2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 171 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 17 saylı Yasamai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Rzayeva İlhamiyə Faiq qızı 11 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 23/67 saylı qərarını mübahisələndirmiş, müvafiq qərarın ləğv olunmasını, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini tələb etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

İ.F.Rzayeva müraciətində seçki dairəsinin 4, 5, 6, 7, 9, 12, 14, 15, 17, 18, 19, 22, 23, 24, 27 və 28 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələrini mübahisələndirərək, bir şəxsin bir neçə dəfə səs verməsini, seçki qutusuna birdən çox bülletenin atılmasını, bir seçiciyə bir neçə seçki bülleteninin verilməsini, bəzi müşahidəçilərə normal müşahidə aparmaq imkanının yaradılmamasını, səsvermə başa çatdıqdan sonra elan olunan seçici sayı ilə seçki qutusundan çıxan seçki bülletenlərinin sayı arasında uyğunsuzluğun olmasını iddia etmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdən əlavə materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. Şikayətçinin araşdırmada və Mərkəzi Seçki Komissiyasının iclasında iştirakı təmin edilmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd İ.F.Rzayevanın müraciəti ilə bağlı ətraflı araşdırma aparılmış, araşdırmada onun iştirakı təmin edilmiş, araşdırma ilə əlaqədar aidiyyəti şəxslərdən alınan izahatlar və digər sənədlərlə tanış olmuşdur. Müraciətdə qanun pozuntularının olduğunun iddia edildiyi 17 seçki məntəqəsi üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş aktlar və izahatlarla şikayətçinin göstərdiyi seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi, səsvermənin və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət edildiyi, protokolların seçki məntəqəsində tərtib olunduğu və surətlərinin maraqlı seçki subyektlərinə verildiyi öz əksini tapmışdır. Araşdırma prosesində qeyd edilən seçki subyektlərindən və məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən alınmış çoxsaylı aktlar və izahatlarla namizədin müraciətində göstərdiyi hallar təkzib edilmişdir. Araşdırmaya cəlb edilmiş 4 saylı məntəqə seçki komissiyasının sədri K.İ.Abidi, komissiyanın katibləri M.Ş.Hacıyeva, İ.Y.Hacıyev, komissiyanın üzvləri Ş.M.Nemətova, M.Ə.Səlimov, N.M.Nəcəfzadə, müşahidəçilər T.B.İbrahimova, V.V.Cəlilova, Ü.Ə.İbadova və digərləri, 5 saylı məntəqə seçki komissiyasının sədri S.Ş.Yusifova, komissiyanın katibləri M.H.Hüseynov, P.R.Nəbiyev, komissiyanın üzvləri T.S.Şıxəliyeva, F.B.Qurbanova, O.H.Hacıyev, müşahidəçilər S.M.Salamova, S.M.Əliyeva, A.N.Qəhrəmanlı və digərləri, 6 saylı məntəqə seçki komissiyasının sədri T.B.Əliyeva, komissiyanın katibləri N.İ.Əliyeva, S.T.Rzayev, komissiyanın üzvləri N.T.Ağayeva, Y.N.Xıdırova, F.M.Mustafayev, müşahidəçilər E.V.Tofiqi, E.Z.Eyvazov, Ə.T.Əzizov və digərləri, 7 saylı məntəqə seçki komissiyasının sədri N.M.Həsənova, komissiyanın katibləri Q.Ə.Dünyamalıyeva, M.T.Rüstəmova, komissiyanın üzvləri K.H.Nağıyeva, M.A.Əsədova, S.C.Yaqubova, müşahidəçilər A.A.Rəhimov, A.Q.İsmayılov, C.R.Hümmətov və digərləri, 9 saylı məntəqə seçki komissiyasının sədri A.C.Muradova, komissiyanın katibləri N.H.Məsmalıyeva, K.E.Musayev, komissiyanın üzvləri Z.Ə.Quliyeva, R.Ə.Salamov, L.X.Həşimova, müşahidəçilər H.K.İbrahimov, N.N.Seyidov, N.N.Məhyəddinov və digərləri, 10 saylı məntəqə seçki komissiyasının sədri A.N.Hüseynova, komissiyanın katibləri D.M.Səfərova, S.A.Abbasova, komissiyanın üzvləri Z.Ə.Arslantaş, R.Ə.Nəsirov, T.A.Dadaşov, müşahidəçilər S.A.Qasımova, A.Ş.Səmədzadə, Z.Y.Sadıqova və digərləri, 12 saylı məntəqə seçki komissiyasının sədri B.B.Ağayeva, komissiyanın katibləri G.A.Abdullayeva, G.S.Dadaşova, komissiyanın üzvləri Q.X.