2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 155 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış namizəd Əkbərli İltizam Nizam oğlu 10 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək həmin seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 38/109 saylı qərarının ləğv edilməsini, seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini və səsvermə günü pozuntu törətmiş şəxslər barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir.
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
İ.N.Əkbərli şikayətini onunla əsaslandırmışdır ki, müşahidəçiləri ilə birgə səsvermə günü 79 saylı İmişli seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində seçicilərin barmaqlarının ultrabənövşəyi lampalarla yoxlanılmamasını, xüsusi mürəkkəblə işarələnməməsini, seçici siyahısında adları olmayan şəxslərin səsvermədə iştirakı hallarının olmasını, eyni şəxslərin seçki məntəqəsində təkrar səs verdiyini, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteninin verildiyini, səsvermə prosesinin düzgün təşkil edilməməsini, müşahidənin normal aparılmasının qeyri-mümkün olduğunu, səslərin hesablanması zamanı aşkarlıq prinsipinə riayət olunmamasını, 38 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolların surətlərinin onlara verilməməsini və digər pozuntuları müşahidə edərək müvafiq aktlar tərtib etmişlər.
Araşdırma prosesində müraciət etmiş deputatlığa qeydə alınmış namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmiş, onun tərəfindən əlavə olaraq səsvermə günü tərtib edildiyi ehtimal olunan aktların əsilləri, 3 seçki məntəqəsinə aid 36 səsvermə bülleteni və 2 ədəd videogörüntülər olduğu iddia edilən disk təqdim edilmişdir.
Seçki dairəsinin 1, 4, 7, 8, 9, 10, 12, 13, 14, 15, 16, 17, 18, 25, 26, 27, 28, 29, 31, 32, 38, 39, 41, 42 və 43 saylı seçki məntəqələri üzrə iddia edilən qanun pozuntularının araşdırılması nəticəsində aşağıdakılar müəyyən edilmişdir.
Belə ki, 1 saylı seçki məntəqəsində səsvermə günü müşahidə aparmış Z.V.Həsənova, E.M.Əsədov, Z.M.Həsənova, A.Y.Əmirova, 4 saylı seçki məntəqəsində müşahidə aparmış S.Z.Mehtiyev, F.Ə.Soltanov, M.A.Mirzəyev, 7 saylı seçki məntəqəsində müşahidə aparmış N.F.Mehtiyev, V.Şirinov, A.E.Vəliyev, 8 saylı seçki məntəqəsində müşahidə aparmış S.S.Səmədova, A.A.Kərimova, Y.M.Mirzəyeva, 9 saylı seçki məntəqəsində müşahidə aparmış Y.E.Şirinov, 10 saylı seçki məntəqəsində müşahidə aparmış N.Z.Miriyeva, 12 saylı seçki məntəqəsində müşahidə aparmış Q.Ş.Əbilov, 13 saylı seçki məntəqəsində müşahidə aparmış G.Z.Bədəlov, R.S.Həsənov, 14 saylı seçki məntəqəsində müşahidə aparmış A.H.Rzayev, Ü.Ş.Məmmədov, F.Y.Quliyev, 15 saylı seçki məntəqəsində müşahidə aparmış A.İ.İsrafilov, İ.N.Şükürov, Ə.S.Məhərrəmov, 16 saylı seçki məntəqəsində müşahidə aparmış O.N.Şəmmədov, 17 saylı seçki məntəqəsində müşahidə aparmış A.Ə.Qasımov, İ.H.Quliyev, A.Y.Əliyev, 18 saylı seçki məntəqəsində müşahidə aparmış İ.A.Nuriyev, E.F.Şahalıyev, 25 saylı seçki məntəqəsində müşahidə aparmış V.Ə.Surxayev, 26 saylı seçki məntəqəsində müşahidə aparmış A.C.Astanov, 27 saylı seçki məntəqəsində müşahidə aparmış E.B.Əzimov, 29 saylı seçki məntəqəsində müşahidə aparmış M.Ə.Əzimov, 31 saylı seçki məntəqəsində müşahidə aparmış Ə.A.Hüseynov, K.Y.Cəfərov, 32 saylı seçki məntəqəsində müşahidə aparmış M.Süleymanov, 39 saylı seçki məntəqəsində müşahidə aparmış İ.S.İmanov, E.A.Feyziyev, 41 saylı seçki məntəqəsində müşahidə aparmış T.Ş.Əzizov, T.O.Xəlilov, 42 saylı seçki məntəqəsində müşahidə aparmış Ş.K.Əliyev, 43 saylı seçki məntəqəsində müşahidə aparmış E.Y.Tağıyev və qeyd edilən məntəqə seçki komissiyalarında müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvləri tərtib etdikləri akt və izahatları ilə səsvermə və səslərin sayılması prosesinin seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq keçirildiyini, səsvermənin nəticələrinə dair protokolların Seçki Məcəlləsi ilə müəyyən edilən qaydada tərtib edildiyini və surətlərinin maraqlı seçki subyektlərinə verildiyini, müşahidə prosesinə müdaxilə hallarının olmadığını təsdiq etmişlər.
