2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 166 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd İzzətli Ruslan Teymur oğlu 10 noyabr 2015-ci il tarixdə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək seçkiqabağı təşviqatın aparılması zamanı namizədlər üçün bərabər şərait yaradılmamasını, səsvermə günü seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 26/78 saylı qərarının ləğv edilməsini, bu şikayətinin mahiyyəti üzrə araşdırılmasını, həmin seçki dairəsinə daxil olan bir sıra seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun tərtib edildiyindən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən araşdırmaya qəbul edilmiş, mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmış, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Araşdırma prosesində qeydə alınmış deputatlığa namizədlə əlaqə saxlanılmış, ona əlavə sənədlər və materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüquqlarının olması izah edilmişdir. R.T.İzzətli 12 noyabr 2015-ci il tarixdə araşdırmada iştirak etmiş, səsvermə günü onu təmsil edən müşahidəçilər tərəfindən seçki məntəqələrində tərtib edilmiş 15 ədəd aktın əslini, 5 seçki məntəqəsi üzrə videogörüntünün, 6 seçki məntəqəsi üzrə fotoşəkillərin və 1 audioyazının olduğu diski təqdim etmiş və o, Mərkəzi Seçki Komissiyasının iclasına dəvət edilsə də iclasda iştirak etməkdən imtina etmişdir.
Namizəd müraciətində iddia etmişdir ki, seçki dairəsinin əhatə etdiyi 3, 5, 8, 9, 12, 14, 16, 18, 19, 20, 21, 22, 28, 29, 32, 36 saylı seçki məntəqələrində səsvermə günü müşahidə üçün şərait yaradılmamasını, normal müşahidənin aparılmasının qeyri-mümkün olduğunu, seçki məntəqəsinin ərazisində qeydiyyatda olmayan seçicilərin səs verməsini, eyni şəxslərin bir neçə dəfə səs verdiyini, şəxsiyyət vəsiqəsini təqdim etməyən şəxslərə seçki bülleteninin verildiyini, bir şəxsin digərinin əvəzinə səs verdiyini, bəzi məntəqə seçki komissiyası sədrləri tərəfindən bülletenlərin künclərinin topa halında kəsildiyini, səslərin hesablanması zamanı aşkarlıq prinsipinə riayət olunması qaydalarının kobud şəkildə pozulduğunu, seçki bülleteni almış seçicilərin imzalarının və istifadə edilməmiş seçki bülletenlərinin sayılmamısını, seçki məntəqəsində videoçəkilişin aparılmasına icazə verilməməsini, seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə dair protokolun surətinin onun tərəfindən təyin edilmiş müşahidəçilərə və məşvərətçi səs hüquqlu komissiya üzvlərinə verilməməsini, seçki məntəqələri üzrə seçici fəallığının aşağı olmasını, səsvermədə iştirak etmiş seçicilərlə rəsmi protokolda qeyd edilən seçicilərin sayı arasında böyük fərq olduğunu, səslərin sayılması və səsvermənin nəticələrinin müəyyən edilməsi zamanı qanun pozuntularına yol verildiyini bildirərək, yuxarıda qeyd edilən 16 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılmasını tələb etmiş, seçki günü baş verən bu pozuntularla bağlı dairə seçki komissiyasına müraciət etsə də dairə seçki komissiyası 7 noyabr 2015-ci il tarixli 26/78 saylı qərarı ilə onun müraciətini əsassız olaraq təmin etməmişdir.