İmanbayeva, G.S.Yusifova, N.R.Məmmədova, müşahidəçilər H.K.Quliyeva, R.T.Orucova, G.İ.Qarayeva və digərləri, 14 saylı məntəqə seçki komissiyasının sədri R.M.Talışxanova, komissiyanın katibləri M.X.Axundova, H.A.Qurbanov, komissiyanın üzvləri M.M.Məmmədov, İ.Ə.Hüseynov, A.M.Caniyev, müşahidəçilər H.N.Əhmədov, Ş.A.Qənbərova, A.İ.Rzayeva və digərləri, 15 saylı məntəqə seçki komissiyasının sədri Ş.O.Feyzullayeva, komissiyanın katibləri K.C.Hüseynova, L.O.Əzimova, komissiyanın üzvləri T.N.Məmmədov, N.B.Məmmədzadə, T.S.Qarayeva, müşahidəçilər E.E.Əliyev, R.İ.Rüstəmov, R.A.Nəsirov və digərləri, 17 saylı məntəqə seçki komissiyasının sədri H.M.Hüseynova, komissiyanın katibləri V.H.Qarayev, F.P.Əhədov, komissiyanın üzvləri K.R.Hüseynova, A.Ə.Rüstəmova, Z.F.Manquliyeva, müşahidəçilər M.Ə.Bayramova, L.E.Rüstəmova, K.B.Hüseynov və digərləri, 18 saylı məntəqə seçki komissiyasının sədri D.F.Bağırova, komissiyanın katibləri Q.P.Məmmədov, H.A.Şıxəliyeva, komissiyanın üzvləri M.U.Rəhimova, A.N.Cavanşirova, E.İ.Rəfiyev, müşahidəçilər Ə.G.Əliyev, Ç.K.Cavanşirova, S.Ş.Mənsurov və digərləri, 19 saylı məntəqə seçki komissiyasının sədri M.Ə.Əhmədova, komissiyanın katibləri S.Ə.Səmədova, Z.Ə.Adışirinova, komissiyanın üzvləri Ç.Z.Abdullayeva, G.T.Sadıqzadə, İ.Y.Məmmədova, müşahidəçilər F.D.Cəlilova, X.A.Qasımov, K.İ.Bilbilayeva və digərləri, 21 saylı məntəqə seçki komissiyasının sədri M.Z.Əliyeva, komissiyanın katibləri Ə.İ.Mazanova, S.A.Xəlilova, komissiyanın üzvləri S.İ.Hüseynova, R.Ə.Rzayeva, A.C.İbrahimova, müşahidəçilər E.N.Mahmudov, R.M.Kərimov, R.M.Əhmədov və digərləri, 22 saylı məntəqə seçki komissiyasının sədri S.B.Nəsirova, komissiyanın katibləri F.X.Məmmədzadə, G.N.Sadıqova, komissiyanın üzvləri A.S.Məhərrəmova, R.F.Şirinova, N.A.Babayev, müşahidəçilər M.M.Quliyev, V.Ə.Mirzəyev, A.Ş.Həsənov və digərləri, 23 saylı məntəqə seçki komissiyasının sədri A.Ə.Həsənova, komissiyanın katibləri Ə.S.Babayev, N.M.Əmirova, komissiyanın üzvləri R.Q.Qocayeva, Ü.G.Ağayeva, N.H.Qurbanova, müşahidəçilər V.N.Muradova, G.F.Əliyeva, R.A.Hacıyeva və digərləri, 24 saylı məntəqə seçki komissiyasının sədri S.F.Bəkirova, komissiyanın katibləri P.F.Bəkirzadə, M.V.Nəcəfov, komissiyanın üzvləri N.S.Ağayeva, L.Ə.Ağayeva, S.M.Mirzəyeva, müşahidəçilər Ş.Ə.Həsənova, S.M.Hüseynova, Ş.S.Bayramova və digərləri, 25 saylı məntəqə seçki komissiyasının sədri L.T.Səlimxanova, komissiyanın katibləri V.Q.Zamanova, C.S.Məmmədova, komissiyanın üzvləri R.A.Həsənov, N.M.Əliyeva, R.M.Süleymanova, müşahidəçilər A.T.Əsədov, Y.Z.Fətullayeva, F.N.Şəmsizadə və digərləri, 26 saylı məntəqə seçki komissiyasının sədri H.M.Tahirov, komissiyanın katibləri X.A.İsmayılova, D.S.Əliyeva, komissiyanın üzvləri G.S.Rizayeva, N.Y.Cabbarov, M.N.Qasımova, müşahidəçilər E.C.Manafova, G.S.Allahverdiyeva, Ş.M.Talıbova və digərləri, 27 saylı məntəqə seçki komissiyasının sədri D.Ə.Hüseynova, komissiyanın katibləri T.O.Cəfərova, A.R.İbrahimova, komissiyanın üzvləri Ş.O.Səfərova, K.M.İsgəndərova, L.Ə.Məcidova, müşahidəçilər S.T.Vəliyeva, B.R,Bağırova, Q.Ş.Rzalı və digərləri, 28 saylı məntəqə seçki komissiyasının sədri S.M.Bayramova, komissiyanın katibləri S.A.Nəzərova, Ş.R.Nəzərova, komissiyanın üzvləri R.G.Seyidov, A.S.Qurbanova, T.M.Səfərova, müşahidəçilər A.N.Həmidova, R.B.Niftəliyev, Ş.M.Hacızadə və digərlərinin izahatlarına əsasən, səsvermənin Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq keçirildiyi, müşahidə aparılmasına heç bir maneçilik törədilmədiyi, səslərin hesablanması zamanı onların iştirakının təmin edildiyi və bununla da heç bir qanun pozuntusuna yol verilmədiyi təsdiq olunur.

