“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 695; 2007, № 5, maddə 437, № 10, maddələr 932, 938; 2008, № 7, maddə 602; 2009, № 1, maddə 6; 2014, № 11, maddə 1374) aşağıdakı dəyişikliklər edilsin:

1. Aşağıdakı məzmunda 26.3-1-ci maddə əlavə edilsin:

“26.3-1. İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məhkəmə tərəfindən məcburi müalicə təyin edilir.”.

2. 26.4-cü maddəyə “Cinayət” sözündən sonra “və ya inzibati həbs nəzərdə tutan inzibati xəta” sözləri əlavə edilsin, “qanunvericiliyinə” sözü “Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz edilsin.

3. 26.6-cı maddədə “Mülki Prosessual Məcəlləsi” sözlərindən sonra “, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi” sözləri əlavə edilsin.

4. 28-ci maddədə “narkoloji-tibb müəssisəsinin müdiriyyətinin təqdimatı və tibbi rəyi nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq yerli” sözləri “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 oktyabr 2015-ci il.

16 Noyabr 2015, 09:11

http://www.azertag.net

781—790 / 10511

28 Mart 2022, 14:03

Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Mart 2022, 13:03

Azərbaycan Güləş Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Mart 2022, 07:03

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin strukturu”nda, “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Mart 2022, 07:03

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 may tarixli 2163 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin strukturu”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

18 Mart 2022, 07:03

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyul tarixli 1119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

18 Mart 2022, 07:03

Mərkəzi Seçki Komissiyasının 3 sentyabr 2021-ci il tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

18 Mart 2022, 07:03

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Şahin Kamil oğlu Seyidzadənin deputat səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

18 Mart 2022, 07:03

“Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sənəd nümunələrinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

18 Mart 2022, 07:03

“Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsinə dair Qaydalar”da dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...

18 Mart 2022, 07:03

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI   ətraflı...