“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12, I kitab, maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281; 2014, № 11, maddə 1372) aşağıdakı dəyişikliklər edilsin:

1. 5.4-cü maddənin üçüncü cümləsinə “hökmü” sözündən sonra “, qətnaməsi və ya digər yekun qərarı” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 21.1-1-ci maddə əlavə edilsin:

“21.1-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.”.

3. 21.2-1-ci maddəyə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin.

4. 22.1-ci maddəyə “cinayətlərin” sözündən sonra “, inzibati xətaların” sözləri əlavə edilsin.

5. 23.2-ci maddənin birinci cümləsində “və cəzaları icra edən müəssisələrdə” sözləri “, cəzaları icra edən müəssisələrdə və inzibati həbs yerlərində” sözləri ilə əvəz edilsin.

6. 23.3-cü maddədə “və cəzaları icra edən müəssisələrin” sözləri “, cəzaları icra edən müəssisələrin və inzibati həbs yerlərinin” sözləri ilə əvəz edilsin və “məhkum edilmiş” sözlərindən sonra “və barəsində inzibati həbs tənbeh növü tətbiq edilmiş” sözləri əlavə edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

16 Noyabr 2015, 09:11

http://www.azertag.net

9581—9590 / 10511

1 Sentyabr 2014, 09:09

Beyləqan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında   ətraflı...

29 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nda dəyişikliklər edilməsi barədə   ətraflı...

29 Avqust 2014, 09:08

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 iyun tarixli 117 nömrəli qərarında dəyişiklik edilməsi barədə   ətraflı...

29 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş "Sanatoriya-kurort müəssisələrində sanitar-gigiyenik Tələblər"də dəyişiklik edilməsi barədə   ətraflı...

29 Avqust 2014, 09:08

Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında   ətraflı...

29 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"da dəyişiklik edilməsi barədə   ətraflı...

28 Avqust 2014, 09:08

R.B. Mobilinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında   ətraflı...

28 Avqust 2014, 09:08

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 142 nömrəli qərarı ilə təsdiq edilmiş "Məhsul nümunələrinin götürülməsi ilə bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin sahibkar tərəfindən əvəzinin ödənilməsi Qaydaları və müddətləri"ndə dəyişikliklər edilməsi haqqında   ətraflı...

26 Avqust 2014, 09:08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 12 may tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş "Yoxlama suallarının siyahısının forması və tətbiqi Qaydası"nda dəyişikliklər edilməsi haqqında   ətraflı...