Hərtərəfli və obyektiv araşdırma nəticəsində dairə seçki komissiyası namizəd İ.F.Rzayevanın şikayətinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Araşdırmaya təqdim edilmiş səsvermə günü yuxarıda göstərilən seçki məntəqələrində seçki hüquq pozmaları kimi iddia olunan hallara dair tərtib edilmiş 56 akt üzrə şikayətçinin iştirakı ilə araşdırma aparılmış və aktlarda göstərilən halların baş verməsi təsdiqini tapmamışdır. Həmçinin, müəyyən edilmişdir ki, mövcud aktlar tərtib edilərkən Seçki Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Göstərilən aktların seçki qanunvericiliyinin tələbinə uyğun olaraq tərtib edilməməsi hər hansı hüquqi nəticəyə gəlmək üçün əsas vermir.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının şikayətlə bağlı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab edilərək təmin edilməməli, 17 saylı Yasamal üçüncü seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 23/67 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 17 saylı Yasamal üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış namizəd Rzayeva İlhamiyə Faiq qızının 11 noyabr 2015-ci il tarixli 171 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 23/67 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr        Məzahir Pənahov

Katib       Arifə Muxtarova

Katib       Mikayıl Rəhimov

16 Noyabr 2015, 10:11

http://www.azertag.net

3031—3040 / 10511

30 Yanvar 2019, 08:01

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında iki ölkənin limanları vasitəsilə dəniz nəqliyyatı ilə beynəlxalq daşımaların inkişafı haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Yanvar 2019, 08:01

Azərbaycan Milli Elmlər Akademiyası ilə Türkmənistan Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Yanvar 2019, 08:01

Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında 2019−2022-ci illər üçün nəqliyyat sahəsində Əməkdaşlıq Proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

30 Yanvar 2019, 08:01

S.Ə.Muxtarova “Əməkdar hüquqşünas” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2019, 08:01

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

30 Yanvar 2019, 08:01

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2019, 08:01

Müstəqil Dövlətlər Birliyində malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu il 20 noyabr tarixli Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

29 Yanvar 2019, 08:01

İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2019, 08:01

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

29 Yanvar 2019, 08:01

“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu   ətraflı...