Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 18-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”ni “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli 1159-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 1, maddə 14; 2001, № 3, maddələr 138, 145, 146, 147, № 12, maddələr 731, 745; 2002, № 6, maddə 328, № 8, maddə 464; 2004, № 2, maddə 57, № 11, maddə 886; 2005, № 7, maddələr 576, 588, № 10, maddə 871; 2006, № 4, maddə 312, № 11, maddə 933; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 7, maddə 602, № 8, maddə 695, № 12, maddə 1048; 2010, № 6, maddə 482; 2011, № 2, maddə 71; 2015, №5, maddə 501) ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 26-cı maddənin “b)” bəndi aşağıdakı redaksiyada verilsin:
“b) hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidmətinə - xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, xüsusi təyinatlı ali təhsil müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər.”.
2. 130-cu maddənin beşinci və 162-ci maddənin üçüncü hissələrində “hərbi uçotdan çıxarılmaqla” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin.
3. 157-ci maddənin “b)” bəndi aşağıdakı redaksiyada verilsin:
“b) xəstəliyə görə - hərbi həkim komissiyaları tərəfindən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayıldıqda.”.
4. 169-cu maddədə “hərbi uçotdan çıxarılanlardan” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılanlardan” sözləri ilə əvəz edilsin.
5. 173-cü maddədə “hərbi uçotdan çıxarılmaqla” sözləri “həm dinc dövrdə, həm də müharibə dövründə” sözləri ilə əvəz edilsin və həmin maddəyə “hərbi qulluqçular” sözlərindən sonra “hərbi qeydiyyatdan və” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2015-ci il.
16 Noyabr 2015, 09:1119 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan–Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası)–“Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil... ətraflı...
19 Noyabr 2013, 09:11
“Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında aviasiya axtarışı və xilasetmə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu ətraflı...
19 Noyabr 2013, 09:11
“2015-ci ilədək humanitar sahədə Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraflı...
13 Noyabr 2013, 09:11
2013-cü il oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində prezidentliyə qeydə alınmış namizəd Cəmil Poladxan oğlu Həsənlinin 95 saylı Tərtər seçki dairəsi dairə seçki komissiyasında məşvərətçi səs ... ətraflı...
13 Noyabr 2013, 09:11
Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Cavad oğlu Əhmədovun səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Mərkəzi Seçki Komissiyasının 16 oktyabr və 17 oktyabr 2013-cü il tarixli iclas protokollarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
14 saylı Xəzər seçki dairəsi dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI ətraflı...
13 Noyabr 2013, 09:11
Abdullah Gülün “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
30 Oktyabr 2013, 08:10
Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında ətraflı...