2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 noyabr 2015-ci il tarixli 172 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizəd Əliyev Əli Nadir oğlu və digərləri 2015-ci il noyabrın 11-də Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılmasında hüquqlarının pozulduğunu, səsvermə günü seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 30/71 saylı qərarının ləğv edilməsini, seçki dairəsi üzrə sesverənin nəticələrinin etibarsız sayılmasını xahiş etmişlər.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlərlə əlaqə saxlanılmış, onlara əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. Namizəd Ə.N.Əliyev tərəfindən səsvermə günü seçki məntəqələrində tərtib edilməsi ehtimal olunan bir neçə akt, 3 ədəd seçki bülleteni araşdırmaya təqdim olunmuş, ərizəçilərdən Ə.N.Əliyev, R.L.Rüstəmov, N.Ə.Mehdiyev və V.F.Rüstəm Mərkəzi Seçki Komissiyasının iclasında iştirak etmişlər.
Qeyd edilməlidir ki, seçkiqabağı təşviqat hüququnun pozulmasını iddia edən namizədlərin həmin məsələ ilə bağlı müraciətinə Mərkəzi Seçki Komissiyasının 28 oktyabr 2015-ci tarixli iclasında baxılmış, müraciətin təmin edilməməsi barədə qərar qəbul edilmiş, qərardan məhkəməyə verilmiş şikayət əsassız olduğundan təmin edilməmiş və Komissiyanın qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
Müraciətdə səsvermə günü 15 saylı Yasamal birinci seçki dairəsinin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 13, 14, 15, 18,19, 20, 21, 23, 24, 28, 29, 30 və 31 saylı seçki məntəqələrində müşahidənin aparılması üçün şəraitin yaradılmamasını, məntəqə seçki komissiyası üzvləri tərəfindən müşahidə prosesinə maneə törədilməsini, səsvermə başlamazdan əvvəl seçki bülletenlərinin sayılıb möhürlənməməsini, seçki qutularının kilid nömrələrinin ucadan elan edilməməsini, səsvermə günü namizəd Ü.Quliyevin təbliğatının aparıldığını, digər rayonlarda qeydiyyatda olan şəxslərin səs verməsini, seçki hüququ olmayan şəxslərin seçki məntəqələrinə daxil olmasını, bir seçicinin digərinin əvəzinə səs verməsini, məntəqələr üzrə seçici fəallığının aşağı olmasını, bəzi seçki məntəqələrində seçki qutularına topa bülletenlərin atılmasını, səslərin hesablanması zamanı qanun pozuntularına yol verildiyini göstərərək bu pozuntuların araşdırılmasını, bəzi seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunmasını və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi tələb edilmişdir.
Araşdırma prosesində ərizəçilər tərəfindən təqdim edilmiş səsvermə günü müxtəlif seçki məntəqələrində tərtib edilməsi iddia edilən aktlar araşdırılmış, bəzi aktlar arasında ziddiyyətin olduğu, digər aktların isə eyni məzmunlu və ümumi xarakterli olması müəyyən edilmişdir.
Belə ki, 5 saylı seçki məntəqəsi üzrə müşahidə aparmış M.M.İbadov, R.İ.Lətifov, S.M.Mahmudov, C.Quliyev, Müsavat Partiyasının səlahiyyətli nümayəndələri B.Q.Allahnəzərov, Ə.A.Həsənov tərəfindən müşahidə əsasında səsvermə prosesində yol verilmiş qanun pozuntuları barədə saat 10:45-də tərtib edilmiş akt həmin şəxslər tərəfindən eyni saatda 6 və 7 saylı seçki məntəqələrində, 15 saylı seçki məntəqəsində R.Ə.Abbasov və Z.E.Məmmədov tərəfindən saat 12.00-da pozuntuya dair tərtib edilmiş aktda həmin pozuntunun eyni vaxtda 14 saylı seçki məntəqəsində də baş verdiyi qeyd edilmişdir. Göründüyü kimi müxtəlif seçki məntəqələrində pozuntunun baş verməsi barədə eyni şəxslərin eyni vaxtda akt tərtib etmələri qeyri-mümkün olduğundan həmin aktlar iş üzrə sübut kimi qiymətləndirilə bilməz.
Araşdırma ilə müəyyən edilmişdir ki, 1 saylı seçki məntəqəsində səsvermə günü müşahidə aparmış A.Hacıyev və namizəd R.Rüstəmov tərəfindən saat 9.25-də, 18 saylı seçki məntəqəsində müşahidə aparmış R.Rüstəmov və M.Fərzəliyev tərəfindən saat 18.11-də, 21 saylı seçki məntəqəsində müşahidə aparmış Z.Hüseynli, C.Alışov, S.Orucova və S.Ağayeva tərəfindən müxtəlif saatlarda, 24 saylı seçki məntəqəsində müşahidə aparmış F.Məmmədov və Ə.Quliyev tərəfindən saat 11.00-da, 30 saylı seçki məntəqəsində müşahidə aparmış A.Balakişiyev tərəfindən saat 10.20-də tərtib edilmiş aktlarda pozuntu kimi qeyd edilən hallar seçki hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.
