2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 13 noyabr 2015-ci il tarixli 180 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Cəfərov Üzeyir Eldar oğlu 13 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 9 noyabr 2015-ci il tarixli 28/82 saylı qərarını mübahisələndirmiş, müvafiq qərarın ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdən əlavə materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Şikayətçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Ü.E.Cəfərov müraciətində 2, 5, 8, 9, 12, 14, 16, 18, 19, 21, 22, 28, 29, 32 və 36 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirərək, bir şəxsin bir neçə dəfə səs verməsini, seçki qutusuna birdən çox seçki bülleteninin atılmasını, bir seçiciyə bir neçə seçki bülleteninin verilməsini, bəzi müşahidəçilərə normal müşahidə aparmaq imkanının yaradılmamasını, səsvermə başa çatdıqdan sonra elan olunan seçici sayı ilə seçki qutusundan çıxan seçki bülletenlərinin sayı arasında uyğunsuzluğun olmasını iddia etmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən Ü.E.Cəfərovun müraciəti ilə bağlı ətraflı araşdırma aparılmış, araşdırmada onun iştirakı təmin edilmiş, o, araşdırma ilə əlaqədar aidiyyəti şəxslərdən alınan izahatlar və digər sənədlərlə tanış olmuşdur. Müraciətdə qanun pozuntularının olduğunun iddia edildiyi 15 seçki məntəqəsi üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş aktlar və izahatlarla şikayətçinin göstərdiyi seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi, səsvermənin və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət olunduğu, protokolların seçki məntəqələrində tərtib edildiyi və surətlərinin maraqlı seçki subyektlərinə verildiyi öz əksini tapmışdır. Araşdırma prosesində qeyd edilən seçki subyektlərindən və məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən alınmış çoxsaylı aktlar və izahatlarla namizədin müraciətində göstərdiyi hallar təkzib edilmişdir. Araşdırmaya cəlb edilmiş 2 saylı seçki məntəqəsində müşahidəçi olmuş A.S.Əhmədov, T.Y.Alıyeva, A.H.Sadıxova, A.E.Salmanov, Ə.H.Qasımov , 4 saylı seçki məntəqəsində müşahidəçi olmuş P.B.Cəfərov, T.Ə.Bəşirova, İ.F.Şərifov, R.Ə.Məhərrəmov, F.N.Xudiyev, 6 saylı seçki məntəqəsində müşahidəçi olmuş Ş.V.Əsgərov, F.H.Mörsümov, M.Ə.Yusifov, H.İ.Hüseynov, Ş.M.Qasımov, 8 saylı seçki məntəqəsində müşahidəçi olmuş K.A.Muxtarov, T.A.Kərimov, A.M.İsmayılova, S.V.Abbasova, M.S.Şərifov, 9 saylı seçki məntəqəsində müşahidəçi olmuş N.Ə.Salmanova, K.A.Kərimov, A.Q.İsmayılova, T.Q.Muxtarov, R.Y.İsmayılzadə, 12 saylı seçki məntəqəsində müşahidəçi olmuş Z.V.Tarverdiyev, M.İ.Qurbanov, N.S.Həşimov, İ.M.Babayev, A.A.Əlizadə, E.B.Süleymanov, P.T.Eyyubov, R.V.Həsənov, 16 saylı seçki məntəqəsində müşahidəçi olmuş Ə.M.Zeynalov, A.S.Aslanov, E.F.Rzayev, M.Y.Məmmədov, M.İ.Vəliyev, 18 saylı seçki məntəqəsində müşahidəçi olmuş A.X.Şahbazov, S.S.Abunova, D.G.Alı¬şanov, Z.X.Şükürov, Y.T.Həmidov, 19 saylı seçki məntəqəsində müşahidəçi olmuş M.A.Aslanov, E.İ.İmanverdiyev, E.A.Hüseynova, A.Z.Bağırov, E.N.Nemətov, 20 saylı seçki məntəqəsində müşadəçi olmuş R.A.Hüm¬bətov, C.B.Qocayev, E.N.Allahverdiyev, T.İ.Hüseynov, B.E.Bədəlov, M.O.Əliyev, 21 saylı seçki məntəqəsində mü¬şahidəçi olmuş V.S.İbrahimov, C.K.Məcidov, O.B.Heydərov, A.Ə.Rəhimov, E.Ə. Mürsəlli, 22 saylı seçki məntəqəsində mü¬şahidəçi olmuş V.İ.Mikayılov, C.T.Cavadova, R.F.Tahirov, A.A.Hüseynov, H.S.Həsənov, 23 saylı seçki məntəqəsində mü¬şahidəçi olmuş A.H.Əsədova, E.G.Abdullayev, R.İ.Cavadov, O.D.İbrahimov, M.K.Quliyev və 24 saylı seçki məntəqəsində müşahidəçi olmuş V.B.Ələs¬gərova, S.E.Mürşüdova, E.T.Əsədova, N.İ.İbrahimova, G.F.Hacızadə, H.İ.Rzayev, E.Q.Babayeva, A.V.Qədirov, T.İ.Nəcəfov və Z.M.Rəsulovun izahatlarında səsvermə və səsvermənin nəticələrinin müəyyən edilməsi prosesinin seçki qanun¬vericiliyinin tələblərinə uyğun olaraq keçirildiyini, bu zaman ciddi qanun pozuntularına yol verilmədiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını, nə onlara, nə də digər müşahidəçilərə qarşı məntəqə seçki komissiyasının sədri və ya üzvləri tərəfindən heç bir təzyiqlərə yol verilmədiyini, seçki məntəqələrinin qanun çərçivəsində fəaliyyət göstərdiyini bildirmişlər.

Həmçinin, 33 saylı Xətai birinci seçki dairəsində Ümid Partiyasının maraqlarını təmsil edən müşahidəçilər, o cümlədən 18 saylı seçki məntəqəsi üzrə Əliyev Orxan Zaur oğlu, 21 saylı seçki məntəqəsi üzrə Nurəddin İsgəndərov, 22 saylı seçki məntəqəsi üzrə İsmayıl İsmayılov, 28 saylı seçki məntəqəsi üzrə Hüseynov Rəhman Aydın oğlu səsvermə günü digər müşahidəçilərlə birlikdə müvafiq aktlar tərtib edərək səsvermə və səslərin hesablanması prosesində heç bir qanun pozuntusuna yol verilmədiyini, tərtib edilmiş səsvermənin yekunlarına dair protokolların təsdiq edilmiş surətlərinin onlara verildiyini bildirmişlər.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının şikayətlə bağlı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab edilərək təmin edilməməli, 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının 9 noyabr 2015-ci il tarixli 28/82 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış Cəfərov Üzeyir Eldar oğlunun 13 noyabr 2015-ci il tarixli 180 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 9 noyabr 2015-ci il tarixli 28/82 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr         Məzahir Pənahov

Katib        Arifə Muxtarova

Katib        Mikayıl Rəhimov

17 Noyabr 2015, 09:11

http://www.azertag.net

3681—3690 / 10511

14 May 2018, 08:05

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 4 may tarixli 1123-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 May 2018, 08:05

“Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihənin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 yanvar tarixli 16 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 26 fevral tarixli 532 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 May 2018, 08:05

“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918−2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1072-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...