2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 159 və 161 saylı müraciətlər üzrə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Əliyev Eldar Paşa oğlu və müşahidəçi Quliyeva Təranə Nuru qızı 2015-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müraciət edərək səsvermə günü seçki dairəsini əhatə etdiyi bir sıra seçki məntəqələrində pozuntuların baş verdiyini iddia edərək müvafiq qərar qəbul edilməsini xahiş etmişlər.
Müraciətlər Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvləri tərəfindən icraata qəbul edilmiş, eyni seçki dairəsindən, eyni məsələlərlə bağlı tələblər irəli sürüldüyündən qrup koordinatoru məlumatlandırmaqla bir icraatda birləşdirilərək araşdırılmış, bu barədə birgə rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində 11 noyabr 2015-ci ildə deputatlığa namizəd Əliyev Eldar Paşa oğlu və müşahidəçi Quliyeva Təranə Nuru qızı yazılı ərizə ilə Mərkəzi Seçki Komissiyasına müraciət edərək şikayətlərindən imtina etdiklərini bildirərək həmin şikayətlər üzrə araşdırmaya xitam verilməsini xahiş etmişlər.
Yuxarıda göstərilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında” Təlimatın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2015-ci il noyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən deputatlığa namizədliyi özü tərəfindən irəli sürülmüş və qeydə alınmış Əliyev Eldar Paşa oğlunun və müşahidəçi Quliyeva Təranə Nuru qızının Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına daxil olmuş 10 noyabr 2015-ci il tarixli 159 və 161 saylı müraciətləri üzrə araşdırmaya xitam verilsin.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
13 Noyabr 2015, 09:1128 Noyabr 2017, 10:11
Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında ətraflı...
28 Noyabr 2017, 10:11
Ş.H.Şərifova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ətraflı...
28 Noyabr 2017, 10:11
E.R.Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
28 Noyabr 2017, 09:11
Gəncə şəhərinin sosial-iqtisadi və mədəni inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında ətraflı...
28 Noyabr 2017, 09:11
Y.Ə.Yusibovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında ətraflı...
27 Noyabr 2017, 09:11
G.A.Rəsulovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında ətraflı...
27 Noyabr 2017, 09:11
M.Ə.Musayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
24 Noyabr 2017, 09:11
A.Q.Abiyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında ətraflı...
22 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 218 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”nda dəyişikliklər edilməsi haqqında ətraflı...
22 Noyabr 2017, 09:11
Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nda dəyişikliklər edilməsi haqqında ətraflı...