Araşdırma zamanı 33 saylı Xətai birinci seçki dairəsinin dairə seçki komissiyasından təqdim edilmiş arayışdan görünür ki, həmin seçki dairəsinin ərazisində seçkiqabağı təşviqatın aparılması üçün tam və bərabər imkanlar yaradılmış, hər bir qeydə alınmış namizədə seçkiqabağı təşviqatla əlaqədar olaraq “qapalı və açıq” yerlərdə görüşlərin keçirilməsi üçün 7 oktyabr 2015-ci il tarixli 88 saylı bildiriş xarakterli məktub təqdim olunmuşdur. Namizəd R.T.İzzətli ona ayrılan bu imkandan istifadə etməyərək, görüşlərin təşkili ilə bağlı dairə seçki komissiyasına rəsmi surətdə müraciət etməmiş və bunu, görüşləri məhəllə-məhəllə aparacağı ilə əsaslandırmışdır. Araşdırma ilə müəyyən edilmişdir ki, seçkiqabağı təşviqat prosesinə heç bir dövlət orqanının müdaxiləsi halı olmamış, hər bir namizədə bərabər şərait yaradılmış, həmin dövrdə təşviqat subyektlərindən inzibati resurslardan istifadə olunması ilə bağlı nə dairə seçki komissiyasına, nə də Mərkəzi Seçki Komissiyasına şikayət daxil olmamışdır. 33 saylı Xətai birinci dairə seçki komissiyasının həmin seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş ərizəçi R.T.İzzətliyə Seçki Məcəlləsində göstərilən müddətdən əvvəl sosial şəbəkədə təşviqat aparılmasının dayandırılması və yığışdırılması barədə xəbərdarlıq edilməsi barədə 11 sentyabr 2015-ci il tarixli 6/19 saylı qərarı isə Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilmişdir.
Həmin seçki dairəsi üzrə qeydə alınmış digər namizədlər müxtəlif vaxtlarda sərbəst görüşlər keçirmişlər. Bu hal qeydə alınmış namizədlər Rzazadə Cavanşir Alunbət oğlu və Əliyev Arif Məmməd oğlunun izahatları ilə də öz təsdiqini tapmışdır. Qeyd edilənlər seçkiqabağı təşviqatın aparılması zamanı namizədlər üçün bərabər şərait yaradılmaması, digər qeydə alınmış namizədlərin inzibati resurslardan istifadə etməsi, seçki prosesinə dövlət qurumlarının müdaxiləsi barədə iddiaların əsassız olduğunu göstərir.
Araşdırma prosesində ərizəçi tərəfindən təqdim edilmiş bu və ya digər qanun pozuntusunun olmasını özündə ehtiva etməsi iddia edilən sənəd və materiallar qiymətləndirilərkən məlum olmuşdur ki, 15 aktdan 1-nin hansı seçki məntəqəsinə aid olması naməlumdur, 4-ü mübahisələndirilən seçki məntəqələrinə aid deyildir, yalnız 9-u mübahisələndirilən seçki məntəqələrinə aiddir. Mübahisələndirilən seçki məntəqələrinə aid olan aktlardan 3-ü 18 saylı, 3-ü 9 saylı, 1-i 8 saylı, 1-i 12 saylı, 1-i isə 32 saylı seçki məntəqəsi üzrə tərtib edilsə də, onlardan 4-ü müvafiq qaydada tərtib edilmədiyindən bu və ya digər halı təsdiq edən fakt kimi qəbul edilə bilməz. Müraciətə əlavə edilmiş videodisk müvafiq qaydada təqdim edilmədiyindən sübut kimi qiymətləndirilə bilməz.
