“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:
“Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 9, maddə 577; 2002, № 5, maddə 240; 2003, № 12, I kitab, maddə 697; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2008, № 7, maddə 602; 2012, № 4, maddə 281; 2014, № 11, maddə 1372) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.4-cü maddənin üçüncü cümləsinə “hökmü” sözündən sonra “, qətnaməsi və ya digər yekun qərarı” sözləri əlavə edilsin.
2. Aşağıdakı məzmunda 21.1-1-ci maddə əlavə edilsin:
“21.1-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.”.
3. 21.2-1-ci maddəyə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin.
4. 22.1-ci maddəyə “cinayətlərin” sözündən sonra “, inzibati xətaların” sözləri əlavə edilsin.
5. 23.2-ci maddənin birinci cümləsində “və cəzaları icra edən müəssisələrdə” sözləri “, cəzaları icra edən müəssisələrdə və inzibati həbs yerlərində” sözləri ilə əvəz edilsin.
6. 23.3-cü maddədə “və cəzaları icra edən müəssisələrin” sözləri “, cəzaları icra edən müəssisələrin və inzibati həbs yerlərinin” sözləri ilə əvəz edilsin və “məhkum edilmiş” sözlərindən sonra “və barəsində inzibati həbs tənbeh növü tətbiq edilmiş” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 oktyabr 2015-ci il.
16 Noyabr 2015, 09:1120 Noyabr 2017, 09:11
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsin təltif edilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında ətraflı...
20 Noyabr 2017, 09:11
“Əməkdar müəllim” fəxri adının verilməsi haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Xırdalan şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası ilə bağlı əlavə tədbirlər haqqında ətraflı...
17 Noyabr 2017, 09:11
Ə.T.Əmiraslanovun “Şərəf”ordeni ilə təltif edilməsi haqqında ətraflı...
16 Noyabr 2017, 09:11
Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə ətraflı...
16 Noyabr 2017, 09:11
Azərbaycanda seçkilərin tarixi toplusunun hazırlanması, nəşri və ictimailəşdirilməsi barədə ətraflı...