2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 168 saylı müraciətə baxılması barədə

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Məcidzadə Şəhriyar Sərdar oğlu 10 noyabr 2015-ci ildə Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/124 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv edilməsini, seçki dairəsinin əhatə etdiyi 28 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılmasını və həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

 

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, araşdırılaraq bu barədə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd müraciətində iddia etmişdir ki, seçki dairəsinin əhatə etdiyi 1, 2, 5, 6, 9, 10, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 23, 25, 26, 27, 29, 30, 31, 34 və 38 saylı seçki məntəqələrində səsvermə günü müşahidəçilər üçün şərait yaradılmamış, müşahidəçilər üçün ayrılmış yerlərdən səsvermə prosesini tam müşahidə etmək mümkün olmamış, şəxsiyyət vəsiqəsi olmayan şəxslərə səsvermə bülletenləri verilmiş, naməlum şəxslər tərəfindən səsvermə qutusuna topa bülleten atılmış, xüsusi ayrılmış avtomobillərlə adamlar səsverməyə gətirilmiş, bir sıra seçki məntəqələrinə gedən yolda səsverməyə gələn seçicilərə Sahib Alıyevə səs vermələri təklif olunmuş, 26 saylı seçki məntəqəsində hündürboy cavan oğlan 2 dəfə səs vermiş, həmin seçki məntəqəsində səslərin sayılması müşahidəçilərin müşayiəti ilə aparılmamış, əksər seçki məntəqələri üzrə səsvermə protokolları məntəqə seçki komissiyasında tərtib edilməmişdir. Qeyd edilən və digər pozuntularla bağlı dairə seçki komissiyasına şikayət etmiş, ancaq dairə seçki komissiyası əsassız olaraq şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Eyni zamanda göstərmişdir ki, şikayətin araşdırılması ilə əlaqədar dairə seçki komissiyası 1, 2, 3, 4, 5, 6, 10, 31 saylı seçki məntəqələrində quraşdırılmış veb kameralarda olan görüntülərdən istifadə etməmişdir.

Araşdırma prosesində müraciət etmiş deputatlığa namizədlə əlaqə saxlanılmış, ona dairə seçki komissiyasına təqdim etdiyi sənədlərdən əlavə materiallar təqdim etmək, araşdırmada və iclasda iştirak etmək hüququnun olması izah edilmişdir. Müraciətdə araşdırmada iştirakının təmin edilməsini xahiş etsə də dəvət olunduğuna baxmayaraq araşdırmada və iclasda iştirak etməmişdir.

Araşdırma ilə müəyyən edilmişdir ki, dairə seçki komissiyası tərəfindən deputatlığa namizəd Ş.S.Məcidzadənin müraciəti ilə bağlı ətraflı araşdırma aparılmış, araşdırmada onun iştirakı təmin edilmiş, araşdırma ilə əlaqədar aidiyyəti şəxslərdən alınan izahatlar və digər sənədlərlə tanış olmuşdur. Müraciətdə qanun pozuntularının olduğunun iddia edildiyi 25 seçki məntəqəsi üzrə səsvermə günü müxtəlif maraqları təmsil etməklə həmin məntəqələrdə müşahidə aparmış çoxsaylı müşahidəçilər tərəfindən tərtib edilmiş aktlar və izahatlarla şikayətçinin göstərdiyi seçki məntəqələrində iddia edilən pozuntuların baş vermədiyi, səsvermənin və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsində seçki qanunvericiliyinin tələblərinə riayət edildiyi, protokolların seçki məntəqəsində tərtib edildiyi və surətlərinin maraqlı seçki subyektlərinə verildiyi öz əksini tapmışdır. Araşdırma prosesində qeyd edilən seçki subyektlərindən və məntəqə seçki komissiyalarının müxtəlif siyasi qüvvələri təmsil edən komissiya üzvlərindən alınmış 90 ədəd akt və izahatlarla namizədin müraciətində göstərdiyi hallar təkzib edilmişdir. Səsvermə günü seçki məntəqələrində seçki qanunvericiliyinin tələblərinin pozulmadığını təsdiq edən aktları imzalamış müşahidəçilər sırasında namizədin özü tərəfindən təyin edilmiş müşahidəçilər, 5 saylı seçki məntəqəsində İ.Cəfərov, 16 saylı seçki məntəqəsində Ə.Cəfərov, 19 saylı seçki məntəqəsində S.Əliyev, 20 saylı seçki məntəqəsində C.Hüseynov, 21 saylı seçki məntəqəsində V.Bayramov, 22 saylı seçki məntəqəsində İ.Əliyev, 23 saylı seçki məntəqəsində F.İsmayılov, 27 saylı seçki məntəqəsində N.Hüseynov da olmuşdur. Eyni zamanda araşdırmaya təqdim edilmiş aktlardan müəyyən edilir ki, səsvermə günü namizəd Ş.Məcidzadənin təyin etdiyi müşahidəçilər və vəkil edilmiş şəxslər 1, 2, 14, 34 və 35 saylı seçki məntəqələrində məntəqə seçki komissiyasının normal iş fəaliyyətinə maneçilik törətməyə cəhd etmişlər. Müraciət etmiş namizədin dairə seçki komissiyasına təqdim etdiyi və səsvermə günü tərtib edildiyi ehtimal olunan 10 ədəd aktda göstərilən ümumi xarakterli pozuntular yuxarıda qeyd edilən aktlar və izahatlarla təkzib edilmişdir.