Səsvermə zamanı bülletenlərdən istifadə qaydalarının pozulması ilə əlaqədar iddia araşdırılarkən müəyyən olundu ki, 14, 22, 25, 32 saylı seçki məntəqələrində prosedur qaydalara əməl olunmamış, bülletenlərin yuxarı sol küncü seçicilərə verilməzdən əvvəl kəsilmişdir. Həmin seçki məntəqələrinin sədrlərindən, komissiya üzvlərindən və orada iştirak edən müşahidəçilərdən alınmış izahatlardan görünür ki, sədrlər bunu seçicilərin çox sayda gəlməsi ilə izah etmişlər. Belə ki, 14 saylı seçki məntəqəsində təxminən 4 ədəd, 22 saylı seçki məntəqəsində 10-15 ədəd, 25 saylı seçki məntəqəsində 5 ədəd və 32 saylı seçki məntəqəsində təxminən 12 ədəd seçki bülleteninin yuxarı sol küncü seçicilərə verilməzdən əvvəl kəsilmişdir ki, bu da yuxarıda qeyd edilən səbəbdən edilmiş və dairə seçki komissiyası sədrinin iradından sonra bu hal bir daha təkrar olunmamışdır. 14 saylı seçki məntəqəsinin sədri M.Süleymanova, katiblər M. Cabbarova və Y.A.Səfərovun, 22 saylı məntəqə seçki komissiyasının sədri T.Sərdarova, katibləri N.R.Hüseynov və P.R.Əliyevin, 25 saylı seçki məntəqəsinin sədri A.Aydınlı, katibi F.N.Məmiyevanın və 32 saylı seçki məntəqəsinin sədri K.S.Manafov, katibləri H.T.Nadirov və A.L.Məmmədovanın izahatlarında yuxarıda qeyd edilən faktın baş verdiyini, lakin yuxarı sol küncü kəsilmiş seçki bülletenlərindən heç birində namizədlər qarşısında hər hansı qeydin olmadığını göstərmişlər. Göründüyü kimi bu halın seçkilərin nəticələrinin qəsdən dəyişdirilməsinə xidmət edən fəaliyyət kimi yozulmasına heç bir əsas yoxdur, həmin qaydaların pozulması isə seçicilərin seçki bülleteni almasına və səs verməsinə, habelə öz iradələrini sərbəst ifadə etmələrinə heç bir vəchlə maneə yaratmamışdır.
Araşdırma ilə müəyyən edilmişdir ki, daha çox mübahisələndirilən 18 saylı seçki məntəqəsində ərizəçinin maraqlarını təmsil edən Quliyev Elnur Elşən oğlu səsvermə günü müxtəlif saatlarda həmin məntəqədə bir çox qanun pozuntularının baş verməsi barədə 3 ədəd akt tərtib etsə də saat 22.35-də digər 11 nəfər müşahidəçi ilə birlikdə həmin seçki məntəqəsində səsvermə prosesi, səslərin hesablanması və protokolun tərtib olunması zamanı heç bir qayda pozuntusuna yol verilməməsinə dair akt tərtib edərək onu imzalamışdır. Bu isə həmin seçki məntəqəsində seçki günü səsvermənin seçki qanunvericiliyinin tələblərinə uyğun keçirildiyini sübut edir.
Seçki məntəqələrində, eləcə də bütövlükdə seçki dairəsi üzrə səs vermiş seçicilərin sayı ilə səsvermənin nəticələrinə dair protokolda qeyd edilən seçici sayı arasında fərqlərin olmasının ərizəçi tərəfindən iddia edilməsi araşdırma prosesində həmin vaxt eyni məntəqələrdə müşahidə aparmış çoxsaylı digər subyektlər tərəfindən, habelə seçici siyahısında seçki bülleteni almış seçicilərin sayı ilə rəsmi protokoldakı rəqəmlərin üst-üstə düşməsi, eləcə də digər prosedur qaydaların nəticələri ilə təkzib olunur.
Aparılmış araşdırma ilə 33 saylı Xətai birinci seçki dairəsinə daxil olan 3, 5, 8, 9, 12, 14, 16, 18, 19, 20, 21, 22, 28, 29, 32, 36 saylı seçki məntəqələri və bütövlükdə həmin seçki dairəsi üzrə seçki qanunvericiliyinin tələblərinin pozulması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsini qeyri-mümkün edən hallar aşkar edilmədiyindən qeyd olunan seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması üçün heç bir hüquqi əsas müəyyən edilmədiyindən müraciət təmin olunmamalıdır.
Müraciətdə göstərilən bütün hallar mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv araşdırıldığına görə isə onun qismən təmin edilməsi üçün əsaslar yaranmışdır.
