2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 14 noyabr 2015-ci il tarixli 182 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 11 saylı Qaradağ seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Əbil Bəybala Əlibala oğlu 14 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək dairə seçki komissiyasının 12 noyabr 2015-ci il tarixli 29/78 saylı qərarının ləğv olunmasını, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini tələb etmişdir.

                      

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

B.Ə.Əbil şikayətində göstərmişdir ki, seçkiqabağı təşviqatda bütün namizədlər üçün bərabər şərait yaradılmamış, səsvermə günü 11 saylı Qaradağ seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə prosesi düzgün təşkil olunmamış, seçici siyahısında adları olmayan şəxslər səsvermədə iştirak etmiş, eyni şəxslərin seçki məntəqəsində təkrar səs verməsi üçün şərait yaradılmış, seçici siyahılarında seçicilərin adları təkrarlanmış, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteni verilmiş, müşahidənin normal aparılması qeyri-mümkün olmuş, səslərin hesablanması zamanı aşkarlıq prinsipinə riayət olunmaması halları olmuş, 19 seçki məntəqəsi üzrə ciddi qanun pozuntuları müşahidə edilərək aktlar tərtib edilmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, araşdırmada iştirak etmiş, onun tərəfindən əlavə olaraq səsvermə günü pozuntular ehtimal olunan 1 ədəd videogörüntülər olduğu iddia edilən CD disk, fotoşəkillər və digər sənədlər təqdim edilmişdir.

Seçki dairəsinin müraciətdə göstərilən 2, 4, 6, 7, 9, 11, 13, 14, 16, 18, 20, 21, 22, 24, 28, 29, 30, 32 və 37 saylı seçki məntəqələri üzrə baş verməsi iddia edilən qanun pozuntuları həmin seçki məntəqələrində səsvermə günündə müşahidə aparmış müşahidəçilərin və müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərinin izahatları ilə təkzib edilmişdir.

Belə ki, səsvermə günü 2 saylı seçki məntəqəsində müşahidə aparmış V.Ə.Mehdiyev, F.Q.Güləliyev, 4 saylı seçki məntəqəsində müşahidə aparmış Y.A.Musayeva, A.V.Ayvazova, A.T.Lazımova, 6 saylı seçki məntəqəsində müşahidə aparmış F.F.Bədirov, S.Hacıyeva, M.Q.Ağayeva, Z.Əliyev, 7 saylı seçki məntəqəsində müşahidə aparmış Ö.H.İsmayılov, M.D.Manafova, 11 saylı seçki məntəqəsində müşahidə aparmış X.T.Qəniyeva, T.F.Məmmədova, E.Ə.Səfərova, 13 saylı seçki məntəqəsində müşahidə aparmış P.H.Nəcəfquliyev, C.Y.Salahov, V.K.Hüseynova, Ə.M.Əmiraslanov, 14 saylı seçki məntəqəsində müşahidə aparmış Ş.Şirəliyeva, 18 saylı seçki məntəqəsində müşahidə aparmış A.S.Heydərova, B.N.Vəliyeva, G.R.Cəbiyeva, S.P.Səmədov, 20 saylı seçki məntəqəsində müşahidə aparmış X.S.Musayeva, D.S.Səfərova, R.B.Alkişiyeva, S.F.Əliyeva, 21 saylı seçki məntəqəsində müşahidə aparmış Ş.M.Abdullayeva, Ş.M.Fətullayeva, E.E.Novruzov, 22 saylı seçki məntəqəsində müşahidə aparmış S.B.Mehdiyeva, A.M.Məmmədova, 24 saylı seçki məntəqəsində müşahidə aparmış A.Q.Rzayeva, Ə.V.İsmayılova, R.A.İsmayılov, K.Ş.İmanquliyeva, S.S.Hüseynova, F.S.Əsədov, 28 saylı seçki məntəqəsində müşahidə aparmış A.İ.Pənahov, V.C.Məmmədov, 29 saylı seçki məntəqəsində müşahidə aparmış X.Ə.Fətəliyev, Ş.N.Fətəliyeva, X.İ.Həsənova, G.C.Sadıqova, 30 saylı seçki məntəqəsində müşahidə aparmış A.F.Davudova, M.F.Məmmədova, 32 saylı seçki məntəqəsində müşahidə aparmış R.N.Cavadov və qeyd edilən məntəqə seçki komissiyalarında müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərinin tərtib etdikləri akt və izahatları ilə səsvermə və səslərin sayılması prosesinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirildiyi, səsvermənin nəticələrinə dair protokolların Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərtib olunduğu və surətlərinin maraqlı seçki subyektlərinə verildiyi, müşahidə prosesinə müdaxilə hallarının olmadığı təsdiq edilmişdir.