Müəyyən edilmişdir ki, səsvermə günü namizəd İ.N.Əkbərli və onun maraqlarını təmsil edən şəxslər tərəfindən seçki məntəqələrində baş verməsi iddia edilən qanun pozuntusu ilə bağlı dairə seçki komissiyasına heç bir müraciət daxil olmamışdır. Yuxarıda qeyd edilən seçki subyektlərinin səsvermə günü ilə bağlı təqdim etdikləri aktlar və izahatlarla müraciətdə göstərilənlər təkzib olunur.
Araşdırma prosesində ərizəçi tərəfindən təqdim edilmiş aktlar və digər materiallar qiymənləndirilərkən müəyyən edilmişdir ki, bu və ya digər qanun pozuntusunun olmasını özündə ehtiva edən həmin aktlar və materiallar dairə seçki komissiyasına təqdim edilməsə də, onlar namizədin dairə seçki komissiyasına 4 noyabr 2015-ci ildə təqdim etdiyi ərizəsində müfəssəl şəkildə göstərildiyindən tam, hərtərəfli və obyektiv araşdırılmış və əsaslandırılmış qərar qəbul edilmişdir. Müraciətə əlavə olunması üçün təqdim edilmiş videodisklər Seçki Məcəlləsinin 41.1.3-cü maddəsinin tələbinin pozulması ilə əldə edildiyindən sübut qismində qəbul edilməməlidir.
Araşdırma zamanı müəyyən edilmişdır ki, 79 saylı İmişli seçki dairəsinin əhatə etdiyi 43 seçki məntəqəsində səsvermə günü müxtəlif siyasi partiyaları, “AZADLIQ-2015” siyasi partiyalar blokunu və namizədləri təmsil edən 553 müşahidəçi iştirak etmişdir.
Aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, ərizəçi tərəfindən təqdim edilmiş 14 saylı seçki məntəqəsinə aid 24 ədəd səsvermə bülleteni həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair yekun protokolunda korlanmış bülletenlər sırasında əks etdirilmişdir. 29 saylı seçki məntəqəsinə aid olduğu iddia edilən 10 ədəd səsvermə bülleteni kserosurətlər olduğundan, nə vaxt və harada əldə edilməsini müəyyən etmək mümkün olmadığından və seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair yekun protokolunda fərq müəyyən edilmədiyindən səsvermənin nəticələrinə təsir edən sübut kimi qiymətləndirilə bilməz.
Araşdırma prosesində deputatlığa namizəd İ.N.Əkbərli tərəfindən əlavə olaraq seçki dairəsinin 38 saylı seçki məntəqəsinə aid təqdim edilən 2 ədəd səsvermə bülleteni ilə bağlı araşdırma məqsədi ilə dairə seçki komissiyasından alınaraq baxış keçirilmiş 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolda çatışmazlığı öz əksini tapmadığından həmin seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməlidir. Həmçinin, araşdırma zamanı 38 saylı seçki məntəqəsində seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edildiyindən Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə əsasən sikayətin qismən təmin edilməsi və həmin məntəqə üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranmışdır.
Göstərilənlərə əsasən, İ.N.Əkbərlinin 10 noyabr 2015-ci il tarixli 155 saylı müraciəti qismən təmin edilməli, 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilməli, qalan hissədə müraciət əsassız olduğundan təmin edilməməlidir. 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının namizəd tərəfindən mübahisələndirilən 6 noyabr 2015-ci il tarixli 38/109 saylı qərarı qismən, 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə münasibətdə ləğv edilməli, qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cü, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 79 saylı İmişli seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş və qeydə alınmış deputatlığa namizəd Əkbərli İltizam Nizam oğlunun 10 noyabr 2015-ci il tarixli 155 saylı müraciəti qismən təmin edilsin, 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız hesab edilsin, qalan hissədə müraciət əsassız olduğundan təmin edilməsin.
2. 79 saylı İmişli seçki dairəsi dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 38/109 saylı qərarı qismən, 38 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə münasibətdə ləğv edilsin, qalan hissədə dəyişdirilmədən saxlanılsın.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16 Noyabr 2015, 10:1126 Avqust 2014, 09:08
"Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 25 sentyabr tarixli 263 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
26 Avqust 2014, 09:08
"Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 iyul tarixli 120 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
26 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
26 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydaları"nda dəyişikliklər edilməsi barədə ətraflı...
25 Avqust 2014, 09:08
Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında ətraflı...
22 Avqust 2014, 10:08
"Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 269 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
"Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli qərarı ilə təsdiq edilmiş "Yol hərəkəti haqqında"Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş pozuntulara görə inzibati tənbeh tətbiq edilmiş şəxslərin cərimə ballarının uçotu Qaydası"nda dəyişikliklər edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
"Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası və resosializasiyası üzrə Proqram"ın təsdiq edilməsi barədə ətraflı...
22 Avqust 2014, 10:08
"İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları"nın təsdiq edilməsi haqqında ətraflı...