R.T.İzzətlinin 33 saylı Xətai birinci dairə seçki komissiyasının 4 noyabr 2015-ci il tarixli müraciətinin təmin edilməməsinə dair 7 noyabr 2015-ci il tarixli 26/78 saylı qərarı qiymətləndirilərkən müəyyən edildi ki, müraciətə dairə seçki komissiyası tərəfindən qanunla nəzərdə tutulan müddətdə və qaydada baxılmış, müvafiq qərar ərizəçiyə vaxtında təqdim olunmuşdur. Dairə seçki komissiyasında həmin müraciət üzrə araşdırma aparılarkən toplanmış dəlillərin mötəbərliyinə və mümkünlüyünə xüsusi əhəmiyyət verilmiş, onların mənbələrinin və əldə edilmə üsullarının qanunvericiliyin tələblərinə tam cavab verməsi üçün müvafiq tədbirlər görülmüşdür. Belə ki, sübutlar buna səlahiyyəti olan subyektlər tərəfindən toplanmış, iş üzrə əhəmiyyət kəsb edən yazılı izahatlar, məlumatlar, aktlar, arayışlar və s. bunu kimi materiallar seçki qanunvericiliyində nəzərdə tutulmuş qaydada əldə edilmişdir.
Dairə seçki komissiyasına edilən müraciətdə iddia edilən pozuntular əsasən seçki məntəqələri üzrə səsvermənin nəticələrini şübhə altına aldığından nəticələri mübahisələndirilən seçki məntəqələri üzrə dairə seçki komissiyası tərəfindən araşdırılması aparılan hallara dair müxtəlif maraqları təmsil edən çoxsaylı müşahidəçilərdən, məntəqə seçki komissiyasının üzvlərindən izahatlar alınmış, digər zəruri materiallar toplanılmışdır. Toplanan dəlillərlə seçki qanunvericiliyinin tələblərinin pozulmaması təsdiq edilmiş, müraciətdə göstərilən pozuntular öz təsdiqini tapmadığından, əsassız olması müəyyən edildiyindən müraciətin təmin olunmaması barədə qərar çıxarılmışdır.
Aparılan araşdırma ilə R.T.İzzətlinin 4 noyabr 2015-ci il tarixli müraciətinin təmin edilməməsinə dair 33 saylı Xətai birinci seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 26/78 saylı qərarının ləğv edilməsi üçün heç bir əsas müəyyən edilmədi. Ona görə də həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Beləliklə, deputatlığa qeydə alınmış namizəd R.T.İzzətlinin müraciəti qismən təmin edilməli, şikayətin mahiyyəti üzrə araşdırılması hissəsində təmin edilmiş hesab olunmalı, 33 saylı Xətai birinci seçki dairəsinə daxil olan 3, 5, 8, 9, 12, 14, 16, 18, 19, 20, 21, 22, 28, 29, 32 və 36 saylı seçki məntəqələrində seçkinin nəticələrinin ləğv olunması, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi və 33 saylı Xətai birinci dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 31/82 saylı qərarının ləğv edilməsi hissəsində əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-cü, 28.4-cü, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizəd İzzətli Ruslan Teymur oğlunun 10 noyabr 2015-ci il tarixli 176 saylı müraciəti mahiyyəti üzrə araşdırılması hissəsində qismən təmin edilmiş hesab olunsun.
2. Dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 26/78 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın və müraciət digər hissədə əsassız olduğundan təmin edilməsin.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16 Noyabr 2015, 09:1112 Mart 2021, 20:03
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
12 Mart 2021, 20:03
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
11 Mart 2021, 20:03
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
10 Mart 2021, 20:03
B.H.Eyyubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
10 Mart 2021, 20:03
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
10 Mart 2021, 20:03
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
10 Mart 2021, 20:03
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
9 Mart 2021, 19:03
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
9 Mart 2021, 19:03
“İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 273-VIQD nömrəli Qanununun tətbiqi və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 5 avqust tarixli 1569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
9 Mart 2021, 19:03
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...