2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 175 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

seçkiqabağı təşviqatın aparılması zamanı namizədlər üçün bərabər şəraitin yaradılmamasını, səsvermə günü seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, dairə seçki komissiyasının müvafiq qərarının ləğv edilməsini, şikayətinin mahiyyəti üzrə araşdırılmasını, həmin seçki dairəsinin bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını tələb xahiş etmişdir.

                                                             

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.

Araşdırma prosesində deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmağa dəfələrlə cəhd edilsə də, bu mümkün olmamışdır. Ərizəçi tərəfindən müraciətdə göstərilən qanun pozuntularını təsdiq edən hər hansı bir sənəd və ya material təqdim edilməmişdir.

M.Ə.Talıbov müraciətində seçki dairəsinin əhatə etdiyi 3, 8, 9, 32 və 45 saylı seçki məntəqələrində səsvermə günü müşahidə aparmaq üçün şərait yaradılmamasını, normal müşahidənin aparılmasının qeyri-mümkün olduğunu, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsini, eyni şəxslərin bir neçə dəfə səs verdiyini, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteninin verildiyini, bir şəxsin digərinin əvəzinə səs verdiyini, bəzi məntəqə seçki komissiyalarının sədrləri tərəfindən bülletenlərin künclərinin topa halında kəsildiyini, səslərin hesablanması zamanı aşkarlıq prinsipinə riayət olunması qaydalarının kobud şəkildə pozulduğunu, seçki bülleteni almış seçicilərin imzalarının və istifadə edilməmiş seçki bülletenlərinin sayılmamasını, seçki məntəqəsində videoçəklişin aparılmasına icazə verilməməsini, seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun surətinin onun tərəfindən təyin edilmiş müşahidəçilərə və məşvərətçi səs hüquqlu komissiya üzvlərinə verilməməsini, seçki məntəqələri üzrə seçici fəallığının aşağı olmasını, səsvermədə iştirak etmiş seçicilərlə rəsmi protokolda qeyd edilən seçicilərin sayı arasında böyük fərq olduğunu, səslərin sayılması və səsvermənin nəticələrinin müəyyən edilməsi zamanı qanun pozuntularına yol verildiyini bildirərək, yuxarıda qeyd edilən 4 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etmiş, göstərmişdir ki, seçki günü baş verən bu pozuntularla bağlı dairə seçki komissiyasına müraciət etsə də, dairə seçki komissiyası 6 noyabr (ərizəçi müraciətində qərarın tarixini səhvən 7 noyabr kimi göstərmişdir) 2015-ci il tarixli 26/95 saylı qərarı ilə onun müraciətini əsassız olaraq təmin etməmişdir.

Araşdırma zamanı 77 saylı Astara seçki dairəsinin dairə seçki komissiyasından təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün bütün qeydə alınmış namizədlərə tam və bərabər imkanlar yaradılmış, seçkiqabağı təşviqatla əlaqədar görüşlər üçün onlar müvafiq qaydada “qapalı və açıq” yerlərlə təmin olunmuşlar.

M.Ə.Talıbov ona ayrılan bu imkandan istifadə etməyərək, görüşlərin təşkili ilə bağlı dairə seçki komissiyasına rəsmi surətdə müraciət etməmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, seçkiqabağı təşviqat prosesinə heç bir dövlət orqanının müdaxiləsi halı olmamış, hər bir namizədə bərabər şərait yaradılmış, həmin dövrdə təşviqat subyektlərindən inzibati resuslardan istifadə olunması ilə bağlı nə dairə seçki komissiyasına, nə də Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmamışdır.

Həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər müxtəlif vaxtlarda sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər İsmayılova Gülzar Əsgər qızı və Rzayev Adil Azad oğlunun izahatları ilə də öz təsdiqini tapmışdır. Qeyd edilənlər seçkiqabağı təşviqatın aparılması zamanı namizədlər üçün bərabər şərait yaradılmaması, digər qeydə alınmış namizədlərin inzibati resurslardan istifadə etməsi, seçki prosesinə dövlət qurumlarının müdaxiləsi barədə iddiaların əsassız olduğunu göstərir.

Seçki məntəqələrində səsvermə günü müşahidə aparmaq üçün şəraitin yaradılmaması, normal müşahidənin aparılmasının qeyri-mümkün olması haqqında iddia araşdırılarkən məlum oldu ki, ərizəçi bunu müşahidəçilərə zəruri müşahidə imkanının verilməməsi, hətta müşahidəçilərinin yerlərindən belə qalxmalarına imkan verilmədiyi, müşahidəçilərinin olduğu yerdən nə bülletenlərin sayını, nə də bülletendə olan məlumatları (kimə səs verilməsini, etibarlığını) müəyyən etməyin mümkün olmaması, bir çox seçki məntəqələrində sayılmış seçki bülletenlərinin səsli şəkildə müşahidəçilərə elan edilməməsi, barmaqların yoxlanmasının müşahidəçilərin görmə imkanından kənarda olması ilə əsaslandırılmışdır. Bu iddia araşdırma ilə tam şəkildə təkzib olundu. Belə ki, müəyyən edildi ki, deputatlığa qeydə alınmış namizəd M.Ə.Talıbov nə 77 saylı Astara seçki dairəsinin ərazisində, nə də həmin seçki dairəsi ərazisindəki seçki məntəqələrində müşahidə aparmaq məqsədilə müşahidəçilərin qeydə alınması üçün müvafiq olaraq Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyasına müraciət etməmiş, eləcə də məşvərətçi səs hüquqlu komissiya üzvü və vəkil edilmiş şəxs təyin etməmişdir. Həmçinin, yuxarıda qeyd edildiyi kimi onun tərəfindən heç bir müşahidə materialı araşdırmaya təqdim olunmamışdır. Ona görə də iddia edilən halların həqiqətən də baş verib verməməsinin yalnız iddiaçının ərizəsində əks olunması əsasında müəyyən edilməsi qeyri-mümkündür.