Bundan başqa 3 saylı seçki məntəqəsində müşahidə aparmış P.Ş.Məmmədov, A.A.Cabbarov və 19 saylı seçki məntəqəsində müşahidə aparmış E.M.Yusifov, Y.K.Seyfəlov və namizəd R.L.Rüstəmov tərəfindən digər rayonlarda qeydiyyatda olan üç nəfər şəxsin səs verməsi aktlaşdırılsa da, həmin şəxslərin adları və soyadları göstərilmədiyindən həmi şəxslərin seçici siyahısında olub-olmamasının müəyyən edilməsi və qeyd edilən halın baş verib-verməməsini müəyyənləşdirmək mümkün olmadığından göstərilən aktlar sübut kimi qiymətləndirilə bilməz.
Araşdırma prosesində müəyyən edilmişdir ki, səsvermə günü seçki məntəqələrində pozuntuların baş verməsini özündə ehtimal edən aktlar Seçki Məcəlləsinin 42-ci maddəsinə uyğun olaraq müvafiq məntəqə seçki komissiyalarına təqdim edilməmişdir.
Araşdırma prosesində müraciətdə pozuntuların baş verdiyi iddia edilən seçki məntəqələrində səsvermə prosesini əvvəldən sonadək müşahidə etmiş müxtəlif maraqları təmsil edən müşahidəçilər izahatları ilə səsvermə günü səsvermə prosesinin, səslərin hesablanmasının və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini təsdiq etmişlər.
Belə ki, səsvermə günü 15 saylı Yasamal birinci seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində seçki prosesini izləmiş müşahidəçilər, o cümlədən 1 saylı seçki məntəqəsində C.R.Quliyev, A.A.İmanov, N.S.Əsgərova, H.İ.Əlizadə, B.B.Əhədov, 2 saylı seçki məntəqəsində C.Ə.Musazadə, S.S.Cabbarova, S.M.Aslanbəyli, N.A.Mehdiyev, İ.M.Əsgərov, 3 saylı seçki məntəqəsində T.E.Rüstəmov, O.M.Həsənova, G.M.Qurbanova, S.N.Budaqova, A.E.Hacızadə, 4 saylı seçki məntəqəsində G.S.Baxşəliyeva, T.A.Ağayeva, R.A.Məmmədova, B.Y.Səfərli, X.N.Məmmədova, C.X.Dadaşzadə, 5 saylı seçki məntəqəsində Y.R.Hacıyeva, Ş.Y.Bəşirova, Z.V.Xəlilov, İ.C.İlyasova, S.Q.Qeybullayeva, S.Ə.Əliyeva, 6 saylı seçki məntəqəsində R.A.Sadıqova, Ş.İ.Mahmudova, G.F.Nəsirova, H.Ə.Lələyeva, A.B.Quliyeva, Z.Q.Cavadzadə, S.İ.Əmirfətova, 7 saylı seçki məntəqəsində K.S.Mahmudova, T.A.Eyyubova, Y.A.Qarayeva, Z.S.Məmmədova, P.Y.Nailova, G.H.Kazımova, 8 saylı seçki məntəqəsində S.N.Nəbiyev, D.İ.Yaqubova, N.Əliyeva, M.H.Əliyeva, V.E.Qasımzadə, A.C.Cəlilova, S.H.Qasımova, S.Ə.Şirinova, 12 saylı seçki məntəqəsində S.P.Ağakişiyev, S.F.Quliyeva, Y.A.Rəhimova, N.F.Həsənova, G.C.Namazova, K.M.Miramova, S.M.Hüseynova, 13 saylı seçki məntəqəsində D.Ə.Bəşirova, İ.C.Nağıyeva, Y.Q.Əliyeva, L.V.Bayramova, V.T.Sadıqova, 14 saylı seçki məntəqəsində Ş.Q.Məmmədzadə, G.M.Qurbanova, F.F.Eyvazova, M.S.Bədəlova, F.N.İlyasova, H.H.Həsənov, 15 saylı seçki məntəqəsində A.F.Həsənova, R.T.Zeynalova, M.B.Rəvanova, A.Ə.Həmidova, İ.Y.Əhmədova, S.F.Ağayeva, R.R.Qasımova, M.H.Aşurova, 18 saylı seçki məntəqəsində C.R.Rzayev, G.Ə.Behbudova, N.M.Rəfiyeva, İ.S.Hacıyeva, A.R.Əhmədova, G.E.Mehrəliyeva, M.Ə.Əliyeva, 19 saylı seçki məntəqəsində K.Y.Ağayeva, N.T.Əliyev, Ç.M.Həsənova, F.T.İbrahimova, N.T.Mirzəyeva, S.H.Mürvətova, 20 saylı seçki məntəqəsində İ.Ş.Qarayev, A.İ.İsmayılov, C.B.Bahadur, E.G.Abbasov, R.T.Sibadov, 21 saylı seçki məntəqəsində S.B.Quliyev, R.R.Qarayev, A.N.Bayramov, S.Z.Əkbərov, Ş.İ.Baxşəliyev, Ş.V.Əzimov, R.H.Hüseynov, M.Ə.İsmayılov, R.B.Ağayev, R.R.Babayev, İ.Hüseynov, İ.H.Fərzəliyev, 23 saylı seçki məntəqəsində S.A.Qocayeva, O.Abdullayeva, F.B.Adıgözəlov, İ.Y.Həşimova, Z.E.Məlikova, C.X.Dadaşova, 24 saylı seçki məntəqəsində T.Z.Bayramova, K.M.Məmmədova, M.D.Musayeva, Z.Ə.Yusifova, S.M.