2015-ci il noyabrın 1-nə keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 154 saylı müraciətə baxılması barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əyyub Vurğun Əliş oğlu 2015-ci il noyabrın 10-da Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü seçki dairəsinin məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edərək həmin pozuntuların araşdırılmasını, dairə seçki komissiyasının 6 noyabr 2015-ci il tarixli 4/56 saylı qərarının ləğv edilməsini və seçki dairəsi üzrə təkrar seçki keçirilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilərək bu barədə müvafiq rəy verilmiş və komissiyanın iclasında baxılmışdır. Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
Yuxarıda göstərilənləri əsas götürərək, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 6-cı, 7-ci hissələrinə və 4.1.2-ci yarımbəndinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə qeydə alınmış namizəd Əyyub Vurğun Əliş oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 154 saylı müraciəti qanunvericiliklə müəyyən olunmuş şikayətvermə müddəti ötürülməklə verildiyindən ərizəçiyə geri göndərilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
16 Noyabr 2015, 09:11
28 Oktyabr 2014, 09:10
Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Miloş Zemana ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
28 Oktyabr 2014, 09:10
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
E.M. Ramazanovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
27 Oktyabr 2014, 09:10
Türkmənistanın Prezidenti Zati-aliləri cənab Qurbanqulu Berdiməhəmmədova ətraflı...
27 Oktyabr 2014, 09:10
Avstriya Respublikasının Federal Prezidenti Zati-aliləri cənab Haynts Fişerə ətraflı...
23 Oktyabr 2014, 09:10
Macarıstanın Prezidenti Zati-aliləri cənab Yanoş Aderə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü il ilə təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasının nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
23 dekabr 2014-cü ilə təyin edilmiş bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə ətraflı...
22 Oktyabr 2014, 09:10
“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrəəsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə ətraflı...