“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

 

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 16, maddə 694; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddələr 171, 226, № 4, maddə 287; 1998, № 1, maddə 16; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328, № 12, maddə 692; 2003, № 1, maddə 16; 2005, № 8, maddə 684; 2009, № 5, maddə 314, № 7, maddələr 512, 517; 2011, № 2, maddə 71, № 7, maddə 604; 2013, № 3, maddə 217, № 4, maddə 355; 2015, № 4, maddələr 364, 367) 29-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. yeddinci abzasa “məlumatlar” sözündən sonra “, o cümlədən dini fəaliyyətə dair və maliyyə hesabatları” sözləri əlavə edilsin.

2. on birinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamalar aparır.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

16 Noyabr 2015, 09:11

http://www.azertag.net

7671—7680 / 10511

26 Noyabr 2015, 09:11

“Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə   ətraflı...

25 Noyabr 2015, 09:11

Ə.T.Əmiraslanovun Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

A.H.Naxçıvanlının Azərbaycan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

S.İ.Seyidovun Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

A.Q. Abiyevin Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Milli Məclisi komitələrinin sədrlərinin seçilməsi haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

Azərbaycan Respublikası Milli Məclisinin bəzi komitələrinin yenidən təşkil edilməsi və yeni komitələrinin yaradılması haqqında   ətraflı...

25 Noyabr 2015, 09:11

V.F.Ələsgərovun Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini seçilməsi haqqında   ətraflı...