Müəyyən edilmişdir ki, səsvermə günü namizəd B.Ə.Əbil və onun maraqlarını təmsil edən şəxslərdən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntuları ilə bağlı dairə seçki komissiyasına heç bir müraciət daxil olmamışdır. Səsvermə günü ehtimal olunan pozuntularla bağlı tərtib edilmiş aktların məntəqə seçki komissiyalarına təqdim olunmaması sonradan həmin sənədlərin mötəbər sübut kimi qəbul edilməsini qeyri-mümkün edir.

Araşdırma prosesində ərizəçi tərəfindən təqdim edilmiş aktlar və digər materiallar qiymənləndirilərkən müəyyən edilmişdir ki, bu və ya digər qanun pozuntusunun olmasını özündə ehtiva edən həmin aktlar və materiallar Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtda məntəqə və dairə seçki komissiyasına təqdim edilməsə də, onların kserosurətləri namizədin dairə seçki komissiyasına 10 noyabr 2015-ci ildə təqdim etdiyi ərizəsinə əlavə edildiyindən dairə seçki komissiyası həmin halları tam, hərtərəfli və obyektiv araşdırmış və əsaslandırılmış qərar qəbul etmişdir. Müraciətə əlavə edilməsi üçün təqdim edilmiş videodisk və fotoşəkillər Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinin tələbinin pozulması ilə əldə edildiyindən sübut qismində qəbul edilməməlidir.

Ərizəçi tərəfindən təqdim edilmiş həmin seçki dairəsindəki seçici siyahılarında təkrarlanan seçici adlarının olması ilə əlaqədar bildirilməlidir ki, seçici siyahılarında belə bir hal müşahidə edilsə də, həmin seçicilər bir seçki bülleteni alaraq səs vermiş, qeyd edilən hal hazırda öz həllini tapmış və həmin şəxslər seçici siyahılarından çıxarılmışlar.

Araşdırma ilə müəyyən edilmişdır ki, 11 saylı Qaradağ seçki dairəsinin əhatə etdiyi, şikayətçi tərəfindən mübahisələndirilən seçki məntəqələrində baş verməsi ehtimal olunan qanun pozuntuları ilə bağlı iddialar öz təsdiqini tapmadığından, səsvermə prosesində və səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı seçki dairəsi üzrə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən hallar müəyyən edilmədiyindən B.Ə.Əbilin müraciəti əsassız hesab edilərək təmin edilməməli, dairə seçki komissiyasının 12 noyabr 2015-ci il tarixli 29/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cü, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 11 saylı Qaradağ seçki dairəsi üzrə namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Əbil Bəybala Əlibala oğlunun 14 noyabr 2015-ci il tarixli 182 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin seçki dairəsi dairə seçki komissiyasının 12 noyabr 2015-ci il tarixli 29/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

     Mikayıl Rəhimov

 

17 Noyabr 2015, 09:11

http://www.azertag.net

11—20 / 10511

23 May 2023, 14:05

Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri S.A.Hacıyevin iqamətgahı Nayrobi şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

S.A.Hacıyevin Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

S.Q.Mərdəliyevin Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

S.Q.Mərdəliyevin Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsinin müavini vəzifəsindən geri çağırılması haqqında   ətraflı...

23 May 2023, 14:05

E.H.Axundovanın Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilat – GUAM yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

23 May 2023, 14:05

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 861-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 27 may tarixli 539-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 iyun tarixli 729 nömrəli və “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” 2021-ci il 17 aprel tarixli 1315 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” 2022-ci il 5 iyul tarixli 1738 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

23 May 2023, 14:05

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

7 May 2023, 10:05

Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

25 Aprel 2023, 12:04

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 7 mart tarixli 837-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...