Hərtərəfli və obyektiv araşdırma nəticəsində dairə seçki komissiyası namizəd Ş.Məcidzadənin şikayətinin təmin edilməməsi barədə düzgün nəticəyə gəlmişdir.

Hazırki müraciətin araşdırılması prosesində dairə seçki komissiyasının şikayət edilən qərarı ilə bağlı araşdırmanın nəticələrinə hüquqi qiymət verilməklə yanaşı səsvermə günü seçki məntəqələrində səsvermə başlanandan səslərin sayılması və səsvermənin nəticələrinə dair protokolların tərtib edilməsinin başa çatmasına kimi müşahidə aparmış bir sıra müşahidəçilərlə, 1 saylı seçki məntəqəsi üzrə L.Əhmədova, 3 saylı seçki məntəqəsi üzrə A.Süleymanov, 4 saylı seçki məntəqəsi üzrə İ.Babayev, 5 saylı seçki məntəqəsi üzrə Z.Abdullayeva, 12 saylı seçki məntəqəsi üzrə İ.Hüseynov, 14 saylı seçki məntəqəsi üzrə Z.Qaraşov, 19 saylı seçki məntəqəsi üzrə K.Zeynalova, 24 saylı seçki məntəqəsi üzrə M.Orucova, 37 saylı seçki məntəqəsi üzrə N.Məmmədovla əlaqə saxlanılmış, onlar səsvermə günü müşahidə apardıqları seçki məntəqələri üzrə seçki qanunvericiliyinin tələblərinin pozulmadığına dair akt tərtib edilərək imza etdiklərini təsdiq etmişlər.

Qeyd edilənlərdən əlavə namizəd Ş.Məcidzadənin müraciətində dairənin əhatə etdiyi bəzi seçki məntəqələrində quraşdırılmış veb kameraların görüntülərinə baxış keçirilməsinə dair vəsatətinə əsasən qanun pozuntularının baş verdiyi iddia edilən 1, 2, 5, 6, 10 və 31 saylı seçki məntəqələrində quraşdırılmış veb kameraların görüntülərinə baxış keçirilmiş və iddia edilən pozuntular təsdiqini tapmamışdır.

Göstərilənlərə əsasən şikayətin təmin edilməsi və dairə seçki komissiyasının şikayətlə bağlı qərarının ləğv edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən müraciət əsassız hesab edilərək təmin edilməməli, 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/124 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

 

1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 95 saylı Tərtər seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş və qeydə alınmış Məcidzadə Şəhriyar Sərdar oğlunun 10 noyabr 2015-ci il tarixli 168 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 7 noyabr 2015-ci il tarixli 23/124 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr       Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov

16 Noyabr 2015, 09:11

http://www.azertag.net

9891—9900 / 10511

13 İyun 2014, 10:06

Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

12 İyun 2014, 17:06

"Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarında dəyişiklik edilməsi haqqında   ətraflı...

12 İyun 2014, 09:06

Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında   ətraflı...

11 İyun 2014, 09:06

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobilyolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında   ətraflı...

11 İyun 2014, 09:06

Azərbaycan Polad İstehsalı Kompleksinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında   ətraflı...

10 İyun 2014, 17:06

"Azərbaycan Respublikasının avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 28 fevral tarixli 18 nömrəli qərarında dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 22 iyul tarixli 98 nömrəli qərarı ilə təsdiq edilmiş "Daxili işlər orqanlarının əməkdaşlarına fasiləsiz xidmət illərinə görə haqqın ödənilməsi üçün xidmət illərinin hesablanması Qaydası"nda dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişikliklər edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

"Ölkədə sahibkarlığın inkişafı ilə bağlı digər mənbələrdə nəzərdə tutulan vəsaitlərin Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunda cəmləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 28 noyabr tarixli 189 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

10 İyun 2014, 17:06

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 dekabr tarixli 318 nömrəli qərarı ilə təsdiq edilmiş "Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi"ndə dəyişiklik edilməsi haqqında   ətraflı...