2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 12 noyabr 2015-ci il tarixli 174 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Babalı Yaqub Məhəmməd oğlu 12 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü seçki dairəsi üzrə bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini, səslərin sayılmasına müşahidəçilərin buraxılmamasını, səsverməyə gələn seçicilərin sayının şişirdilməsini, seçki qutularına topa şəklində seçki bülletenlərinin atılmasını, icra nümayəndələrinin və polis əməkdaşının seçki prosesinə müdaxilə etməsini iddia edərək, seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Y.M.Babalı ərizəsində göstərmişdir ki, 7 noyabr 2015-ci ildə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin dairə seçki komissiyasından aldığı cavab məktubunda qeyd edilən müşahidəçilər onun müşahidəçiləri olmamışlar, bəzi müşahidəçilərə icra hakimiyyəti işçiləri seçkiləri tərifləmək üçün təzyiq göstərmişlər. 37 saylı seçki məntəqəsində səsvermə prosesinə polis müdaxiləsi baş vermiş, müşahidəçilər Ruslan Xalıqov və Aydın Baxışov seçki məntəqəsindən çıxarılmışlar. Eyni zamanda dairə seçki komissiyasının əhatə etdiyi 1, 3, 4, 6, 10, 14, 20, 25, 26, 28, 31, 37, 52 və 56 saylı seçki məntəqələrində səsvermə prosesi zamanı qanun pozuntularının baş verdiyini iddia edərək 14, 28 və 31 saylı seçki məntəqələri üzrə səslər yenidən hesablanarsa, pozuntuların aşkar olunacağını bildirmişdir.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Onun tərəfindən ərizəsinə əlavə edilmiş, kserosurət olan 4 aktdan əlavə hər hansı bir əlavə material təqdim edilməmiş, araşdırmaya və Komissiyanın iclasına gəlməmişdir.
Araşdırma ilə bağlı dairə seçki komissiyasından təqdim edilmiş 13 noyabr 2015-ci il tarixli arayışdan müəyyən edilir ki, seçki dairəsini əhatə edən 62 seçki məntəqəsi üzrə səsvermə başlanandan səslərin hesablanmasının başa çatması, səsvermənin nəticələrinə dair protokolların tərtib edilərək surətlərinin maraqlı seçki subyektlərinə verilməsi prosesində “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrindən, təyin etdiyi müşahidəçilərdən və hazırda şikayətçi olan namizəd Y.M.Babalı tərəfindən məntəqə seçki komissiyalarına və dairə seçki komissiyasına hər hansı qanun pozuntusu ilə əlaqədar müraciət daxil olmamışdır.
Səslərin sayılması prosesində müşahidəçilər Ruslan Xalıqov və Aydın Baxışovun 37 saylı seçki məntəqəsindən çıxarılmasına dair ərizəçinin göstərdiyi halın araşdırılması ilə müəyyən edilmişdir ki, ərizədə müşahidəçi kimi qeyd edilən Baxışov Aydın Fazil oğlu həmin seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Şikarlı Zəka Zöhrab oğlu tərəfindən təyin edilmiş məşvərətçi səs hüquqlu komissiya üzvü olmuşdur. Onun tərəfindən məsələ ilə bağlı verilmiş 13 noyabr 2015-ci il tarixli izahatda göstərilir ki, o, 37 saylı seçki məntəqəsində səsvermə başlanandan səsvermənin nəticələrinə dair protokol tərtib edilənədək iştirak etmiş, seçki qanuna uyğun keçirilmiş, bütün seçki subyektlərinə bərabər şərait yaradılmış, onun tərəfindən hər hansı bir pozuntu qeydə alınmamışdır. Həmin seçki məntəqəsində müşahidəçi olmuş Xalıqov Ruslan Akif oğlu səslərin hesablanması prosesində seçki komissiyasına işinə müdaxilə etdiyindən bu barədə komissiya üzvləri tərəfindən 1 noyabr 2015-ci il tarixdə saat 19.40-da müvafiq akt tərtib edilmiş, onun tərəfindən müdaxilə davam etdiyindən seçki komissiyasının həmin tarixdə saat 19.50-də qəbul etdiyi qərara əsasən komissiyanın normal fəaliyyətinin təmin edilməsi məqsədilə ərazidə xidmət keçən polis əməkdaşı dəvət edilmişdir.
Araşdırma prosesində pozuntuların baş verdiyi iddia edilən seçki məntəqələrində müşahidə aparmış müşahidəçilər, o cümlədən 1 saylı seçki məntəqəsi üzrə C.A.Göycəyev, S.S.Yolcuyeva, X.A.Əliyev, İ.O.Fərzəliyev, Y.B.Qurbanov və Z.M.Bəşirova, 3 saylı seçki məntəqəsi üzrə D.S.Nəsirova, S.V.Nuriyeva, Z.Z.Məmmədova və T.M.Atakişiyeva, 4 saylı seçki məntəqəsi üzrə Ş.Ş.Buludxanov, A.A.Məmmədova, F.B.Nəcəfova, M.Ə.Səmədova, 6 saylı seçki məntəqəsi üzrə B.S.Əliyeva, S.Q.Kazımova, Z.Ə.Abasova və seçici S.S.Xasıyeva, 14 saylı seçki məntəqəsi üzrə S.A.Kərimov, A.B.Ağayev və S.A.Ağayev, 25 saylı seçki məntəqəsi üzrə V.K.Bəşirov, A.A.Mustafayev və T.C.Cavadov, 26 saylı seçki məntəqəsi üzrə N.A.Quliyev, 28 saylı seçki məntəqəsi üzrə K.Ə.Nəmədov, İ.T.Məmmədov və Ç.E.Məmmədov, 31 saylı seçki məntəqəsi üzrə V.F.Əhmədov, N.O.İsgəndərov və M.Ə.Rəhimova, 37 saylı seçki məntəqəsi üzrə İ.A.Məmmədov, H.Ə.Məmmədov, R.Q.İbrəhimov, R.T.Abışov, 52 saylı seçki məntəqəsi üzrə Ə.Ə.Şirinov, R.Z.Hüseynov və M.Ə.Şükürov, 56 saylı seçki məntəqəsi üzrə Z.Ə.Ağarəhimov, N.A.Əliquliyev, S.B.Mövlanov və F.N.Nuriyev izahatlarında səsvermənin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini, müşahidəçilərə seçki məntəqələrində normal şəraitin yaradıldığını, səslərin sayılması və səsvermənin nəticələrinə dair protokolun tərtib edilməsi zamanı qanun pozuntularının baş vermədiyini, məntəqə seçki komissiyasının səsvermənin nəticələrinə dair protokollarının surətlərinin müşahidəçilərə verildiyini göstərmişlər. Həmçinin həmin seçki dairəsi üzrə qeydə alınmış namizəd Mütəllimov Əlyunis Əlyusif oğlunun təqdim etdiyi izahatında səsvermə günü adıçəkilən seçki məntəqələrində seçki qanunvericiliyinin pozulmasına yol verilmədiyi göstərilmişdir.
Araşdırma ilə ərizəçinin qeyd etdikləri təsdiqini tapmadığından, müraciət əsassız hesab edilərək təmin edilməməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Babalı Yaqub Məhəmməd oğlunun 12 noyabr 2015-ci il tarixli 174 saylı müraciəti əsassız olduğundan təmin edilməsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16 Noyabr 2015, 10:116 Mart 2014, 09:03
Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
6 Mart 2014, 09:03
Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...