Şirinova, 28 saylı seçki məntəqəsində Ə.N.Vahabzadə, N.A.Göyüşov, T.K.Yusifov, T.M.Əliyev, A.Ə.Əliyeva, 29 saylı seçki məntəqəsində B.Q.Mehdiyev, R.T.Qədirov, A.C.Bunyatov, E.B.Əliyev, A.R.Səfərli, A.S.Qasımzadə, 30 saylı seçki məntəqəsində T.M.Mikayılov, T.İ.Əhmədova, Z.F.İslamova, T.M.Əhmədova, N.M.Rühən, 31 saylı seçki məntəqəsində A.M.Ələkbərov, Ə.H.Müslümov, Y.Q.Qazıyev, E.Ə.Bəxtiyarlı, N.M.Şükürov öz izahatlarında yuxarıda qeyd edilən halları təsdiq etməklə səsvermənin nəticələrinə dair protokolun surətini aldıqdan sonra məntəqəni tərk etdiklərini bildirmişlər.
Araşdırma prosesində deputatlığa namizəd Ə.N.Əliyev tərəfindən əlavə olaraq təqdim edilən, seçki dairəsinin 29 saylı seçki məntəqəsinə aid 3 ədəd seçki bülleteni ilə bağlı aparılmış araşdırma ilə həmin bülletenlərin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolda öz əksini tapmadığı müəyyən edildiyindən, həmçinin seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edildiyindən səsvermənin nəticələri etibarsız hesab edilməlidir.
Müraciət etmiş namizədlər Ə.N.Əliyev və digərlərinin səsvermə günü seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntularına dair 15 saylı Yasamal birinci seçki dairəsinin dairə seçki komissiyasına verdikləri müraciətlər həmin komissiya tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə araşdırılmış, komissiyanın 6 noyabr 2015-ci ildə keçirilmiş iclasında baxılmış və hazırda mübahisələndirilən qərar qəbul edilmişdir.
Göstərilənlərə əsasən, Ə.N.Əliyevin və digərlərinin 11 noyabr 2015-ci il tarixli 172 saylı müraciəti qismən təmin olunmalı, 29 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, qalan hissədə müraciət əsassız olduğundan təmin edilməməlidir. 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 30/71 saylı qərarı qismən, 29 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə münasibətdə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə deputatlığa qeydə alınmış namizədlər Əliyev Əli Nadir oğlu və digərlərinin 11 noyabr 2015-ci il tarixli 172 saylı müraciəti qismən təmin edilsin, 29 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, qalan hissədə müraciət əsassız olduğundan təmin edilməsin.
2. 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 30/71 saylı qərarı qismən, 29 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə münasibətdə ləğv edilsin, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16 Noyabr 2015, 10:116 Mart 2014, 09:03
Ş.H. Hacıyevin Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında ətraflı...
6 Mart 2014, 09:03
Ə.C. Muradovun Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 30 aprel tarixli 105 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 8 yanvar tarixli 2 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli qərarı ilə təsdiq edilmiş "Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları"nda dəyişiklik edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
11 nömrəli Xüsusi internat məktəbinin adının dəyişdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında ətraflı...
5 Mart 2014, 10:03
"Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 4 may tarixli 67 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 98 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
5 Mart 2014, 10:03
"Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 6 fevral tarixli 23 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...