"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

№ 42

Bakı şəhəri, 7 fevral 2014-cü il

"Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 4, maddə 289, № 8, maddə 560; 2002, № 8, maddə 549, № 9, maddə 581, № 10, maddə 647; 2003, № 2, maddə 147, № 4, maddə 226, № 10, maddə 614, № 12, II kitab, maddə 749; 2004, № 3, maddə 196, № 4, maddə 307, № 5, maddələr 389, 390, № 9, maddə 743; 2005, № 10, maddə 980; 2006, № 4, maddə 363, № 7, maddə 652; 2007, № 5, maddə 548, № 6, maddə 700, № 11, maddə 1187; 2008, № 4, maddə 325; 2009, № 11, maddə 938; 2010, № 1, maddə 68; 2012, № 9, maddə 928; 2013, № 7, maddə 871; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarı) əlavəsi olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 22 dekabr tarixli 161 nömrəli qərarı ilə təsdiq edilmiş mətndə "Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri"nin 27-ci mal qrupunda "2710124100", "2710124500", "2710124900", "2710125100" və "2710125900" mal mövqelərinə aid sətirlər aşağıdakı redaksiyada verilsin:

 

 

- - - - - - - 0,013 q/l-dən çox olmayan:

 

 

2710 12 410 0

- - - - - - - - 95-dən az oktan ədədi ilə

  1000 l   

 0  

2710 12 450 0

- - - - - - - - 95 və ya çox, lakin 98-dən çox olmayan oktan ədədi ilə

 

1000 l

 

0

2710 12 490 0

- - - - - - - - 98 və ya çox oktan ədədi ilə

1000 l

0

 

- - - - - - - 0,013 q/l-dən çox:

 

 

2710 12 510

- - - - - - - - 98-dən az oktan ədədi ilə:

 

 

2710 12 510 1

- - - - - - - - - 95-dən az oktan ədədi ilə

1000 l

0

2710 12 510 9

- - - - - - - - - digərləri

1000 l

0

2710 12 590 0

- - - - - - - - 98 və ya çox oktan ədədi ilə

1000 l

0

 

  2. Bu qərarın 1-ci hissəsində göstərilən "2710124100" və "2710125101" mal mövqelərinin "Tarif dərəcəsi (gömrük dəyərinə görə %-lə)" sütununda dəyişikliklər imzalandığı gündən 2014-cü il iyunun 1-dək qüvvədədir, "2710124500", "2710124900", "2710125109" və "2710125900" mal mövqelərinə aid dəyişikliklər isə 2014-cü il fevralın 1-dən qüvvəyə minir.

  3. "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri, gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların miqdarı haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 21 yanvar tarixli 16 nömrəli qərarı ləğv edilsin.

 Azərbaycan Respublikasının Baş naziri  Artur Rasi-zadə 

 

26 Fevral 2014, 14:02

http://cabmin.gov.az/

10371—10380 / 10511

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmiş "Dövlət fitosanitar nəzarəti xidmətinin işçilərinin fərqləndirici nişanı olan geyiminin və xüsusi vəsiqələrinin formaları və təmin edilmə Qaydası"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 6 noyabr tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının, dənizçilik təhsil müəssisələrinin, gəmiçilik sahəsində fəaliyyət göstərən və donanmaya malik olan müəssisə, təşkilat və şirkətlərin işçilərinin və Azərbaycan Respublikası Dövlət bayrağı altında üzən mülki gəmilərin heyət üzvlərinin xidməti geyim formalarının və fərqlənmə nişanlarının təsviri və onların təchizatına dair Qaydalar"da dəyişiklik edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

"Azərbaycan Respublikası vahid büdcə təsnifatının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 oktyabr tarixli 149 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

30 Yanvar 2014, 09:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının və onların struktur elementlərinin ləğv edilməsi barədə   ətraflı...

30 Yanvar 2014, 09:01

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında.Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...

28 Yanvar 2014, 11:01

"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında   ətraflı...