Seçki günü baş verməsi iddia olunan qanun pozuntularının baş verməsi faktını göstərən hər hansı bir sənəd və ya materialın təqdim edilməməsinə baxmayaraq ərizədə göstərilən hallar mahiyyətcə yoxlanılmış və aparılmış araşdırma nəticəsində 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış digər namizədlərdən, həmin seçki dairəsi və həmin seçki dairəsinə daxil olan seçki məntəqələrində müşahidə aparan müxtəlif maraqları təmsil edən bir qrup müşahidəçidən, eləcə də bir çox komissiya üzvlərindən, xüsusilə 3, 8, 32 və 45 saylı seçki məntəqələri üzrə alınmış izahatlardan görünür ki, müraciətdə göstərilən pozuntuların baş verməsi halı təkzib olunur.

Aparılmış araşdırma ilə 77 saylı Astara seçki dairəsinə daxil olan 3, 8, 32 və 45 saylı seçki məntəqələri və bütövlükdə həmin seçki dairəsi üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edilmədiyindən qeyd olunan seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən müraciət təmin olunmamalıdır.

Seçki məntəqələrində, eləcə də bütövlükdə seçki dairəsi üzrə səs vermiş seçicilərin sayı ilə səsvermənin nəticələrinə dair protokolda qeyd edilən seçici sayı arasında fərqlərin olmasının ərizəçi tərəfindən iddia edilməsi araşdırma prosesində həmin vaxt eyni məntəqələrdə müşahidə aparmış çoxsaylı digər subyektlər tərəfindən, habelə seçici siyahısında seçki bülleteni almış seçicilərin sayı ilə rəsmi protokoldakı rəqəmlərin üst-üstə düşməsi, eləcə də digər prosedur qaydaların nəticələri ilə təkzib olunur.

Müraciətdə göstərilən bütün hallar mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv araşdırıldığına görə isə onun qismən təmin edilməsi üçün əsaslar yaranmışdır.

M.Ə.Talıbovun 77 saylı Astara dairə seçki komissiyasının 4 noyabr 2015-ci il tarixli müraciətinin təmin edilməməsinə dair 6 noyabr 2015-ci il tarixli 26/95 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada özünün iştirakı ilə baxılmış, müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur. Dairə seçki komissiyasında həmin müraciət üzrə araşdırma aparılarkən toplanmış dəlillərin mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verilmiş, onların mənbələrinin və əldə edilmə üsullarının qanunvericiliyin tələblərinə tam cavab verməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, sübutlar buna səlahiyyəti olan subyektlər tərəfindən toplanmış, iş üzrə əhəmiyyət kəsb edən yazılı izahatlar, məlumatlar, aktlar, arayışlar və s. bu kimi materiallar seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilmişdir. Dairə seçki komissiyasında araşdırmada və iclasda iştirak edən ərizəçinin heç bir qeydi və iradı olmamışdır.

Dairə seçki komissiyasına təqdim olunan müraciətdə iddia edilən pozuntular əsasən seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsdiq edilmiş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyən edildiyindən müraciətin təmin olunmaması barədə qərar çıxarılmışdır.

Aparılan araşdırma ilə M.Ə.Talıbovun 4 noyabr 2015-ci il tarixli müraciətinin təmin edilməməsinə dair 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 26/95 saylı qərarının ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmədi. Ona görə də həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Beləliklə, deputatlığa qeydə alınmış namizəd M.Ə.Talıbovun müraciəti qismən təmin edilməli, şikayətin mahiyyəti üzrə araşdırılması hissəsində təmin edilmiş hesab olunmalı, 77 saylı Astara seçki dairəsinə daxil olan 3, 8, 32 və 45 saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv olunması, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və 77 saylı Astara dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 26/95 saylı qərarının ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cü, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 77 saylı Astara seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd Talıbov Mikayıl Əbülfət oğlunun 12 noyabr 2015-ci il tarixli 175 saylı müraciəti mahiyyəti üzrə araşdırılması hissəsində qismən təmin edilmiş hesab olunsun.

2. Dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 26/95 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın və müraciət digər hissədə əsassız olduğundan təmin edilməsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr           Məzahir Pənahov

Katib          Arifə Muxtarova

Katib          Mikayıl Rəhimov

16 Noyabr 2015, 10:11

http://www.azertag.net

2891—2900 / 10511

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”də, 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə və 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2019, 08:04

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

11 Aprel 2019, 08:04

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Aprel 2019, 08:04

Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2019, 08:04

“Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1548-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

10 Aprel 2019, 08:04

“Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikasının Cəzaların İcrası və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...

10 Aprel 2019, 08:04

Ç.A.Abdullayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...