-cı il 23 sentyabr tarixli 1047 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...